Bizə yazın

Baku

-°C

USD

-

Ədalət Verdiyev: İranın ABŞ itkiləri ilə bağlı açıqlamaları dezinformasiyadır

Siyasət 08 Sentyabr 2026, 10:21

3366

Hərbi ekspert Ədalət Verdiyev İranın son aylarda ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına endirdiyini açıqladığı zərbələrlə bağlı fikirlərini bölüşüb.

Citypost.az xəbər verir ki, Ə. Verdiyev bildirib ki, İran ABŞ-nin bölgədəki hərbi bazalarına, komanda-idarəetmə məntəqələrinə və müşahidə radarlarına dəfələrlə zərbələr endirdiyini rəsmən açıqlayıb. Onun sözlərinə görə, bəzi hallarda eyni obyektə bir neçə dəfə, hətta ümumilikdə 10 zərbə endirildiyi iddia olunub.

Hərbi ekspert qeyd edib ki, əgər söhbət həqiqətən komanda-idarəetmə məntəqələrinə endirilən zərbələrdən gedirsə, həmin hücumlar zamanı yüksək rütbəli hərbçilərin də itki verməsi gözlənilən olardı.

Ədalət Verdiyev ABŞ hərbçiləri arasında açıqlanan itkilərə diqqət çəkərək bildirib ki, həlak olanların arasında general və hətta yüksək rütbəli baş zabitin olmaması İranın açıqlamalarına şübhə yaradır.

“Deməli, ‘uğurlu zərbələr və çoxsaylı düşmən itkiləri’ barədə İranın rəsmi məlumatları tamamilə dezinformasiya xarakterlidir və daxili auditoriyanı aldatmaq məqsədi daşıyır”, – deyə hərbi ekspert bildirib.

Ədalət Verdiyevin fikrincə, İranın zərbələrin nəticələri və ABŞ ordusunun itkiləri ilə bağlı açıqlamaları real vəziyyətlə bağlı əlavə suallar doğurur.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rövşən Muradov: Qubadlının potensialı ölkənin ümumi tərəqqisinə xidmət edəcək

Qubadlının inkişaf perspektivlərini qiymətləndirərkən bu bölgənin gələcəyini geniş iqtisadi və coğrafi imkanlar kontekstində nəzərdən keçirmək xüsusi əhəmiyyət daşıyır. Həkəri və Bərgüşad çayları hövzəsində yerləşən rayon təbii sərvətləri, kənd təsərrüfatı ənənələri və nəqliyyat əlaqələri baxımından Şərqi Zəngəzurun sosial-iqtisadi sistemində mühüm mövqeyə malikdir. Qubadlı Şəhəri Günü münasibətilə diqqət yetirilməli əsas məsələlərdən biri məhz azad edilmiş torpaqlarda həyatın uzunmüddətli, dayanıqlı və iqtisadi cəhətdən əsaslandırılmış şəkildə təşkili prosesidir.Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.az saytına açıqlamasında bildirib.Deputatın sözlərinə görə, bu baxımdan Nazirlər Kabinetinin 9 sentyabr 2025-ci ildə təsdiq etdiyi Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan mühüm strateji sənəddir. Şəhərin gələcək məkan...

24 Oktyabr 2026, 14:29

Zahid Oruc: İrəvanın təhlükəsizliyi Bakının qərarlarından asılıdır

Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi..İrəvanın təhlükəsizliyi üçüncü paytaxtlarda müəyyənləşmir, məhz Bakının qərarı ilə təsdiqlənir.Azərbaycanla Ermənistan arasında hazırki münasibətləri xarakterizə edərkən, Xankəndi Zəfərindən sonra lokal və genişmiqyaslı toqquşmaların olmaması xüsusi vurğulanır. Lakin sülhün institusional əsasları, xalqlararası düşmənçiliyin azaldılması üçün davamlı tədbirlərin həyata keçirilmirsə,regional təhlükəsizlik arxitektutasının yaradılmadığı şəraitdə şərti sərhədlər növbəti toqquşmlara və yeni təmas xəttinə çevrilə bilər. Paradoks ondadır ki, sülhün siyasi və diplomatik əsasları yaradıldığı halda, onun hüquqi təsbitinə aparan proses hələ də başa çatmayıb. 8 avqust 2925-ci il tarixi yol ayrıcı, Azərbaycanın parlaq Qələbəsinin bir nömrəli siyasi paytaxtda tanınması və Ağ Evdə əldə edilən razılaşmaların mahiyyətini...

24 Oktyabr 2026, 10:42

Zaur Şükürov: Qubadlının dirçəlişi milli həmrəyliyimizin təntənəsidir

Əsrlər boyunca xalqımızın dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin və zəngin mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş bu rayonun müasir tarixi qəhrəmanlıq və mübarizə, eləcə də sarsılmaz iradə, milli həmrəylik və yenidən dirçəliş salnaməsidir.XX əsrin əvvəllərində cərəyan edən mürəkkəb hərbi-siyasi hadisələr Azərbaycanın tarixi torpaqlarının taleyinə əhəmiyyətli dərəcədə təsir etmişdir. Sonrakı illərdə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti ölkəmizin bir sıra əraziləri ilə yanaşı, Qubadlı rayonunun da tarixində dərin izlər qoymuşdur.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açılmasında bildirib.Millət vəkili xatırladıb ki, 1988-ci ildən etibarən Ermənistanla 120 kilometr, keçmiş Dağlıq Qarabağla isə 45 kilometr sərhədi olan Qubadlı...

24 Oktyabr 2026, 10:01

Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib.Citypost.az xəbər verir ki, görüş barədə partiyanın "X" sosial media hesabında video paylaşılıb.

23 Oktyabr 2026, 20:58

Ədalət Verdiyev Nəsrullahın öldürülməsini əks etdirən videonu şərh edib

Hərbi ekspert Ədalət Verdiyev İsrailin Baş naziri Benyamin Netanyahunun süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsini əks etdirən videonu yayımlaması ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, Ədalət Verdiyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Hərbi ekspertin sözlərinə görə, Netanyahu seçki kampaniyası çərçivəsində İran, SEPAH, HƏMAS və Hizbullahla bağlı bu cür çoxsaylı materiallar paylaşa bilər. O, yayımlanan videoların təkzib edilməsinin mümkün olmayacağını iddia edib.Ədalət Verdiyev paylaşımında yazıb:“Netanyahu süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsi videosunu yayımlayıb. Video baş verənləri tam həcmdə əks etdirir.Seçki kampaniyası ilə bağlı Netanyahu İran, SEPAH, HƏMAS və Hizbullah ilə əlaqədar onlarla belə material paylaşa bilər.Kimsə də...

23 Oktyabr 2026, 08:43

ABŞ İrana yeni zərbə endirməyə hazırlaşır? – Ədalət Verdiyev AÇIQLADI 

Hərbi ekspert Ədalət Verdiyev ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, hərbi ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Ədalət Verdiyevin sözlərinə görə, Pentaqon yeni əməliyyata başlamaq üçün ABŞ Prezidenti Donald Trampdan icazə gözləyir və paralel olaraq qoşunları İran sərhədinə yaxınlaşdırır.Ekspert həftənin sonuna qədər İrana növbəti zərbənin endirilməsi ehtimalının böyük olduğunu bildirib.Turan

23 Oktyabr 2026, 08:27