"Neftçi" kanadalı basketbolçu Şakeyl Prays ilə müqavilə bağlayıb
İdman 08 Sentyabr 2026, 18:17
254
Yeni mövsümə hazırlığı davam etdirən "Neftçi" kanadalı basketbolçu Şakeyl Prays ilə müqavilə bağlayıb.
Bu barədə Citypost.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Boyu 188 sm olan müdafiəçi ilə müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
Həmçinin oxuyun
Qeyd edək ki, Şakeyl Prays son olaraq Niderlandın "Luvarden" komandasının formasını geyinib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq
Misli Premyer Liqasının V turunun "Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq.Citypost.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.Qarşılaşmanın start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.Bununla bağlı "Kəpəz" rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciətinə müsbət cavab verilib. Bir dəqiqəlik sükut zamanı həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.Xatırladaq ki, matç sentyabrın 12-də keçiriləcək....
08 Sentyabr 2026, 14:58
"Sabah" basketbolçusu Castin Tillmanla vidalaşıb
"Sabah" klubu basketbolçusu Castin Tillman ilə vidalaşıb.Citypost.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.Oyunçu ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.Xatırladaq ki, C.Tillman 2025/2026 mövsümünün əvvəlində "Sabah"ın heyətinə qoşulub və komandanın uğurlu mövsümündə mühüm rol oynayıb. O, "Sabah"la Azərbaycan Basketbol Liqasının (ABL) çempionu olub və ABL final seriyasının MVP-si seçilib.
08 Sentyabr 2026, 11:15
"Neftçi"dən yeni transfer
“Neftçi” yeni hücumçu transfer edib.Citypost.az xəbər verir ki, paytaxt təmsilçisi Finlandiyanın “Qnistan” klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb. Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu Akinyemi xüsusilə də son 3 ildə yüksək inkişaf göstərib. İki il əvvəl Finlandiyada “İlves”lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edən Adeleke Finlandiya çempionatında “Qnistan”la bu mövsüm 22 oyunun hamısında meydana çıxıb. 2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olan forvard “Qnistan”da da qolçuluq bacarığını göstərib və 13 qolla “Veikkaussliqa”nın bombardiridir.28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra “Neftçi” ilə 2+1 illik müqavilə bağlayıb. O, komandada 26 nömrəli formanı geyinəcək....
07 Sentyabr 2026, 21:00
“Sabah” Futbol Akademiyasına 10 milyon manatlıq yatırım
"Sabah" klubu uşaq futbolunun davamlı inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq.Citypost.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Sabah" klubuna UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 5 milyon manat maliyyə dəstəyi ayrılıb.Klub göstərilən dəstəyi Azərbaycan futbolunun gələcəyinə yönəltmək məqsədilə UEFA Çempionlar Liqasında iştiraka görə əldə etdiyi məbləğdən əlavə 5 milyon manat vəsaiti uşaq futbolunun inkişafına ayırmaq qərarına gəlib.Beləliklə, "Sabah Football Academy Future Talents" ("Sabah Futbol Akademiyası – Gələcəyin istedadları") proqramının ilkin kapitalı 10 milyon manat təşkil edəcək. Bu məbləğin 5 milyon manatı dövlət dəstəyi, digər 5 milyon manatı...
05 Sentyabr 2026, 15:20
Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib
Gürcüstanın Qaraçöp bölgəsindən olan 24 yaşlı idmançı Peyman Hacıyev Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gələrək kəmərə sahib olub.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda 15 ölkədən idmançılar iştirak edib. Türkiyə, Azərbaycan, Fransa, Almaniya, İran, Çin, Tacikistan, Qırğızıstan, Rusiya, Çeçenistan, İraq, Avstraliya, Meksika, Fələstin və Gürcüstanın da təmsil olunduğu turnirdə Peyman Hacıyev 70 kq çəki dərəcəsində mübarizə aparıb. O, tailandlı rəqibi ilə keçirdiyi döyüşün hər üç raundunda yüksək xal toplayaraq qalib gəlib.Qeyd edək ki, Peyman Hacıyev bu il avqustun 12-də Tailandda keçirilən MMA turnirində də rusiyalı rəqibini məğlub edərək kəmər qazanıb. O, ötən il ərzində müxtəlif ölkələrdə təşkil olunan...
05 Sentyabr 2026, 14:01
Azərbaycan İdman Akademiyasında beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək
Azərbaycan İdman Akademiyasında (AİA) professor-müəllim heyətinin məzmunun inkişafı, müasir tədris və qiymətləndirmə strategiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil olunacaq.Bu barədə Citypost.az-a AİA-nın mətbuat xidmətindən məlumat verilib.Təlimlərdə Kembric Universitetinin ekspertləri Ceyms Bidl sentyabrın 7-dən 9-dək "Effektiv qiymətləndirmə", Reyçl Cefferson isə sentyabrın 10-dan 14-dək "Kurikulumun xəritələnməsi" mövzusunda mühazirələr aparacaqlar.
04 Sentyabr 2026, 14:30