İşçilər hansı halda işdən evə 1 saat tez gedə bilərlər? - Vəkil Şəms Mirzəyevadan AÇIQLAMA
Hüquq 29 May 2025, 19:34

2305
Bu dəfə təqdim etdiyimiz mövzu qısa iş günü ilə bağlıdır.
İşçilər hansı halda işdən evə 1 saat tez gedə bilərlər?
Həmçinin oxuyun
Mövzu ilə bağlı CityPost.az saytına açıqlama verən vəkil Şəms Mirzəyeva bildirib ki,Azərbaycan Respublikasının Əmək Məcəllənin 108-ci maddəsinə əsasən, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti 1 saat qısaldılır.Yəni,işçilər bu günlərdə iş yerlərini 1 saat tez tərk edə bilərlər.
Miri
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Hakim olmaq istəyənlər üçün qaydalar sadələşdirilib
Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində son illərdə mühüm islahatlar həyata keçirilir. Atılan addımlar həm praktiki müstəvidə, həm də qanunvericilik səviyyəsində zəruri dəyişikliklərə yol açır.CityPost.az xəbər verir ki, bu kontekstdə diqqətçəkən əsas yeniliklərdən biri də hakimlərin seçim prosedurunun təkmilləşdirilməsidir.Belə ki, əvvəllər hakim vəzifəsinə namizədlərin seçilməsi çoxsaylı əlavə elementlərlə müşayiət olunan mürəkkəb bir proses idi. Lakin indi bu proses sadələşdirilib və sürətləndirilib.Daha dəqiq desək, hazırda hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsabiqə nəticəsində seçilirlər. Yəni əvvəlki təcrübədə mövcud olan 6 mərhələli yorucu və vaxt itkisinə səbəb olan seçim proseduru indi cəmi 3 mərhələyə endirilib.Eyni...
30 İyul 2025, 10:23

Qusara yeni prokuror təyin olundu
Qusar rayon prokuroru Elxan Abdrəhmanov vəzifəsindən azad olunub.CityPost.az xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev Əmr imzalayıb.Baş prokurorun digər Əmri ilə Ceyhun Mirzəyev Qusar rayon prokuroru vəzifəsinə təyin edilib.Qeyd edək ki, xəbəri ilk olaraq Bizim.media saytı yayıb.
18 İyul 2025, 10:45

Ali Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı qərar verib
Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun kassasiya şikayətləri üzrə məhkəmə prosesi yekunlaşıb.CityPost.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.Xatırladaq ki, hadisə ötən il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib.Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və...
08 İyul 2025, 17:30

Bu rayonlara yeni prokurorlar təyin edildi
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.Bu barədə CityPost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, 2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Kamal Əhmədov əvvəllər Kürdəmir rayon prokurorluğunda müstəntiq və böyük müstəntiq, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq vəzifələrində işləyib.Həmçinin Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib.Vurğulanıb ki,2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və...
17 İyun 2025, 16:42

Ər alimentə görə keçmiş arvadını məhkəməyə verdi — QALMAQAL
Keçmiş həyat yoldaşının məhkəmə qərarlarını icra etməməsindən şikayətçi olan vətəndaş mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət edib.CityPost.az saytına müraciət edən Həmidov Rasim Həmid oğlu bildirib ki, 2022-ci ilin oktyabrında Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək həyat yoldaşı Həmidova Sevinc Baxşeyiş qızı ilə boşanmaq istədiyini və 3 övladı üçün qarşı tərəfindən aliment tələb etdiyini iddia ərizəsində qeyd edib. Ər arvadını boşaya bilsə də, məhkəmənin kəsdiyi alimenti illərdir ondan ala bilmir.“2006-cı ildə ailə qurdum.Ailəmizin ilk illərindən evimizdə söz-söhbətlər olurdu.Mən özüm Laçın rayonundanam.Özümüz Sumqayıt şəhərində məskunlaşmışıq.Həyat yoldaşımla münasibətlərimiz düz gəlmədiyi üçün məhkəmə qaydasında boşandıq.Hələ evliliyimizin davam etdiyi müddətlərdə keçmiş həyat yoldaşım dəfələrlə uşaqları evdə...
16 May 2025, 15:30

Hakimin özü-özünə etirazı təmin olundu
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası hakimin özü-özünə etirazı ilə bağlı qərar verib.Citypost.az APA-ya istinadən xəbər verir ki, kollegiya hakimin özü-özünə etirazını təmin edib.Qeyd edək ki, Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyevanın Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayəti Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarına riayət edilərək Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.Məhkəmənin hakimi Gülsüm Əliyeva obyektivliyin təmin olunması baxımından işə onun tərəfindən baxılmasına dair öz-özünə etiraz edib. Cinayət-Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin,...
07 May 2025, 14:44