Nigar Sabirqızı: Trampın Putinlə danışıqlarından ciddi nəticə gözləmək olmaz
Siyasət 08 Sentyabr 2026, 10:28
2786
İTV aparıcısı və siyasi şərhçi Nigar Sabirqızı ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Rusiya və Ukraynaya səfərlərini şərh edib.
Qeyd edək ki, ABŞ nümayəndələri əvvəlcə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər, daha sonra isə Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar.
Citypost.az xəbər verir ki, Nigar Sabirqızı bildirib ki, Uitkoff və Kuşner bundan əvvəl Moskvada iki dəfə olsalar da, bu dəfə ilk dəfə Kiyevə də səfər ediblər.
Siyasi şərhçinin sözlərinə görə, bir neçə ay əvvələ qədər Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə münasibəti fərqli idi və əsas danışıqlar Rusiya ilə aparılırdı.
“Amma son aylar Ukraynanın Rusiyaya endirdiyi uğurlu zərbələr Trampın mövqeyini dəyişib. Artıq heç kim Ukraynadan Donbasdan tamamilə çıxmasını tələb edə bilməz. Putin isə Donbası almadan müharibəni bitirməz”, – deyə Nigar Sabirqızı qeyd edib.
Həmçinin oxuyun
O bildirib ki, tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqları qaldığı üçün ABŞ nümayəndələrinin səfərindən böyük nəticə gözləmək çətindir.
“Amerika nümayəndələrinin səfərindən ciddi nəticə gözləməyə dəyməz. Məncə, bu, sadəcə, aralıq seçkilər ərəfəsində Trampın nədəsə uğur qazanmaq cəhdidir. Xüsusilə də İranla dalana dirənən müharibə fonunda”, – deyə siyasi şərhçi vurğulayıb.
Hazırda ABŞ administrasiyası Moskva və Kiyev arasında diplomatik təmasları yenidən intensivləşdirməyə çalışır. Lakin ərazi və təhlükəsizlik məsələləri ilə bağlı tərəflərin mövqeləri hələ də ciddi şəkildə fərqlənir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İran özünü islam ölkəsi sayır...Əslində REALLIQ NƏDİR?
Citypost.az AYB sədrinin müşaviri Sayman Aruzun İraqn haqqında məqaləsini təqdim edir:Məcburi hicabdan azad düşüncəyə doğruDini mənəviyyatın siyasi alətə çevrilməsi cəmiyyətə nə verir və biz qonşumuzun yaşadığı tarixi səhvlərdən hansı nəticələri çıxarmalıyıq?Hər bir cəmiyyətin qarşısında bu seçim var: gələcəyini azad düşüncə, elmi tərəqqi, hüquq və insan ləyaqəti üzərində qurmaq, yoxsa insanın şəxsi həyatını, geyimini, davranışını və hətta düşüncəsini müəyyən ideoloji qəliblərə salmağa çalışan bir idarəçilik modelini qəbul etmək. Bu seçim zahirən geyim, dini ayinlər və mənəvi dəyərlər ətrafında müzakirə olunsa da əslində söhbət insanın öz həyatı üzərində nə qədər söz sahibi olmasından, dövlətin səlahiyyətlərinin harada bitməsindən və cəmiyyətin hansı gələcəyə doğru...
13 Oktyabr 2026, 14:54
Zahid Oruc:"Azərbaycanda yüz illərdir xaricdən nicat gözləyənlər olub”..
Prezident İlham Əliyevin hakim partiyanın səkkizinci qurultayında ideoloji məkanımızı yad ünsürlərdən və təsirlərdən qorumaq çağırışı məfkurə suverenliyini və gələcək milli hədəflərini müəyyənləşdirməyə xidmət edən mühüm proqramdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqməqsədli dövlətçilik idealları 2020-ci ildə ərazi bütövlüyümüzü təmin etdi.Vətən müharibəsində əldə edilən Qələbə xalqımızın birliyini və siyasi həmrəyliyini daha da gücləndirdi. Lakin hərbi meydanda məğlub olanlar, ölkə başçısının dediyi kimi sərhəd tanımayan ideoloji və informasiya məkanında savaşı davam etdirirlər. Tarixi Qələbəmizi yalnız qonşu və uzaq paytaxtların razılığı, aldığımız bahalı silahları satanların xidməti ilə əlaqələndirib dövlətimizin misilsiz iradəsi, ordumuzun gücü, xalqımızın qətiyyəti və yenilməzliyini inkar edənlərə ən yüksək tribunadan...
13 Oktyabr 2026, 14:51
YAP-dan AKP iqtidarına SƏRT ÇAĞIRIŞ: “Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinin”
Uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir.Bu barədə Citypost.az-a Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən bildirilib.“Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında mövcud olan tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi qardaşlıq və dostluq bağlarını nəzərə alaraq, indiyədək bu cür hallara münasibətdə təmkin nümayiş etdirmişik. Məqsədimiz ayrı-ayrı dairələrin məsuliyyətsiz davranışlarının dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərə mənfi təsir göstərməsinə imkan verməmək olmuşdur.Lakin son dövrlərdə Azərbaycana qarşı yönəlmiş bu informasiya...
13 Oktyabr 2026, 14:03
Prezident: Mina problemi Azərbaycanla Laos üçün ortaq məsələdir
"Bizi mina problemi də birləşdirir".Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə birgə mətbuata bəyanatlarında deyib.“Cənab Prezident mənə dedi ki, Laosda insanlar bu gün də minalardan əziyyət çəkir. Mən də bildirdim ki, ermənilər 1 milyondan çox minanı torpağımızda basdırıb. Burada təcrübə mübadiləsi maraqlı ola bilər. Eyni zamanda, yeni texnologiyaların tətbiqi də böyük önəm daşıyır", - dövlət başçısı qeyd edib....
13 Oktyabr 2026, 11:56
Laos Prezidenti: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə yüksələcək
"Bu gün biz bir çox sahələri əhatə edən sənədlər və birgə Bəyanat imzaladıq".Citypost.az xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarında deyib.O bildirib ki, bu sənədlər gələcək əməkdaşlığımızın vacib təməlini təşkil edəcək: “Biz inanırıq ki, gələcəkdə Azərbaycandan sərmayələrin yatırılması daha da artacaq".
13 Oktyabr 2026, 11:55
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub.Bu barədə Citypost.az xəbər verir.
13 Oktyabr 2026, 11:27