Bizə yazın

Baku

-°C

USD

-

Beş il sonra dünya necə olacaq? Xəqani Cəfərli yazır...

Siyasət 29 May 2026, 10:50

4066

Dünyanın ən böyük sərmayə banklarından olan Goldman Sachs-ın hesablamalarına görə Amerikanın texnologiya nəhəngləri 2026-cı ildən 2031-ci ilə qədər süni intellekt sənayesinə ümumilikdə 7,6 trilyon dollar investisiya yatıracaqlar. Müqayisə üçün qeyd etmək istərdim ki, Rusiyanın Ümum Daxili Məhsulu 2025-ci ildə 2.55 trilyon dollar təşkil edib. Yəni, 2031-ci ilə qədər Amerika texnologiya nəhəngləri süni intellektin inkişafına Rusiyanın ÜDM-inin üç qatını xərcləməyi planlaşdırırlar. Hələlik heç kim bu sərmayə qoyuluşunun doğuracağı nəticələri tam təsəvvür etmir. Ancaq süni intellekt haqqında azacıq təsəvvürləri olan hər kəs anlayır ki, dünyanın ABŞ-dan iqtisadi, texnoloji və hərbi asılılığı indiki müqayisədə qorxunc dərəcədə artacaq. 

Bu sözləri politoloq Xəqani Cəfərli Citypost.az-a açıqlamasında bildirib.

"Çin ABŞ-la rəqabətini davam etdirsə də, zamanla bu iki iqtisadi və texnologiya lideri arasında fərq ikincinin xeyrinə artmaqda davam edəcək. Çin süni intelelktə sərmayə qoyuluşunda ABŞ-la rəqabəti uduzduğu kimi, süni intellektin inkişafı üçün ən vacib üç şərtdən biri olan talantların cəlb edilməsində də rəqabəti Birləşmiş Ştatlara və hətta Hindistana da uduzur. Süni intellektə talantların cəlb edilməsində Hindistan yalnız ABŞ-dan geri qalır. Çinin zəif nöqtələrindən biri də yüksək performanslı çiplər və onların istehsalı üçün lazım olan avadanlıqlarla bağlıdır. Çin yüksək performanslı çiplər istehsal edə bilmədiyi kimi, onları istehsal edəcək texnologiyaya da malik deyil. Bütün bunlara baxmayaraq Çin rəqabəti davam etdirməyə çalışır. 

Rusiya isə bu rəqabətdə yoxdur və heç bir zaman da olmayacaq. Rusiya dağılmasa belə, qarşıdakı bir neçə on ildə yalnız  Ukrayna qarşı cinayətkar müharibədə aldığı yaralarla məşğul olmaq məcburiyyətində qalacaq. Halbuki, XXI əsrin və bəlkə də  3-cü minilliyin taleyini qarşıdakı beş il müəyyən edəcək. 

 Avropa İttifaqı 21-ci sanksiya paketində Rusiyanın ticarət tərəfdaşlarına məhdudiyyətləri gücləndirsə, bu Rusiyanın Ukraynaya qarşı müharibədə aldığı yaralarını sağaltmasını mümkünsüz edəcək. Əgər, Rusiyanın ticarət tərəfdaşlarına məhdudiyyətlər xanım Kaya Kallasın istədiyi kimi güclü olsa Rusiya sürətlə çökərək dağılacaq. 

İran da Rusiya ilə eyni vəziyyətdə, hətta daha acınacaqlı durumdadır. Teokratik rejim davakar ritorikasını davam etdirsə də İran iqtisadiyyatı sürətlə dağılır. Əgər ABŞ  İrana qarşı sanksiyaları yaxın həftələrdə yumşaltmasa İslam Respublikasının iqtisadiyyatı tamamilə çökəcək və ölkə xaosa yuvarlanacaq. 

Rusiya və İran kimi Türkiyə də çox ciddi təhdidlərlə üz-üzədir. Trampın bir hədəsi ilə maliyyə sabitliyi pozulan Türkiyə 9-cu ildir ki, ağır maliyyə böhranı keçirir. Ərdoğanın “nas” düşgünlüyü, Əkrəm İmmaoğlunun əsassız iddialarla həbsi və Cümhuriyyət Xalq Partiyasına (CHP) qarşı “mutlak butlan” əməliyyatı bu böhranı dərinləşdirərək Türkiyə dövlətinin varlığını təhdid edəcək səviyyə yaxınlaşır. Əgər, lirənin dəyər itirməsi 50 faiz artsa bu kütləvi iflaslara səbəb olacaq. İddialara görə, bir dollar 72 lirəyə qədər yüksəlsə, Türkiyənin maliyyə-bank sistemi çökəcək. Bu qorxunc prespektiv isə çox realdır. Yüksək infilyasiya və yüksək bank faizlərini qarşıdakı beş ildə  aşağı salmaq mümkünsüz kimi görünür. Ən azından Ərdoğan iqtidarının bunun öhdəsindən gəlməsi mümkün görünmür. Son üç ildə vəziyyətin daha da ağırlaşması bu qənaəti təsdiq edir. 

Rusiya, İran və Türkiyənin ciddi təhdidlərlə üz-üzə qaldığı bir dövrdə XXI əsrin və bəlkə də  3-cü minilliyin taleyi müəyyən olunur. Bu proses qarşıdakı beş ildə başa çatacaq və bəşəriyyət yeni dünya nizamı ilə üzləşəcək. 

Yeni dünya nizamı Azərbaycana nə vəd edir?" - deyə Xəqani Cəfərli bildirib

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rövşən Muradov: Qubadlının potensialı ölkənin ümumi tərəqqisinə xidmət edəcək

Qubadlının inkişaf perspektivlərini qiymətləndirərkən bu bölgənin gələcəyini geniş iqtisadi və coğrafi imkanlar kontekstində nəzərdən keçirmək xüsusi əhəmiyyət daşıyır. Həkəri və Bərgüşad çayları hövzəsində yerləşən rayon təbii sərvətləri, kənd təsərrüfatı ənənələri və nəqliyyat əlaqələri baxımından Şərqi Zəngəzurun sosial-iqtisadi sistemində mühüm mövqeyə malikdir. Qubadlı Şəhəri Günü münasibətilə diqqət yetirilməli əsas məsələlərdən biri məhz azad edilmiş torpaqlarda həyatın uzunmüddətli, dayanıqlı və iqtisadi cəhətdən əsaslandırılmış şəkildə təşkili prosesidir.Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.az saytına açıqlamasında bildirib.Deputatın sözlərinə görə, bu baxımdan Nazirlər Kabinetinin 9 sentyabr 2025-ci ildə təsdiq etdiyi Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan mühüm strateji sənəddir. Şəhərin gələcək məkan...

24 Oktyabr 2026, 14:29

Zahid Oruc: İrəvanın təhlükəsizliyi Bakının qərarlarından asılıdır

Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi..İrəvanın təhlükəsizliyi üçüncü paytaxtlarda müəyyənləşmir, məhz Bakının qərarı ilə təsdiqlənir.Azərbaycanla Ermənistan arasında hazırki münasibətləri xarakterizə edərkən, Xankəndi Zəfərindən sonra lokal və genişmiqyaslı toqquşmaların olmaması xüsusi vurğulanır. Lakin sülhün institusional əsasları, xalqlararası düşmənçiliyin azaldılması üçün davamlı tədbirlərin həyata keçirilmirsə,regional təhlükəsizlik arxitektutasının yaradılmadığı şəraitdə şərti sərhədlər növbəti toqquşmlara və yeni təmas xəttinə çevrilə bilər. Paradoks ondadır ki, sülhün siyasi və diplomatik əsasları yaradıldığı halda, onun hüquqi təsbitinə aparan proses hələ də başa çatmayıb. 8 avqust 2925-ci il tarixi yol ayrıcı, Azərbaycanın parlaq Qələbəsinin bir nömrəli siyasi paytaxtda tanınması və Ağ Evdə əldə edilən razılaşmaların mahiyyətini...

24 Oktyabr 2026, 10:42

Zaur Şükürov: Qubadlının dirçəlişi milli həmrəyliyimizin təntənəsidir

Əsrlər boyunca xalqımızın dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin və zəngin mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş bu rayonun müasir tarixi qəhrəmanlıq və mübarizə, eləcə də sarsılmaz iradə, milli həmrəylik və yenidən dirçəliş salnaməsidir.XX əsrin əvvəllərində cərəyan edən mürəkkəb hərbi-siyasi hadisələr Azərbaycanın tarixi torpaqlarının taleyinə əhəmiyyətli dərəcədə təsir etmişdir. Sonrakı illərdə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti ölkəmizin bir sıra əraziləri ilə yanaşı, Qubadlı rayonunun da tarixində dərin izlər qoymuşdur.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açılmasında bildirib.Millət vəkili xatırladıb ki, 1988-ci ildən etibarən Ermənistanla 120 kilometr, keçmiş Dağlıq Qarabağla isə 45 kilometr sərhədi olan Qubadlı...

24 Oktyabr 2026, 10:01

Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib.Citypost.az xəbər verir ki, görüş barədə partiyanın "X" sosial media hesabında video paylaşılıb.

23 Oktyabr 2026, 20:58

Ədalət Verdiyev Nəsrullahın öldürülməsini əks etdirən videonu şərh edib

Hərbi ekspert Ədalət Verdiyev İsrailin Baş naziri Benyamin Netanyahunun süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsini əks etdirən videonu yayımlaması ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, Ədalət Verdiyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Hərbi ekspertin sözlərinə görə, Netanyahu seçki kampaniyası çərçivəsində İran, SEPAH, HƏMAS və Hizbullahla bağlı bu cür çoxsaylı materiallar paylaşa bilər. O, yayımlanan videoların təkzib edilməsinin mümkün olmayacağını iddia edib.Ədalət Verdiyev paylaşımında yazıb:“Netanyahu süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsi videosunu yayımlayıb. Video baş verənləri tam həcmdə əks etdirir.Seçki kampaniyası ilə bağlı Netanyahu İran, SEPAH, HƏMAS və Hizbullah ilə əlaqədar onlarla belə material paylaşa bilər.Kimsə də...

23 Oktyabr 2026, 08:43

ABŞ İrana yeni zərbə endirməyə hazırlaşır? – Ədalət Verdiyev AÇIQLADI 

Hərbi ekspert Ədalət Verdiyev ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, hərbi ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Ədalət Verdiyevin sözlərinə görə, Pentaqon yeni əməliyyata başlamaq üçün ABŞ Prezidenti Donald Trampdan icazə gözləyir və paralel olaraq qoşunları İran sərhədinə yaxınlaşdırır.Ekspert həftənin sonuna qədər İrana növbəti zərbənin endirilməsi ehtimalının böyük olduğunu bildirib.Turan

23 Oktyabr 2026, 08:27