Turan Rzayev: Hörmüzdə gərginlik “böhran” riskini artırır
Siyasət 14 Aprel 2026, 12:15
731
Politoloq Turan Rzayev ABŞ-ın Hörmüz boğazında başlatdığı blokada və regionda yaranan geosiyasi gərginliklə bağlı açıqlama verib.
Citypost.az xəbər verir ki, politoloq bildirib ki, ABŞ-ın ABŞ İrana qarşı həyata keçirdiyi blokada təkcə Tehran üçün deyil, daha geniş miqyasda beynəlxalq narahatlıqlar yaradır və yeni münaqişə risklərini artırır.
T.Rzayevin sözlərinə görə, Hörmüz boğazı yaxınlığında 15-dən çox ABŞ hərbi gəmisi cəmləşdirilib, “George Bush” aviadaşıyıcısının Aralıq dənizinə daxil olması isə əməliyyatların genişlənə biləcəyini göstərir.Bu prosesdən ən çox narahat olan ölkələrdən biri Çin Xalq Respublikasıdır Çin, çünki region onun enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.Çin donanmasının bölgədə “müşayiət” missiyası həyata keçirməsi həm müdafiə, həm də siyasi mesaj xarakteri daşıyır.
T.Rzayev əlavə edib ki, ABŞ üçün əsas strateji rəqib Çindir və tərəflər arasında birbaşa hərbi qarşıdurma ehtimalı aşağı olsa da, yaxın məsafədə güc nümayişi daha da intensivləşə bilər.
O, yekunda bildirib ki, bu proses 21-ci əsrin yeni geosiyasi qarşıdurması kimi qiymətləndirilə bilər və “Hörmüz böhranı” adlanan yeni mərhələyə keçid ehtimalı mövcuddur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Turan Qaraqaşlı: İran–ABŞ-a qarşı maksimalist mövqelərə görə çox az qaldı
İctimai fəal və yazıçı Turan Qaraqaşlı İran–ABŞ danışıqları və regionda baş verən geosiyasi proseslərlə bağlı açıqlama verib.O bildirib ki, İran və ABŞ arasında aparılan danışıqların nəticəsiz qalmasının əsas səbəblərindən biri tərəflərin hər ikisinin maksimalist mövqe nümayiş etdirməsidir. Onun sözlərinə görə, İran müharibədən sonra daha sərt tələblər irəli sürür və uranın zənginləşdirilməsi məsələsini belə müzakirəyə çıxarmaq istəmir.T.Qaraqaşlının fikrincə, ABŞ da atəşkəs və danışıqlar fonunda vaxt qazanmağa çalışsa da, paralel olaraq maksimalist tələblər irəli sürür və bu da razılaşmanı çətinləşdirir.Prosesin nəticəsiz qalması həm də diplomatik müstəvidə yeni balans yaradır və tərəflərin masa üzərindən qazandığı üstünlükləri artırır. Onun sözlərinə görə, İranın danışıqlarda iştirak...
14 Aprel 2026, 12:17
Eynulla Fətullayev: ABŞ-ın İran siyasəti dəyişib
Araşdırmaçı jurnalist, Eynulla Fətullayev ABŞ-ın İran siyasəti və Yaxın Şərqdəki proseslərlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, hazırkı mərhələdə ABŞ-ın İranda “mollakratiyadan azadlıq” məqsədli siyasətinin arxa plana keçdiyi görünür və diqqətin daha çox strateji bölgələrə, xüsusilə Hörmüz boğazı kimi kritik nöqtələrə yönəldiyi müşahidə olunur.E.Fətullayevin sözlərinə görə, Vaşinqtonun siyasətində baş verən dəyişikliklər nəticəsində İran xalqının azadlıqları məsələsi gündəmdən düşüb və regional enerji marşrutlarına nəzarət daha prioritet hala gəlib.O qeyd edib ki, hazırkı geosiyasi mənzərə ABŞ-ın mövqeyini dəyişdirərək onu daha sərt və resurs yönümlü siyasətə yaxınlaşdırıb. Jurnalistin fikrincə, bu proseslər nəticəsində bölgədə yeni qarşıdurma riski artır.E.Fətullayev həmçinin vurğulayıb ki,...
14 Aprel 2026, 11:41
Zəlimxan Məmmədli: Hörmüz böhranı Azərbaycan üçün yeni imkanlar yarada bilər
Siyasətçi Zəlimxan Məmmədli İslamabad danışıqları və Hörmüz boğazı ətrafında yaranan gərgin vəziyyətlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, Hörmüz boğazı qlobal enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan əsas nöqtələrdən biridir və burada yaranan hər hansı gərginlik dünya enerji bazarına birbaşa təsir göstərir.Z.Məmmədlinin sözlərinə görə, İran boğazı tam bağlamasa da, psixoloji və iqtisadi təzyiq yaratmaq istiqamətində addımlar ata bilər, ABŞ isə bölgədə patrul və müşayiət missiyalarını artırmaqla mövqeyini gücləndirməyə çalışacaq.ABŞ Hörmüz boğazı üzərində tam dominantlığa nail olmağa çalışır və bu proses lokal və ya genişmiqyaslı hərbi əməliyyatları da istisna etmir. Siyasətçi əlavə edib ki, İran daxilində sosial-iqtisadi gərginliklərin...
14 Aprel 2026, 11:33
Jurnalist: Macarıstanın yeni liderinin Rusiya siyasəti diqqət çəkir
Tanınmış jurnalist Nigar Sabirqızı Macarıstanın yeni siyasi rəhbərliyi və ölkənin xarici siyasət kursu ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, dünya ABŞ və İran gərginliyinə fokuslandığı bir vaxtda Macarıstanın yeni lideri Peter Magyar-ın bəyanatları da diqqət çəkir.Jurnalistin sözlərinə görə, bir sıra ekspertlər Viktor Orban-ın məğlubiyyətini Rusiyanın Macarıstana təsirinin azalması kimi qiymətləndirsə də, yeni liderin açıqlamaları fərqli mənzərə yaradır. P.Madyar Ukrayna ilə bağlı mövcud mövqeni dəstəkləyir, lakin Avropa İttifaqının Kiyevə yardım paketinə qarşı çıxış edir və Rusiya ilə praqmatik əməkdaşlıq təklif edir. Macarıstanın yeni rəhbərliyi Rusiyadan neft idxalından imtina etməyəcək və müharibə bitdikdən sonra Aİ-nin Rusiyaya qarşı sanksiyaların...
14 Aprel 2026, 10:30
Ədalət Verdiyev: Danışıqların nəticəsiz qalması gözlənilən idi
Hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyev ABŞ–İran danışıqlarının nəticələri və bölgədə yaranan vəziyyətlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, danışıqların nəticəsiz qalacağı əvvəlcədən gözlənilən idi, çünki görüşdən öncə səslənən bəyanatlar ziddiyyətli xarakter daşıyırdı.Ekspertin sözlərinə görə, İranın görüşə razılıq verməsi Tehranın son zərbələrdən çəkinməsi ilə izah oluna bilər.Ə.Verdiyev qeyd edib ki, prosesin nəticəsiz qalmasına cavab olaraq ABŞ Hörmüz boğazını hər iki tərəfdən blokadaya alıb və bu marşrutdan çoxsaylı məhsulların daşındığını nəzərə alsaq, bu addım ciddi təsirlər yarada bilər.ABŞ tərəfindən İran gəmilərinə xüsusi xəbərdarlıq edilib və yaranmış vəziyyət fonunda tərəflər arasında gərginlik daha da arta bilər.Əli...
14 Aprel 2026, 10:12
Aydın Quliyev: Türkiyə ilə bağlı təhlükə açıqlaması düzgün zaman deyildi
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, jurnalist və politoloq Aydın Quliyev Türkiyə rəsmilərinin son açıqlamaları ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, Hakan Fidan-ın Anadolu Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi “İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə ola bilər” fikri məzmun baxımından mübahisəli olmasa da, zamanlama və təqdimat baxımından doğru deyil.A.Quliyev qeyd edib ki, bu cür həssas mövzuların rəsmi səviyyədə açıq şəkildə səsləndirilməsi Türkiyənin regiondakı mövqeyinə və apardığı siyasətə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, bu açıqlama Türkiyənin İranla bağlı mövqeyi və Qəzza məsələsindəki siyasəti ilə bağlı yanlış təsəvvürlər formalaşdıra bilər.Politoloq vurğulayıb ki, təhlükələr barədə məlumatlı olmaq və buna uyğun...
14 Aprel 2026, 09:35