Çayı belə içmək xərçəngə səbəb olur
Tibb 30 Oktyabr 2024, 15:00

1461
Çay ən çox istifadə edilən isti içkilərdən biridir. Bir çox insanın vazkeçilməz olduğu çay ləzzətli içki olmaqla yanaşı, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Çay düzgün istehlak edilmədikdə həyati təhlükə yarada bilər.
Çay günün istənilən vaxtında həvəslə və ləzzətlə istehlak edilən içkilərdəndir. Lakin çayı düzgün qəbul etməmək orqanizmdə ciddi xəstəliklərin yaranma riskini artıra bilər.
Citypost.az xəbər verir ki, xüsusilə yanlış temperaturda istehlak edilən çayın qırtlaq və yemək borusu kimi həssas bölgələrdə xərçəngə səbəb ola biləcəyi ortaya çıxıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2016-cı ildə dərc etdiyi hesabatda 70 dərəcədən yuxarı temperaturda istehlak edilən içkilərin kanserogen ola biləcəyini bildirib.
Xüsusilə, İran və Çin kimi isti çay istehlakının çox olduğu bölgələrdə aparılan araşdırmalar göstərir ki, bu vərdiş qida borusunda xərçəngə səbəb olan hüceyrə zədələnməsi riskini artırır.
2019-cu ildə nəşr olunan bir araşdırmaya görə, gündə 700 ml-dən çox çay istehlak edən və 60 dərəcədən yuxarı temperaturda yemək borusu xərçəngi riski əhəmiyyətli dərəcədə artır.
Həmçinin oxuyun
Bunun səbəbi, yüksək temperaturun qida borusundakı hüceyrələrin təkrar zədələnməsinə səbəb olması, uzun müddətdə xərçəng hüceyrələrinin əmələ gəlməsi ehtimalını artırmasıdır. Mütəxəssislər həddindən artıq isti çayın bir az soyudulsa belə, zamanla xərçəngə səbəb ola biləcəyini vurğulayaraq, bu risklərin qarşısını almaq üçün çayın 60 dərəcəyə qədər soyumasını gözləmək lazım olduğunu bildirirlər.
Çay necə içilməlidir?
Qara çay və ya digər bitki çayları içərkən nəzərə alınmalı məqamlar var. Sağlamlığınız üçün şəkərsiz çayı mütləq qəbul edin. Sağlamlıq üçün risk faktoru yaratmamaq üçün 5-8 dəqiqə dəmlənmiş və şəffaf olan çay içilməlidir.
Bitki çaylarının dəmlənməsi fərqlidir. Bütün faydalarından yararlanmaq üçün bitki çayına qaynadılmış su əvəzinə qaynadılmış və 80 dərəcəyə qədər soyudulmuş su əlavə edib 3-4 dəqiqə gözləmə müddəti ilə dəmləmək lazımdır. Gün ərzində 5 stəkan qədər qara çay; 3 stəkan bitki çayı içmək olar.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bu qidalar xolesterola səbəb olur
Məlumdur ki, yüksək xolesterol ürək xəstəliyi və insult riskini əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislər xolesterolu artıran qidalardan uzaq durmağı tövsiyə edirlər.
02 May 2025, 23:22

Maqnezium bədən üçün niyə vacibdir?
Əsəbilik, əhval dəyişikliyi və apatiya bədəndə maqnezium çatışmazlığının əlamətləridir. Maqnezium funksiyanı aşkar etmək asan deyil, belə ki, bu element bədənə daxil olan kimi bütün maddələrə ödənilir.CityPost.az bu barədə xarici mediaya istinadən xəbər verir.Maqnezium çatışmazlığı, bədəndə kifayət qədər maqnezium olmadıqda əzələ spazmaları, ürək ritmi pozuntuları, yorğunluq, baş ağrıları və həzm problemləri kimi simptomlara səbəb olur. Bundan başqa, uzunmüddətli maqnezium çatışmazlığı tip 2 diabet, osteoporoz və digər sağlamlıq problemlərinin yaranma riskini artırır.Maqneziumla zəngin qidalar arasında pazı, ispanaq, fındıq, badam, kaju, somon balığı, balqabaq tumu və tam taxıllar yer alır. Bu qidaların gündəlik rasiona daxil edilməsi maqnezium səviyyəsinin normallaşmasına kömək edir.Yeganə...
24 Aprel 2025, 17:30

Görmə qabiliyyətini bərpa edən dərman hazırlanır
"KAIST" Universitetinin tədqiqatçıları tor qişanın zədələnməsini bərpa edən və görmə qabiliyyətini daimi olaraq bərpa edən ilk müalicəni hazırlayıblar.CityPost.az xəbər verir ki, klinik sınaqların 2028-ci ildə başlanması planlaşdırılır.Nəticələr görmə qabiliyyətini daimi bərpa edən ilk müalicə kimi qeydə alınıb.Araşdırmanı aparan prof. Jin Woo Kim və komandası optik sinirlərin bərpasına imkan verən müalicəyə davamlı retinal xəstəliklərdə mühüm rol oynayan bir proteini (PROX1) bloklayıblar.Araşdırmalara görə, PROX1 zülalı tor qişanın təmirini əngəlləyən əsas amillərdən biridir. Normalda sinir hüceyrələrinin inkişafında rol oynayan bu zülal zədələnmiş retinal nahiyədə toplanır və bərpasını dayandırır.Alimlər bu zülalın balıqda görünmədiyini və buna görə də balıqların göz qişasının təmirində daha müvəffəqiyyətli olduğunu ortaya...
22 Aprel 2025, 17:47

Bu qidaları yeməyin: Stressə səbəb olur...
Alkoqol, qızardılmış qidalar, kofein, zərif karbohidratlar, şəkər və duzda olan maddələr kortizol kimi stress hormonlarının istehsalını stimullaşdıra bilər.
18 Aprel 2025, 17:00

Həddindən artıq duz istehlakı piylənmə riskini artırır
Avropa Obezitenin Tədqiqi Assosiasiyasının apardığı yeni araşdırmaya görə, gündəlik həyatda tez-tez istehlak edilən qidalardan yüksək miqdarda natrium, xüsusilə də qadınlarda ümumi və qarın bölgəsində piylənmə riskini əhəmiyyətli dərəcədə artırır.
18 Aprel 2025, 16:00

Başımız niyə ağrıyır? — Həkim səbəblərini və çarəsini açıqladı
Düzgün diaqnoz, müalicənin yarısıdır.Bir çox insanlar baş ağrısından şikayətlənirlər, bu da müxtəlif səbəblərdən ola bilər. Həm fiziki, həm də emosional faktorlar baş ağrısına səbəb ola bilər. Stress, yuxusuzluq, qidalanmamaq və ya uzun müddət komputer ekranına baxmaq kimi bəzi hallar baş ağrılarına səbəb ola bilər. Əgər başımız ağrıyırsa,nə edə bilərik?Bu dəfə təqdim etdiyimiz mövzu baş ağrıları barəsindədir. Citypost.az bu suala aydınlıq gətirib.Mövzu ilə bağlı saytımıza açıqlama verən Avropa Nevrologiya Akademiyasının üzvü Nevroloq Qalib Əsədov bildirib ki, əsəbi gərginlik zamanı baş ağrıları gicgahlardan başın sıxılması, baş dərisinin ağrıması, gicgahlarda sıxıntı şəklində ağrıların olması və s. kimi hallarda ağrıkəsici dərman sizə təsir etməyəcək. Bunlar...
11 Aprel 2025, 14:59