Elşad Paşasoy: "Azərbaycan–BƏƏ xətti güclənir"
Siyasət 06 Fevral 2026, 12:10
335
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər son illər yeni və daha yüksək inkişaf mərhələsinə qədəm qoyub. Hələ 1991-ci ilin sonlarından əsası qoyulan bu əlaqələr bu gün qarşılıqlı etimada, siyasi iradəyə və liderlər səviyyəsində formalaşan səmimi münasibətlərə söykənir. Məhz bu amillər ikitərəfli əməkdaşlığı təkcə regional deyil, eyni zamanda beynəlxalq müstəvidə nümunəvi modelə çevirib.
Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən politoloq Elşad Paşasoy bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında formalaşmış münasibətlər bu gün bir sıra dünya liderləri tərəfindən öyrənilən siyasi modelə çevrilib.
Politoloqun sözlərinə görə, bu əlaqələrin əsasını səmimiyyət, qarşılıqlı inam və etibar təşkil edir ki, bu da münasibətlərə əlavə dinamika qazandırır:“Təsadüfi deyil ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycana bir neçə dəfə səfər edib. Onun Qarabağa, Şuşaya səfəri, Cıdır düzündə Azərbaycan prezidentləri ilə birgə Qarabağ atlarının şousunu izləməsi bu münasibətlərin nə qədər dərin və səmimi olduğunu açıq şəkildə nümayiş etdirir”.
Elşad Paşasoy xatırladıb ki, Qarabağ işğal altında olduğu dövrdə BƏƏ Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bu məsələdə hər zaman həssas mövqe sərgiləyib. Torpaqların azad olunmasından sonra isə münasibətlər daha da intensivləşib:“Bu gün Azərbaycana investisiya qoyan ölkələr arasında BƏƏ şirkətləri xüsusi çəkiyə malikdir. Enerji və bərpa olunan enerji sahəsində həyata keçirilən iri layihələrin məhz Əmirliklərə məxsus şirkətlər tərəfindən icra olunması bunun bariz nümunəsidir”.
Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin BƏƏ-yə son səfəri zamanı nümayiş etdirilən yüksək səviyyəli qarşılanma və mükafatlandırma mərasimi də bu uzunmüddətli səmimi münasibətlərin məntiqi nəticəsidir.
Elşad Paşasoyun sözlərinə görə, Azərbaycan və Ermənistan liderlərinin 2026-cı ildə “Zayed İnsan Qardaşlığı” mükafatına layiq görülməsi də xüsusi rəmzi məna daşıyır:“Məhz ötən il sülh danışıqları vasitəçilərsiz şəkildə Əbu-Dabidə keçirildi. Həmin görüşdən təqribən bir ay sonra Vaşinqton razılaşmasının əldə olunması göstərdi ki, sülh prosesi rəsmi Bakının prinsipial və ardıcıl yol xəritəsi əsasında aparılır. Bu prosesdə Birləşmiş Ərəb Əmirliklərinin də özünəməxsus və müsbət mövqeyi olub”.
Politoloq əlavə edib ki, Prezident İlham Əliyevin mükafatlandırma mərasimində vurğuladığı kimi, bu mükafat həm də sülh prosesinin simvolik təsdiqidir.
Elşad Paşasoy Azərbaycanın BƏƏ ilə hərbi sahədə əməkdaşlığına da toxunaraq bildirib ki, Türkiyədən sonra Azərbaycan məhz BƏƏ ilə birgə hərbi təlimlər keçirib:“Səfər çərçivəsində keçirilən ‘Sülh Qalxanı–2026’ adlı birgə hərbi təlimlər qlobal məkana sülh mesajı vermək məqsədi daşıyır. Müdafiə nazirləri arasında imzalanan niyyət məktubu isə təhlükəsizlik və gələcək əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir”.
Politoloqun fikrincə, səfər zamanı müxtəlif qurumlar arasında imzalanan sazişlər gələcək strateji hədəflərin müəyyənləşdirilməsi baxımından da önəmli addımlar idi.
Həmçinin oxuyun
O, həmçinin Azərbaycanın regionda sülhün təmin olunmasında oynadığı rolu xüsusi vurğulayıb:“BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etmiş, işğalçını sülh masasına gətirmiş bir liderin sülh çağırışları beynəlxalq aləmdə ciddi rezonans doğurur. Vasitəçilər olmadan sülhün mümkünsüzlüyü ilə bağlı iddialar bu nümunə ilə alt-üst edildi”.
Elşad Paşasoy qeyd edib ki, Vaşinqton razılaşmasından sonra Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin başlanması, yükdaşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması qlobal sülhə verilən real töhfələrdəndir.
Politoloq sonda Qarabağda separatizmin başında duran şəxslərin Bakı Ədalət Məhkəməsində mühakimə olunmasını da ədalətin növbəti təcəssümü kimi qiymətləndirib:“Bu proseslər bir daha göstərir ki, Azərbaycan dövləti güclüdür, Prezident İlham Əliyev milli və dövlət maraqları naminə müəyyən etdiyi hədəflərdən bir addım da geri çəkilmir. Ədalətli sülhün mümkünlüyü artıq bütün dünya üçün açıq şəkildə ortadadır”.
Turan Etibaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Seçkilər Ermənistanı hansı yola aparacaq? Siyasi şərhçi AÇIQLADI
“Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri bir çox baxımdan ölkə üçün hər şeyin yenidən başlanması kimi dəyərləndirilə bilər. Bu seçkilər mahiyyət etibarilə köhnə ilə yeninin, işğalçılıqla sülhün, revanşizm ilə regional əməkdaşlığın, qapalı düşüncə ilə açıq və realist siyasətin mübarizəsi olacaq”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.O, qeyd edib ki, əgər bu parlament seçkilərində Nikol Paşinyan və onun komandası xalqdan yenidən etimad ala bilsə, o zaman Ermənistanın uzun illər davam etdirdiyi dağıdıcı və avantürist siyasətdən mərhələli şəkildə imtina edəcəyi gözlənilir: “Bu halda Ermənistanın region və dünya ilə səmimi şəkildə inteqrasiyaya, qonşularla...
06 Fevral 2026, 11:29
Millət vəkili: Atılan hər addım Cənubi Qafqazın təhlükəsizlik və rifah modelini formalaşdırır
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazda uzunmüddətli sabitliyin və dayanıqlı inkişafın əsas şərtlərindən biri olaraq qalır. Münaqişədən sonrakı dövrdə bu proses təkcə ikitərəfli münasibətlərin gələcəyini deyil, bütövlükdə regionun siyasi və iqtisadi arxitekturasını müəyyənləşdirən amilə çevrilib. Son illər aparılan müzakirələr göstərir ki, normallaşma artıq abstrakt niyyət deyil, konkret siyasi, hüquqi və iqtisadi məsələlər üzərində qurulan mərhələli bir proses kimi dəyərləndirilir.Bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş xüsusi əhəmiyyət kəsb edir. Görüş tərəflərin birbaşa dialoqu davam etdirmək iradəsini nümayiş etdirməklə yanaşı, normallaşma gündəliyinin aktual olaraq qaldığını da təsdiqlədi....
05 Fevral 2026, 12:44
Avtobus idarə edəcək qadın sürücülərin sayı ARTIRILIR
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobus idarə edəcək daha 6 qadın sürücüyə təlimlər keçir.Citypost.az AYNA-ya istinadən xəbər verir ki, Agentlik qadın sürücülərin peşəkar bacarıqlarını artırmaq, onların ictimai nəqliyyat sektorunda aktiv iştirakını və məşğulluğunu təmin etmək məqsədilə paytaxtda avtobus idarəetmə təlimlərini davam etdirir. Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.Layihənin birinci mərhələsində 3 xanım təlim və imtahanları uğurla tamamlayaraq artıq avtobus sürücüsü kimi fəaliyyət göstərir. Hazırda davam edən ikinci mərhələdə isə 6 xanım namizəd təlim prosesində iştirak edir.Təlim proqramı avtobusları idarəetmə bacarıqları ilə yanaşı, davranış psixologiyası,...
05 Fevral 2026, 12:40
Nadir Azəri: Əbu-Dabi görüşü beynəlxalq ictimaiyyətə mesajdır
“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında fevralın 4-də Əbu-Dabidə keçirilən görüş bir çox baxımdan mühüm əhəmiyyət kəsb edir və qlobal miqyasda müsbət nümunənin yeni mərhələsi kimi dəyərləndirilə bilər. O baxımdan müsbət nümunədir ki, bu görüş dünyanın müxtəlif bölgələrində davam edən müharibələr, silahlı qarşıdurmalar və hətta həmin münaqişələrin dayandırılması istiqamətində göstərilən səylərin nəticəsiz qalması fonunda beynəlxalq ictimaiyyət üçün ‘sülhü əldə etmək üçün daha qətiyyətli olmaq lazımdır’ mesajı verdi”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri deyib.Onun sözlərinə görə, ən önəmli məqam ondan ibarətdir ki, tərəflər bu dəfə heç bir...
05 Fevral 2026, 10:03
Fazil Mustafa: İranda baş verən proseslər Azərbaycana təhlükə yarada bilər
Milli Məclisin ötən gün keçirilən iclasında deputat Fazil Mustafa İranda baş verən proseslərlə bağlı mühüm açıqlama verib.Citypost.az-ın məlumatına görə, Deputat bildirib ki, mövcud vəziyyət Azərbaycan dövləti üçün potensial risklər yarada bilər və bu istiqamətdə həm dövlət qurumları, həm də cəmiyyət hazırlıqlı olmalıdır.Fazil Mustafanın sözlərinə görə, ehtimal olunur ki, dövlət qurumlarının və xüsusi xidmət orqanlarının İranda baş verən proseslərlə bağlı kifayət qədər məlumatı mövcuddur və müəyyən fəaliyyət planları üzərində iş aparılır. Lakin deputat əsas diqqətin cəmiyyətin bu proseslərə necə hazırlandığına yönəldilməli olduğunu vurğulayıb.“Bütün dünya İranda baş verə biləcək proseslərə hazırlıqlı şəkildə daxil olmağa çalışır. Türkiyədən tutmuş digər ölkələrə qədər hər kəs...
04 Fevral 2026, 15:28
Asif Nərimanlı: Epşteyn dosyaları qlobal siyasət və güc oyunlarını üzə çıxarır
Son illərdə Jeffrey Epşteynin adı dünya mediasında tez-tez hallanır. Onun villalarında baş verən hadisələr, yüksək səviyyəli siyasətçilər və iş adamları ilə yaxın münasibətləri, həmçinin yayılan sənədlər geniş rezonans yaradıb. Araşdırmalar göstərir ki, bu qalmaqal təkcə şəxsi münasibətlər və əyləncə məclisləri ilə bağlı deyil, həm də qlobal siyasət və biznes maraqlarını əhatə edir. Epşteyn dosyaları yalnız ifşaedici faktlar təqdim etmir, həm də siyasi və iqtisadi güc oyunlarının açıq nümunəsi kimi qiymətləndirilir.Bu mövzuda Citypost.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Epşteyn qalmaqalı yalnız iddialar səviyyəsində qalmayıb, yayılan sənədlər bir çox həqiqətləri üzə çıxarıb:“Epşteyn məsələsi indiyə qədər irəli sürülən iddiaların təsiri hesab...
04 Fevral 2026, 14:57