Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Hüquq 10 Oktyabr 2024, 18:26

2066
Avropa İnsan Hüquqları Məhkəməsi keçmiş Baş prokuror və sabiq səfir, hazırda təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza çəkən Eldar Həsənovun Azərbaycana qarşı iddiası ilə bağlı qərarını elan edib.
CityPost.az xəbər verir ki, məhkəmə işi ərizəçi Eldar Həsənovun səfir işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dövlət vəsaitini təyinatı üzrə istifadə etməmə, mənimsəmə, çirkli pulların yuyulması və Azərbaycanın Serbiyadakı səfirliyində törədilən saxtakarlıq cinayətlərinə görə tutulması və məhkəməyə qədər həbs edilməsi ilə bağlı olub.
Ərizəçinin şikayəti Avropa İnsan hüquqları Konvensiyasının 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) və 18-ci (əsassız məhdudiyyətlərin tətbiqinin qarşısının alınması) maddələrinə əsaslanıb.
Məhkəmə 10 oktyabr 2024-cü ildə yayımladığı qərarına əsasən, Eldar Həsənova münasibətdə Konvensiyanın 3-cü maddəsinin və 5-ci maddəsinin 3-cü hissəsinin pozulduğu qənaətinə gəlib, ərizəçinin 13 avqust 2020-ci il və 2 iyul 2021-ci il tarixləri arasında həbsdə olarkən xəstəlikləri üçün adekvat tibbi müalicə almadığını bildirib.
Göstərilənlərlə əlaqədar ərizəçiyə maddi ziyana görə 6000 avro, xərclər və məsrəflərə görə 3234 avro ödənilməsi qərara alınıb.
Həmçinin oxuyun
Bununla belə, Avropa Məhkəməsi Eldar Həsənovun Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulduğu, yəni onun həbsinin və həbsdə saxlanılmasının onun cinayət əməli törətdiyinə dair əsaslı şübhələrə əsaslanmadığı iddiasını rədd edib.
“İş üzrə sübutlar ərizəçini vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət vəsaitlərinin təyin olunduğu məqsədlərdən kənar istifadəsi ilə bağlı cinayət əməli törətməkdə obyektiv olaraq əlaqələndirib və ona qarşı “əsaslı şübhə” yaratmağa kifayət edib. Bundan başqa, iş materiallarından görünür ki, təxminən bir ay sonra, ərizəçi həbs edildikdən və ona ittiham irəli sürüldükdən sonra, istintaq tərəfindən ilkin şübhəni dəstəkləyən əlavə sübutlar əldə edilib və o, daha sonra ona qarşı irəli sürülən digər cinayət əməllərində ittiham edilib”, - deyə Avropa Məhkəməsinin qərarında qeyd edilib.
Odur ki, Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi və 18-ci maddəsi üzrə şikayətləri məqbul hesab etməyib, bu hissədə pozuntu olmadığı qənaətinə gəlib.
Qeyd edək ki, Azərbaycanın keçmiş Baş prokuroru, həmin vaxt Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri vəzifəsini tutan Eldar Həsənov 2020-ci ilin avqust ayında Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə saxlanılıb, istintaqa cəlb edilərək həbs edilib.(qafqazinfo)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bu rayonlara yeni prokurorlar təyin edildi
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.Bu barədə CityPost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, 2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Kamal Əhmədov əvvəllər Kürdəmir rayon prokurorluğunda müstəntiq və böyük müstəntiq, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq vəzifələrində işləyib.Həmçinin Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib.Vurğulanıb ki,2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və...
17 İyun 2025, 16:42

İşçilər hansı halda işdən evə 1 saat tez gedə bilərlər? - Vəkil Şəms Mirzəyevadan AÇIQLAMA
Bu dəfə təqdim etdiyimiz mövzu qısa iş günü ilə bağlıdır.İşçilər hansı halda işdən evə 1 saat tez gedə bilərlər?Mövzu ilə bağlı CityPost.az saytına açıqlama verən vəkil Şəms Mirzəyeva bildirib ki,Azərbaycan Respublikasının Əmək Məcəllənin 108-ci maddəsinə əsasən, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti 1 saat qısaldılır.Yəni,işçilər bu günlərdə iş yerlərini 1 saat tez tərk edə bilərlər.Miri...
29 May 2025, 19:34

Ər alimentə görə keçmiş arvadını məhkəməyə verdi — QALMAQAL
Keçmiş həyat yoldaşının məhkəmə qərarlarını icra etməməsindən şikayətçi olan vətəndaş mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət edib.CityPost.az saytına müraciət edən Həmidov Rasim Həmid oğlu bildirib ki, 2022-ci ilin oktyabrında Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək həyat yoldaşı Həmidova Sevinc Baxşeyiş qızı ilə boşanmaq istədiyini və 3 övladı üçün qarşı tərəfindən aliment tələb etdiyini iddia ərizəsində qeyd edib. Ər arvadını boşaya bilsə də, məhkəmənin kəsdiyi alimenti illərdir ondan ala bilmir.“2006-cı ildə ailə qurdum.Ailəmizin ilk illərindən evimizdə söz-söhbətlər olurdu.Mən özüm Laçın rayonundanam.Özümüz Sumqayıt şəhərində məskunlaşmışıq.Həyat yoldaşımla münasibətlərimiz düz gəlmədiyi üçün məhkəmə qaydasında boşandıq.Hələ evliliyimizin davam etdiyi müddətlərdə keçmiş həyat yoldaşım dəfələrlə uşaqları evdə...
16 May 2025, 15:30

Hakimin özü-özünə etirazı təmin olundu
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası hakimin özü-özünə etirazı ilə bağlı qərar verib.Citypost.az APA-ya istinadən xəbər verir ki, kollegiya hakimin özü-özünə etirazını təmin edib.Qeyd edək ki, Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyevanın Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayəti Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarına riayət edilərək Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.Məhkəmənin hakimi Gülsüm Əliyeva obyektivliyin təmin olunması baxımından işə onun tərəfindən baxılmasına dair öz-özünə etiraz edib. Cinayət-Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin,...
07 May 2025, 14:44

Bakıda ağacları kəsərək, təbiətə 11 min manatdan çox ziyan vuran şəxs cəzalandırılıb
Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə daxil olan şikayət araşdırılıb.İdarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağacların kafedə təmir-tikinti işləri aparılan zaman kafenin sahibi Famil Səfərovun göstərişi ilə kəsildiyi və təbiətə 11 min 700 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.“Faktla bağlı 2 aprel 2025-ci il tarixində akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı...
07 Aprel 2025, 10:36

Erməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 11-də davam etdirilib.APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.İclasın əvvəlində hakim Zeynal Ağayev bu məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə hüquq və vəzifələrini izah edib.Ardınca təqsirləndirilən...
11 Mart 2025, 21:32