Masallıda məktəbdə yanğın baş verib, şagird və müəllimlər təxliyə olunub
Hadisə 05 Fevral 2026, 11:14
176
Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib.
Citypost.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq , Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib
Əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və pedaqoji kollektiv təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların səhhətində heç bir problem yaranmayıb.
Həmçinin oxuyun
İlkin ehtimallara görə yanğına səbəb elektrik xətlərində yaranmış qısaqapanma olub. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. Bu gün tədris prosesi fasiləsiz şəkildə davam edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sumqayıtda avtomobil hasara çırpılıb, xəsarət alanlar var
Sumqayıt şəhərində avtomobilin hasara çırpılması nəticəsində xəsarət alanlar var.Citypost.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Bulvar küçəsində baş verib.İdarəetmədən çıxan "Hyundai Getz" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.
05 Fevral 2026, 11:59
"Qarpız" yükündə gizlədilən külli miqdarda narkotik aşkar edilib
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Citypost.az Komitəyə istinadən xəbər verir ki, narkotik vasitə "Cənub-Astara" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə qarpız" yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən 92 ədəd paletdə gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 61 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.Faktla bağlı araşdırma aparılır....
04 Fevral 2026, 16:01
Atasını qətlə yetirən yeniyetmə qız TUTULDU
Bakıda atasını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, fevralın 2-i 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində bir gün sonra müalicə aldığı xəstəxanada ölüb.Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir....
04 Fevral 2026, 15:57
64 yaşlı kişi dəm qazından ölüb
Bakıda 64 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.Citypost.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.Belə ki, 1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov yaşadığı R.Quliyev küçəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.Faktla bağlı araşdırma aparılır. (APA)
04 Fevral 2026, 13:51
Bakıda güclü külək 19 ağacı sındırıb
Fevralın 3-də gecədən səhərə kimi güclü külək nəticəsində 19 ağac sınıb, 15 ağacın budaqları qırılıb.Bu barədə Citypost.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.Bildirilib ki, dünən axşamdan davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar:"Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülür və ərazi təmizlənir".
04 Fevral 2026, 10:43
Ucarda oğurluqlar edən iki nəfər saxlanılıb
Ucarda oğurluqlar edən iki nəfər saxlanılıb.DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Citypost.az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən mağazaların birindən oğurluq edən Rüstəm İbrahimov və Tərlan Abbasov saxlanılıblar.Gecə saatlarında qara maska ilə mağazaya daxil olan adıçəkilən şəxslər oradan 1500 manatdan artıq pulu ələ keçirərək öz aralarında bölüblər.Bundan əlavə, R.İbrahimovun bir müddət əvvəl də eyni mağazadan analoji cinayət əməlini törətdiyi və zərərçəkmişə 3000 manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib....
04 Fevral 2026, 10:06