Dövlət məmuruna mükafat verən şəxs həbs olundu
Hadisə 04 Mart 2026, 16:38
278
Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "jurnalist" kimi bəzi qurumların adı ilə mükafat verən Fəqani Hüseynov həbs olunub.
Citypost.az xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutka həbs qərarı verilib.
Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkələrdə Fəqani Hüseynov adlı şəxs "Milli Məclisin informasiya portalı"nın direktoru, həmçinin ölkə başçısının adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edib.
Həmçinin oxuyun
Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkələrdə rezonans doğurub. (Teleqraf)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Beynəlxalq axtarışda olan 2 nəfər Azərbaycana gətirildi
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Musayev Əbdül Ruslam oğlu və Hüseynov Rüstəm Əhməd oğlunun ekstradisiyası haqqında Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Bu barədə Citypost.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Məlumatda deyilir:"Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Musayev Əbdül Ruslam oğlunun, Bakı şəhəri Pirallahı rayon prokurorluğunda aparılan ibtidai istintaq üzrə isə Hüseynov Rüstəm Əhməd oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində göstərilən cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən...
04 Mart 2026, 11:39
Haqverdiyevin məhkəməsində gözlənilməz ifadələr - Rüşvət kimə çatıb?
Külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin məhkəməsi maraqlı anlarla yadda qalıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində baxılan işdə hazırda şahidlər ifadə verir.Prokurorluq İlham Haqverdiyevi rəis işlədiyi müddətdə bir neçə nəfərin işə düzəlməsi üçün ümumilikdə 4 min 800 manat rüşvət almaqda ittiham edir. Bu əsasla ona qarşı sanksiyasında 8 ildən 12 ilə kimi həbs cəzası nəzərdə tutulan külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.Hazırda cinayət işini Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Amma məhkəmə prosesində ittihamda yazılanlardan tam fərqli mənzərə var. Çünki iş üçün əhəmiyyət...
03 Mart 2026, 18:03
Bakıda maşın velosipedçini vurub öldürdü
Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.Modern.az xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsində 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu "BYD" markalı avtomobil ilə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub.Nəticədə N.Vahabov hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
03 Mart 2026, 09:47
Ukraynada yaşayan tanınmış azərbaycanlı vəfat edib
Ukraynada yaşayan tanınmış azərbaycanlı vəfat edib.Citypost.az xəbər verir ki, Ukraynanın Əməkdar bədən tərbiyəsi və idman işçisi, boks üzrə Odessa vilayət yığmasının baş məşqçisi Azər Mustafayev dünyasını dəyişib.Odessada yaşayan azərbaycanlı fəal Anar Natiqoğlu bildirib ki, mərhum Qərb qəbiristanlığının müsəlmanlar bölümündə dəfn olunacaq.Allah rəhmət eləsin! (Modern.az)
02 Mart 2026, 13:13
İran İraqdakı NATO-nun "Viktoriya" bazasına hücum edib
İran İraqın Bağdad beynəlxalq hava limanı yaxınlığındakı NATO-nun "Viktoriya" bazasına hücum edib.CityPost.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Şirkəti (IRIB) məlumat yayıb.Məlumata görə, hücum nəticəsində ABŞ-nin "Palm Jet" təyyarəsi vurulub və uçuş-enmə zolağına zərər dəyib.İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidmətinin məlumatına görə, bazaya üç kamikadze dron hücum edib.Xatırladaq ki, İran 28 fevralda İsrail və ABŞ-ın hücumlarına cavab olaraq "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb....
02 Mart 2026, 09:47
ADPU-nun universitetin tələbəsi vəfat etdi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi dünyasını dəyişib.Citypost.az xəbər verir ki, universitetin Ağcabədi filialının tələbəsi, 2005-ci il təvəllüdlü Aysun Zöhrab qızı Teymurova vəfat edib.Allah rəhmət eləsin! (Modern.az)
02 Mart 2026, 09:45