Bizə yazın

Baku

-°C

USD

-

Aydın Quliyev: Türkiyə ilə bağlı təhlükə açıqlaması düzgün zaman deyildi

Siyasət 14 Aprel 2026, 09:35

291

“Bakı-Xəbər” qəzetinin baş redaktoru, jurnalist və politoloq Aydın Quliyev Türkiyə rəsmilərinin son açıqlamaları ilə bağlı fikirlərini bölüşüb.

Citypost.az xəbər verir ki, politoloq bildirib ki, Hakan Fidan-ın Anadolu Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi “İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə ola bilər” fikri məzmun baxımından mübahisəli olmasa da, zamanlama və təqdimat baxımından doğru deyil.

A.Quliyev qeyd edib ki, bu cür həssas mövzuların rəsmi səviyyədə açıq şəkildə səsləndirilməsi Türkiyənin regiondakı mövqeyinə və apardığı siyasətə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, bu açıqlama Türkiyənin İranla bağlı mövqeyi və Qəzza məsələsindəki siyasəti ilə bağlı yanlış təsəvvürlər formalaşdıra bilər.

Politoloq vurğulayıb ki, təhlükələr barədə məlumatlı olmaq və buna uyğun addımlar atmaq vacibdir, lakin bu kimi fikirlərin ictimai şəkildə səsləndirilməsi daha çox şərhçilərin səviyyəsində qalmalıdır, rəsmi şəxslər tərəfindən deyil.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Eynulla Fətullayev: ABŞ-ın İran siyasəti dəyişib

Araşdırmaçı jurnalist, Eynulla Fətullayev ABŞ-ın İran siyasəti və Yaxın Şərqdəki proseslərlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, hazırkı mərhələdə ABŞ-ın İranda “mollakratiyadan azadlıq” məqsədli siyasətinin arxa plana keçdiyi görünür və diqqətin daha çox strateji bölgələrə, xüsusilə Hörmüz boğazı kimi kritik nöqtələrə yönəldiyi müşahidə olunur.E.Fətullayevin sözlərinə görə, Vaşinqtonun siyasətində baş verən dəyişikliklər nəticəsində İran xalqının azadlıqları məsələsi gündəmdən düşüb və regional enerji marşrutlarına nəzarət daha prioritet hala gəlib.O qeyd edib ki, hazırkı geosiyasi mənzərə ABŞ-ın mövqeyini dəyişdirərək onu daha sərt və resurs yönümlü siyasətə yaxınlaşdırıb. Jurnalistin fikrincə, bu proseslər nəticəsində bölgədə yeni qarşıdurma riski artır.E.Fətullayev həmçinin vurğulayıb ki,...

14 Aprel 2026, 11:41

Zəlimxan Məmmədli: Hörmüz böhranı Azərbaycan üçün yeni imkanlar yarada bilər

Siyasətçi Zəlimxan Məmmədli İslamabad danışıqları və Hörmüz boğazı ətrafında yaranan gərgin vəziyyətlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, Hörmüz boğazı qlobal enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyan əsas nöqtələrdən biridir və burada yaranan hər hansı gərginlik dünya enerji bazarına birbaşa təsir göstərir.Z.Məmmədlinin sözlərinə görə, İran boğazı tam bağlamasa da, psixoloji və iqtisadi təzyiq yaratmaq istiqamətində addımlar ata bilər, ABŞ isə bölgədə patrul və müşayiət missiyalarını artırmaqla mövqeyini gücləndirməyə çalışacaq.ABŞ Hörmüz boğazı üzərində tam dominantlığa nail olmağa çalışır və bu proses lokal və ya genişmiqyaslı hərbi əməliyyatları da istisna etmir. Siyasətçi əlavə edib ki, İran daxilində sosial-iqtisadi gərginliklərin...

14 Aprel 2026, 11:33

Jurnalist: Macarıstanın yeni liderinin Rusiya siyasəti diqqət çəkir

Tanınmış jurnalist Nigar Sabirqızı Macarıstanın yeni siyasi rəhbərliyi və ölkənin xarici siyasət kursu ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, jurnalist  bildirib ki, dünya ABŞ və İran gərginliyinə fokuslandığı bir vaxtda Macarıstanın yeni lideri Peter Magyar-ın bəyanatları da diqqət çəkir.Jurnalistin sözlərinə görə, bir sıra ekspertlər Viktor Orban-ın məğlubiyyətini Rusiyanın Macarıstana təsirinin azalması kimi qiymətləndirsə də, yeni liderin açıqlamaları fərqli mənzərə yaradır. P.Madyar Ukrayna ilə bağlı mövcud mövqeni dəstəkləyir, lakin Avropa İttifaqının Kiyevə yardım paketinə qarşı çıxış edir və Rusiya ilə praqmatik əməkdaşlıq təklif edir. Macarıstanın yeni rəhbərliyi Rusiyadan neft idxalından imtina etməyəcək və müharibə bitdikdən sonra Aİ-nin Rusiyaya qarşı sanksiyaların...

14 Aprel 2026, 10:30

Ədalət Verdiyev: Danışıqların nəticəsiz qalması gözlənilən idi

Hərbi ekspert, ehtiyatda olan mayor Ədalət Verdiyev ABŞ–İran danışıqlarının nəticələri və bölgədə yaranan vəziyyətlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, danışıqların nəticəsiz qalacağı əvvəlcədən gözlənilən idi, çünki görüşdən öncə səslənən bəyanatlar ziddiyyətli xarakter daşıyırdı.Ekspertin sözlərinə görə, İranın görüşə razılıq verməsi Tehranın son zərbələrdən çəkinməsi ilə izah oluna bilər.Ə.Verdiyev qeyd edib ki, prosesin nəticəsiz qalmasına cavab olaraq ABŞ Hörmüz boğazını hər iki tərəfdən blokadaya alıb və bu marşrutdan çoxsaylı məhsulların daşındığını nəzərə alsaq, bu addım ciddi təsirlər yarada bilər.ABŞ tərəfindən İran gəmilərinə xüsusi xəbərdarlıq edilib və yaranmış vəziyyət fonunda tərəflər arasında gərginlik daha da arta bilər.Əli...

14 Aprel 2026, 10:12

Xəqani Cəfərli: Macarıstan seçkiləri Qərb üçün “dərs” oldu

Politoloq Xəqani Cəfərli Macarıstanda keçirilən son parlament seçkiləri ilə bağlı “Macarıstan dərsləri” adlı açıqlama ilə çıxış edib.Citypost.az xəbər verir ki,  bildirib ki, Orban hökumətinin əsas fiqurlarından olan xarici işlər və ticarət naziri Peter Siyartonun Avropa İttifaqında aparılan müzakirələr barədə məlumatları Rusiya xarici işlər naziri Sergey Lavrova ötürməsi ilə bağlı iddialar beynəlxalq mediada geniş rezonans doğurub. Onun sözlərinə görə, nüfuzlu “The Washington Post” kimi media orqanlarında yayılan bu məlumatlar seçki öncəsi siyasi mühitə ciddi təsir göstərən amillərdən biri olub.X.Cəfərlinin fikrincə, ABŞ və Böyük Britaniyanın aparıcı media qurumlarında ard-arda yayımlanan ifşaedici materiallar Orban hökumətinə ciddi zərbə vurub və onun siyasi müqavimət imkanlarını...

14 Aprel 2026, 08:33

M.Əsədullazadə: Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Türkiyə–Azərbaycan münasibətləri və regional siyasi proseslərlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, Türkiyəyə düşmən münasibət bəsləyən hər hansı ölkə Azərbaycan üçün də dost hesab oluna bilməz. Ekspertin sözlərinə görə, Türkiyə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətə görə bu ölkə ilə sərhədlərini hələ də açmayıb və bu mövqe qardaş ölkənin Azərbaycana verdiyi dəstəyin göstəricisidir.M.Əsədullazadə qeyd edib ki, Azərbaycan və Türkiyə birgə bir çox uğurlara imza atıb, xüsusilə Qarabağ müharibəsi dövründə Türkiyə və Pakistan Azərbaycana siyasi dəstək göstərib.Ekspert əlavə edib ki, Benjamin Netanyahu-nun Recep Tayyip Erdoğan barədə səsləndirdiyi fikirlər və...

14 Aprel 2026, 08:05