Bizə yazın

Baku

-°C

USD

-

Haqverdiyevin məhkəməsində gözlənilməz ifadələr - Rüşvət kimə çatıb? 

Hadisə 03 Mart 2026, 18:03

1262

Külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin məhkəməsi maraqlı anlarla yadda qalıb. 

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində baxılan işdə hazırda şahidlər ifadə verir.

Prokurorluq İlham Haqverdiyevi rəis işlədiyi müddətdə bir neçə nəfərin işə düzəlməsi üçün ümumilikdə 4 min 800 manat rüşvət almaqda ittiham edir. Bu əsasla ona qarşı sanksiyasında 8 ildən 12 ilə kimi həbs cəzası nəzərdə tutulan külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işini Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Amma məhkəmə prosesində ittihamda yazılanlardan tam fərqli mənzərə var. Çünki iş üçün əhəmiyyət daşıyan şahidlər heç biri İlham Haqverdiyevin adını çəkmirlər. Əksinə, şahidlər təqsirləndirilən şəxsin lehinə danışır, işə düzəlmək üçün pulu rəis Haqverdiyevə deyil, onun müavini kapitan Muraz Həsənova verdiklərini deyirlər. 

İfadə verən şahidlər hələ də istirahət evində işləyir, indi rəisləri də elə Muraz Həsənovdur.

Bu gün dindirilənlərdən biri sözügedən istirahət evində xadimə işləyən Yeganə Həsənovadır. Şahid deyir ki, işə düzəlməsinə qardaşı kömək edib, bunun üçün də Muraz Həsənova 1000 manat rüşvət verib. Amma o, pulun İlham Haqverdiyevə çatıb-çatmadığını bilmir: “İlham Haqverdiyevə pul şəxsən pul verməmişik. Qardaşımın dediyinə görə, işi Muraz Həsənov təşkil edib. Başqa heç nə deyə bilmərəm, yadımdan çıxıb hər şey”.

Şahidin məhkəmədə dedikləri ilə prokurorluqdakı ifadəsi arasındakı ziddiyyətli məqam isə verilən rüşvətin İlham Haqverdiyevə çatdırılacağını deməsi ilə bağlıdır.

Hakim Yeganədən məhz bu hissəyə aydınlıq gətirməsini istəyib. Amma şahid “kağızda nə yazıbsa, odur”, “oğlum əsgərdir, onu düşünürəm” kimi yayındırıcı cavablar verib. Məhkəmə yalan ifadə verməyə görə məsuliyyət nəzərdə tutulduğunu elan etsə də, şahiddən dolğun cavab almaq mümkün olmayıb.

Prosesin davamında eyni yerdə arxa təminat xidmətinin müdiri Seyran Əhmədov və onun işə düzəltdiyi bacısı oğlu Etibar Xanəliyev hakim qarşısında sorğu-sual ediliblər. Etibar dayısının təklifi ilə istirahət evinin yanğın mühafizə xidmətinə mülki müfəttiş vəzifəsinə düzəlib. Bunun qarşılığında isə 2500 manat rüşvət verib. 

Məhkəmə tərkibini maraqlandıran əsas məsələ həmin pulun kimə çatmasıdır. Şahidlərin ikisindən də məhz bu soruşulub. Əvvəlki şahid kimi dayı və bacıoğlu da əminliklə pulu rəis müavini Muraz Həsənova verdiklərini deyiblər. 

Prokurorun bir neçə dəfə ayrı-ayrı yönlərdən suallar verməsinə baxmayaraq, şahidlər ifadələrini dəyişməyiblər. Şahidlər əlavə olaraq deyib ki, İlham Haqverdiyev işə qəbullardan sonra keçirdiyi iclaslarda heç kimə rüşvət verilməməsini, kimsə pul istəyəcəyi halda məlumatlandırılmasını tapşırdığını bildiriblər. 

Təqsirləndirilən şəxs özü də bu tapşırığı verdiyini təkrarlayıb, şahidlərdən nəyə görə Muraz Həsənova pul verdiklərini soruşub. 

Prokuror yekunda “Bəs nəyə görə istintaq vaxtı demisiniz ki, Muraz Həsənov pulu Haqverdiyevə çatdıracaq?” - deyə soruşub. Şahid dayı bunun səbəbini əvvəki ifadəsində anlaşılmazlıq olması ilə əlaqələndirib, bacısı oğlu isə ümumiyyətlə, elə söz dediyini xatırlamayıb. Şahidlər indi dediklərinin doğru olduğunu və təsdiq edilməsini xahiş ediblər.

Məlumat üçün deyək ki, bundan əvvəlki iclasda Muraz Həsənov özü ifadə verib. O, aldığı pulları İlham Haqverdiyevə çatdırdığını bildirib. Həmin iclasda Həsənov kapitan rütbəsində qatılmışdı. Bu gün isə o, mayor rütbəsi ilə görünüb.

Digər şahidlərin iştirakını təmin etmək məqsədilə proses martın 10-na qədər təxirə salınıb.

Qeyd edək ki, mayor İ.Haqverdiyev 5 ay əvvəl həbs edilib. Hazırda istirahət evinin rəisi vəzifəsini mayor M. Həsənov icra edir. Haqverdiyev geniş ifadə verməsə də, özünü təqsirli bilmir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan XİN: İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir 

İslamofobiya, insanların inancına görə onlara qarşı yönəlmiş ayrı-seçkilik və nifrət insan ləyaqətinin, bərabərliyin və qarşılıqlı anlaşmanın ən əsas prinsiplərini sarsıdır.CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı "X" sosial şəbəkə hesabında edilən paylaşımda qeyd olunub.Bildirilib ki, sözügedən qərəzin cəmiyyətlərimizdə yeri yoxdur."İslamofobiya ilə Beynəlxalq Mübarizə Günündə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc yanaşı yaşamağa dair qəti sadiqliyimizi bir daha təsdiq edirik", - xarici siyasət idarəsinin paylaşımında vurğulanıb."İslam sülh, mərhəmət, ədalət və həmrəylik dəyərlərinə əsaslanır. İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir.Dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc...

15 Mart 2026, 18:42

"Qırmızı bülleten" ilə axtarılan 32 nəfər Türkiyəyə ekstradisiya olunub 

Türkiyəyə 72 cinayətkar ekstradisiya olunub, onlardan 32-si "qırmızı bülleten" ilə, 40-ı isə milli səviyyədə axtarışda olub.Bu barədə məlumat Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) "X"dəki hesabında yayılıb.Bildirilib ki, Türkiyəyə ekstradisiya olunanlardan 54-ü Gürcüstan, 9-u Almaniya, 2-si Monteneqroda olub. "Argentina, Kolumbiya, İraq, Rusiya, İsveç, Şimali Kipr Türk Respublikası və Bolqarıstanın isə hərəsindən 1 nəfər Türkiyəyə gətirilib",- DİN-in məlumatında qeyd olunub.

15 Mart 2026, 17:30

Bakıya narkotik gətirdi - HƏBS olundu

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə şübhəli bilinən 65 yaşlı Elçin Əliyev saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Citypost.az-a verilən məlumata görə, həmin şəxsdən 8 kiloqram mariuxana, tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb.Araşdırma zamanı E.Əliyevin narkotikləri Bakı şəhərinə apardığı müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib....

15 Mart 2026, 13:16

KİV: Müctəba Xamenei yaralı vəziyyətdə Rusiyaya aparılıb 

İranın yeni Ali rəhbəri Müctəba Xamenei səhhəti və təhlükəsizliyi ilə əlaqədar gizli formada Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparılıb.CityPost.az  xəbər verir ki, bunu İranın yeni Ali rəhbəri Müctəba Xameneiyə yaxın olan yüksəkrütbəli mənbə "Al-Jarida" nəşrinə bildirib."Moskvada uğurlu əməliyyat keçirib və hazırda prezident saraylarından birinin nəzdindəki özəl xəstəxanada müalicə alır",- məlumatda qeyd olunub.Mənbənin sözlərinə görə, fevralın 28-də İrana edilən ilk hücumlar zamanı Müctəba yaralanıb. İrana hücumların davam etməsi isə onun ölkədə müalicə almasını çətinləşdirib və bu səbəbdən Xamenei Rusiya paytaxtına aparılıb:"Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı zamanı Müctəbanın Rusiyada müalicə olunmasını təklif edib. İran rəsmiləri,...

15 Mart 2026, 12:25

Yəmən ABŞ və İsraili hədələdi

Yəmən strateji əhəmiyyətli Bab əl-Məndəb boğazını ABŞ və İsrail gəmiləri üçün bağlamaqla hədələyib.CityPost.az  İranın “Press TV” telekanalına istinadən xəbər verir ki, bu haqda Yəmənin yüksək rütbəli hərbi komandiri Abed əl-Səvr bildirib.

15 Mart 2026, 10:30

SEPAH general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə elan edib 

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran liderinin hərbi ofisinin rəhbəri vəzifəsinə təyin edilən general Əbu əl-Qasım Babayanın öldüyünü rəsmi şəkildə təsdiqləyib.Bu barədə İranın “Fars” xəbər agentliyi ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb."General Əbu əl-Qasım Babayan İsrail və ABŞ-ın zərbələri nəticəsində öldürülüb. Ailəsinə və yoldaşlarına başsağlığı veririk", - ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.Generalın ölümünün dəqiq tarixi açıqlanmayıb.

14 Mart 2026, 23:14