Bizə yazın

Baku

-°C

USD

-

Elxan Şükürlü: "Qardaş ölkələr arasında nifaq salmaq istəyənlərə fürsət vermək olmaz"

Siyasət 22 Oktyabr 2026, 08:40

508

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng vuraraq onu Ankaraya dəvət etməsi ictimai-siyasi dairələrdə geniş əks-səda doğurub.

Citypost.az xəbər verir ki, məsələyə münasibət bildirən politoloq Elxan Şükürlü sosial şəbəkə hesabında bu addımı gərginliyin qarşısını almaq baxımından əhəmiyyətli sayıb.

E.Şükürlü yazıb ki, atılan addım fitnənin böyüməsinin və münasibətlərin gərginləşməsinin qarşısını alacaq: "Fitnənin böyüməsinin və münasibətlərin gərginləşməsinin qarşısını alacaq ilk böyük addım atıldı: Türkiyə prezidenti Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng vurdu, onu Ankaraya dəvət etdi!"

Politoloq qardaş ölkələr arasında nifaq salınmasına ümid bəsləyənlərə fürsət verilməməsinin vacibliyini vurğulayıb: "Ümmətin parçalanacağına, qardaş ölkələr arasında nifaq salınacağına ümid bəsləyənlərə və bunun üçün son günlər hər iki ölkədə dəridən-qabıqdan çıxanlara fürsət vermək olmaz!"

E.Şükürlü məsələnin dialoq yolu ilə həllinin tərəfdarı olduğunu bildirib: "Bir anlaşılmazlıq varsa da, əyləşib, birgə çözmək lazımdır - 44 günlük Vətən Savaşında bir yerdə olduğumuz kimi!"

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tural İrfan: “Türkiyə ilə münasibətlərin nizamını qorumaq vacibdir”

Pakistan və İraqın İranla sərhədlərini bağlaması barədə yayılan məlumatlar regionda gərginliyin artdığını göstərir.Citypost.az Məsələyə münasibət bildirən Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı-politoloq Tural İrfan sosial şəbəkə hesabında bu proseslərin mümkün nəticələrinə toxunub.T.İrfan yazıb ki, sərhədlərin bağlanması ilə bağlı məlumatlar ABŞ və İsrailin konkret addımlara qərar verdiyini göstərə bilər: "Pakistan və İraqın İranla sərhədlərini bağlaması haqda məlumatlar var. Bu və digər proseslər ABŞ və İsrailin konkret addımlara qərar verdiyi anlamına gəlir. İran ətrafında çəmbər daralır".Politoloq bu şəraitdə Türkiyə ilə münasibətlərin qorunmasının önəmini vurğulayıb: "Mümkün olduğu qədər Türkiyə ilə münasibətlərin nizamının qorunması vacibdir"....

22 Oktyabr 2026, 08:43

Aygün Muradxanlı: "31 nəfərin Azərbaycana girişinə qadağanı Türkiyədəki dostlarım dəstəklədi"

Azərbaycana 31 Türkiyə vətəndaşının girişinə qadağa qoyulması mövzusu ictimai müzakirələrdə diqqət mərkəzindədir.Citypost.az xəbər verir ki, məsələyə münasibət bildirən jurnalist Aygün Muradxanlı sosial şəbəkə hesabında bu barədə Türkiyədəki tanışlarının fikirlərini bölüşüb.A.Muradxanlı yazıb ki, qadağa ilə bağlı Türkiyədəki dostlarından bəziləri ilə danışıb və onlar qərarı müsbət qarşılayıblar: "31 Türkiyə vətəndaşının Azərbaycana girişinə qadağa qoyulması ilə bağlı Türkiyədəki dostlardan kiminlə danışdım, dedilər, İlham Əliyevin əllərinə sağlıq, 31-i də türk, Türkiyə düşmənləridir. Onları elə Türkiyədən də çıxarmaq lazımdır"....

22 Oktyabr 2026, 08:34

İlqar Muxtarov Portuqaliyanın iqtisadiyyat üzrə dövlət katibi ilə görüşüb

Azərbaycanla Portuqaliya arasında investisiya imkanları müzakirə edilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Portuqaliyadakı səfiri İlqar Muxtarov "X" sosial şəbəkə hesabında yazıb.Müzakirələr İ. Muxtarovla Portuqaliyanın iqtisadiyyat üzrə dövlət katibi Rui Ferreyra arasında aparılıb:"Portuqaliya Respublikasının İqtisadiyyat üzrə Dövlət Katibinə səmimi qəbula görə təşəkkür edirəm. Biz ticarət missiyalarının qarşıdan gələn səfərlərini və ikitərəfli investisiya imkanlarını müzakirə etdik. Həmçinin ticarət və iqtisadi əlaqələrin dərinləşdirilməsi zərurətini bir daha təsdiqlədik"....

22 Oktyabr 2026, 08:24

Politoloq Əliyev-Ərdoğan danışığına münasibət bildirdi: "Süni böhran geridə qaldı"

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.Citypost.az xəbər verir ki, Politoloq Oqtay Qasımov ötən gün baş tutan danışıqla bağlı sosial şəbəkə hesabında fikirlərini bölüşüb. O yazıb ki, Azərbaycan və Türkiyə münasibətlərini pozmaq istəyənlərin arzuları gözündə qalıb: "İki ölkə prezidentlərinin telefon danışığı gerçəkləşdi və süni böhran geridə qaldı".Turan 

22 Oktyabr 2026, 08:16

Aydın Quliyev Ərbakan tərəfdarlarının aksiya qərarına münasibət bildirdi

Türkiyənin Yenidən Refah Partiyasının sədri Fatih Ərbakanın Azərbaycana girişinin məhdudlaşdırılması ilə bağlı xəbərdən sonra Türkiyədə bu partiyanın tərəfdarları Ankaradakı Azərbaycan səfirliyi qarşısında aksiya keçirmək qərarına gəliblər. Citypost.az xəbər verir ki, bu barədə politoloq, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev sosial şəbəkə hesabında yazıb.A.Quliyevin sözlərinə görə, Nəcməddin Ərbakanın oğlu, Yenidən Refah Partiyasının sədri Fatih Ərbakanın Azərbaycana girişinin məhdudlaşdırıldığı barədə xəbər yayılan kimi o, Azərbaycan prezidentinə "kin dolu, qəzəbli" məktub yazıb: "Nəcməddin Ərbakanın oğlu, Yenidən Refah partiyasının başqanı oğul Ərbakanın Azərbaycana girişi məhdudlaşdırıldı. Xəbər çıxan kimi oğul Ərbakan Azərbaycan prezidentinə kin dolu qəzəbli bir məktub yazdı, tərəfimizdən layiqli cavabını da aldı".Politoloq...

22 Oktyabr 2026, 08:02

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Citypost.az  xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib.Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.Prezident İlham Əliyev telefon zənginə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərinə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.Dövlətimizin başçısı öz...

21 Oktyabr 2026, 19:49