Bizə yazın

Baku

-°C

USD

-

Mədə dərmanlarının uzunmüddətli istifadəsi təhlükəlidirmi?  

Tibb 14 Aprel 2026, 12:18

1368

Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunan dərmanların bir qismi uzunmüddətli qəbul üçün nəzərdə tutulsa da, bu proses mütləq həkim nəzarəti altında aparılmalıdır.

Citypost.az xəbər verir ki, xüsusilə mədə turşusunun azalmasına yönəlmiş proton pompa inhibitorları (məsələn, pantoprazol, lansoprazol, omeprazol və s.) geniş yayılmış preparatlardandır. Bu dərmanlar qastrit, reflüks və mədə xorası kimi xəstəliklərdə effektiv təsir göstərir.

Lakin nəzarətsiz və uzun müddət istifadəsi bəzi yan təsirlərə səbəb ola bilər. Araşdırmalara əsasən, uzunmüddətli qəbul zamanı:

B12 vitamini, maqnezium və dəmir kimi mineral çatışmazlıqları yarana bilər

Bağırsaq infeksiyalarına meyillilik arta bilər

Sümük sıxlığında azalma (osteoporoz riski) müşahidə oluna bilər

Bəzi hallarda mədə selikli qişasında dəyişikliklər və polip əmələgəlmə riski arta bilər

Buna görə də bu dərmanlar “özbaşına” uzun müddət istifadə edilməməlidir. Əgər xəstədə davamlı mədə turşuluğu və ya reflüks problemi varsa, müalicə planı qastroenteroloq tərəfindən fərdi şəkildə müəyyənləşdirilməlidir.

Nəticə olaraq, mədə dərmanları düzgün göstərişlə istifadə edildikdə çox effektivdir, lakin uzunmüddətli istifadədə mütləq tibbi nəzarət vacibdir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mədə narahatlığı nə zaman təhlükəlidir?  

Mədə xərçəngi ilə bağlı cəmiyyətdə ən çox yayılan yanlış fikirlərdən biri onun qəfil və xəbərdarlıq etmədən yarandığı düşüncəsidir. Halbuki mütəxəssislər bildirirlər ki, əksər hallarda mədə xərçəngi uzun illər ərzində inkişaf edən və müəyyən siqnallarla özünü göstərən xəstəlikdir.Citypost.az xəbər verir ki, mədə xərçəngi dünyada ən çox rast gəlinən onkoloji xəstəliklərdən biri hesab olunur. Həkimlərin sözlərinə görə, bu xəstəlik əksər hallarda qəfil meydana çıxmır, əksinə uzun müddət davam edən iltihabi proseslərin və mədə problemlərinin nəticəsində inkişaf edə bilir.Mütəxəssislər bildirirlər ki, insan orqanizmində hər gün müxtəlif dəyişikliklər baş verir və müəyyən hüceyrələrdə anormal proseslər yarana bilər. Sağlam immun sistemi isə bu dəyişikliklərin böyük...

29 May 2026, 08:17

Yaz allergiyası nədir və ondan necə qorunmaq olar?  

Yaz fəsli təbiətin oyanması ilə yanaşı, bir çox insan üçün allergik problemlərin də artdığı dövr hesab olunur. Həkimlərin sözlərinə görə, yaz allergiyası əsasən havada artan polenlərə (çiçək tozcuqları), bitki tozlarına və digər allergenlərə qarşı orqanizmin həddindən artıq reaksiya verməsi nəticəsində yaranır.Citypost.az xəbər verir ki,mütəxəssislər bildirirlər ki, bu dövrdə immun sistemi həssas olan şəxslərdə müxtəlif əlamətlər meydana çıxır. Ən çox rast gəlinən simptomlara burun axması, tez-tez asqırma, gözlərdə qızartı və qaşınma, boğazda qıcıqlanma, qulaqda qaşınma və ümumi halsızlıq daxildir. Daha ağır hallarda isə bronxial problemlər, astmaya bənzər tutmalar, nəfəs darlığı və xırıltılı nəfəsalma müşahidə oluna bilər.Allerqoloqların sözlərinə görə, yaz allergiyasının tam...

28 May 2026, 10:21

Həkim rəyi: Günorta yuxusu faydalıdırmı?  

Gün ərzində yuxu və oyanıqlıq ritmi insan orqanizminin sirkadiyen bioloji saatı ilə tənzimlənir. Bu ritmə uyğun olaraq günün müəyyən saatlarında, xüsusilə günorta 12:00–15:00 aralığında bir çox insanda təbii yuxululuq hissi yaranması normal fizioloji hal hesab olunur.Citypost.az xəbər verir ki, həkimlərin fikrincə, qısa müddətli günorta yuxusu – tibbdə “qısa nap” kimi tanınan istirahət forması – düzgün tətbiq edildikdə orqanizm üçün faydalıdır. Aparılan elmi araşdırmalar göstərir ki, 10–30 dəqiqəlik qısa yuxu beyin funksiyalarını aktivləşdirir, diqqəti artırır, yaddaşı gücləndirir və qərarvermə qabiliyyətini yaxşılaşdırır.Nevroloqlar qeyd edirlər ki, günorta yuxusu zamanı beyin qısa müddətli bərpa prosesi yaşayır. Bu, xüsusilə zehni işlə məşğul olan şəxslərdə iş...

28 May 2026, 08:28

Yaşla bağlı yaxın görmə zəifliyi nədir?  

Hamımız zaman keçdikcə dəyişirik və gözlərimiz də bu prosesdən kənarda qalmır. Əgər son vaxtlar kitab oxuyarkən və ya telefona baxarkən onu özünüzdən daha uzaq tutmağa məcbur qalırsınızsa, bu vəziyyət çox vaxt presbiopiya ilə əlaqədar olur.Citypost.az xəbər verir ki, Presbiopiya xəstəlik deyil, gözün təbii yaşlanma prosesidir. Adətən 40–45 yaşlardan sonra başlayır və yaş artdıqca tədricən daha da irəliləyir. Bu zaman gözün daxilində yerləşən büllur (linza) elastikliyini itirir və əvvəlki kimi asan şəkildə fokus dəyişə bilmir.Nəticədə yaxın məsafədə olan obyektlər bulanıq görünür, oxumaq çətinləşir və insan instinktiv olaraq mətni daha uzağa apararaq görməyə çalışır.Bu vəziyyət tamamilə normal fizioloji dəyişiklikdir və əksər insanlarda...

27 May 2026, 11:20

Yaralanma zamanı niyə həmin bölgə qızarır və istiləşir?  

Bədəninizdə bir yara yarandıqda çox vaxt həmin nahiyənin qızardığını, istiləşdiyini və bəzən “yanma” hissi verdiyini müşahidə edirsiniz. Hətta toxunduqda bu hiss daha da aydın olur. Bu, əslində orqanizminizin tamamilə təbii və çox güclü müdafiə mexanizmidir.Citypost.az xəbər verir ki, yara əmələ gəldiyi andan etibarən immun sistemi dərhal “siqnal” verir və həmin bölgəyə ağ qan hüceyrələrini göndərir. Bu hüceyrələr infeksiyaya səbəb ola biləcək mikroblarla mübarizə aparır və zədələnmiş toxumanın bərpasını başladır.Bu proses zamanı bölgədə qan axını artır, damarlar genişlənir və orada aktiv bir “bərpa mühiti” yaranır. Orqanizmdə gedən bu sürətli hüceyrə fəaliyyəti nəticəsində istilik əmələ gəlir. Məhz buna görə yara olan yer...

27 May 2026, 08:29

Qorxu və stress xərçəng yaradırmı?   

“Qorxu insanı xərçəng edə bilərmi?” sualı son illərdə ən çox müzakirə olunan mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, qorxu və stress birbaşa onkoloji xəstəlik yaratmasa da, uzunmüddətli psixoloji gərginlik orqanizmin müdafiə sistemini zəiflədərək bəzi riskləri artıra bilər.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, onkoloji xəstəliklərin yaranmasının əsas səbəbi hüceyrələrdə baş verən mutasiyalardır. Normal halda insan orqanizmində sağlam hüceyrələr müəyyən nizamla bölünür və fəaliyyət göstərir. Lakin müxtəlif xarici və daxili faktorların təsiri nəticəsində hüceyrələrin genetik quruluşunda dəyişiklik baş verə bilər. Bu zaman normal hüceyrələr patoloji hüceyrələrə çevrilməyə başlayır və nəzarətsiz çoxalma prosesi yaranır.Mütəxəssislər qeyd edirlər ki, radiasiya, siqaret tüstüsü, zərərli kimyəvi maddələr,...

26 May 2026, 10:49