Mənəviyyatsızlığın ilk pilləsi xəcalət hissini itirməkdir — Şəmsi Vəfadar Şərurlu İsfəndiyarı tənqid etdi
Cəmiyyət 09 Aprel 2025, 13:31
37104
Şərurlu İsfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundovun verdiyi müsahibələr cəmiyyətdə birmənalı qarşılanmayıb.
Müsahibəsində "Mən çobanam, alimlər işləyir, pullar gəlir" deməsi müzakirələrə səbəb olub.
Citypost.az xəbər verir ki, mövzu ilə bağlı danışan tanınmış yazıçı-jurnalist Şəmsi Vəfadar iş adamını sərt tənqid edib.
Həmin açıqlamanı təqdim edirik:
İsfəndiyar Axundovun sərsəmləməsi onun savadsızlığının və səbatsızlığının bariz nümunəsidir.Bu adam müsahibələrində özü etiraf edib ki, mən çobanam.Hərf tanımıram,yazıb-oxumağı bacarmıram.
Ömründə bir kitab oxumayan,əli qələm tutmayan adamın idrakı hansı dərəcədə ola bilər?
Mənəviyyatsızlığın ilk pilləsi xəcalət hissini itirməkdir.Yəni-xəcalət,utanc hissini itirən insan hər şeyə qadirdir.İsfəndiyar Axundov kimi...
Danışdıqları bu nəticəni göstərir ki, O, çox təhlükəli biridir.Ümumiyyətlə,ən təhlükəli insanlar böyük məqamlara gəlmiş kiçik adamlardır.İsfəndiyar Axundovun qarnı və başı böyük ola bilər. Nə olsun... Amma, idrakı kiçikdir,yox dərəcəsindədir. Azdan-çoxdan idraka malik olan insan onun kimi ağzına gələn sözləri buraxmaz axı... Qələmi sınmış Ramiz Mehdiyevin illərlə himayəsində olub bu adam.Əməlləri Bakıda çox adamları evsiz-eşiksiz,yurdsuz-yuvasız edib.Həbsxanalarda 10-dan çox iş adamı onun əməllərinin nəticəsi olaraq cəza çəkir.Bütün həbsə alınan tikinti işi ilə məşğul olan sahibkarların yarımçıq qalmış işlərini davam etdirmək onun şirkətlərinə həvalə olunur. Niyə? Hansı müsbət göstəricisinə görə?
Utanmır,hələ bir qürrələnir ki, mən otururam,alimlər əlimin altında işləyir,pullar özbaşına gəlir.Elə onun əlinin altında işləyən alim də,onun səviyyəsində ola bilər.İnsan Lütfizadə,İlon Maks,Bill Qeyts və başqaları kimi nəsə ixtira edərsə,qazandığı nailiyyətlərə görə fəxr edə,qürrələnə bilər.Kiminsə himayəsi ilə daşı daş üstünə qoymağa dərin ağıl və idrak gərək deyil.Digər yandan hesab edirəm ki, İsfəndiyar Axundovun bu müsahibələri onun göstəricisidir ki, artıq O, da yetişib.Onun da dərilmə vaxtı çatıb.Heç kəs unutmamalıdır ki, meşə nə qədər dərin və geniş olsa da,insan sığınan zaman yalnız bir ağacın kölgəsinə sığınır. Varının,mülkinin,pulunun qədərindən asılı olmayaraq hamının son ünvanı eyni yerdir.Elə İsfəndiyar Axundovun da...
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah 37 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın...
12 Avqust 2026, 13:19
Mənzil təmirinə başlamazdan əvvəl smeta çıxarılışı: Büdcəni 30% aşmamaq yolları
Mənzil təmiri böyük maliyyə vəsaiti və diqqət tələb edən, düzgün planlaşdırılmadıqda isə gözlənilməz xərclərlə nəticələnən mürəkkəb bir prosesdir. Təmirə başlayan bir çox mənzil sahibi işin gedişatında ilkin nəzərdə tutulmuş büdcənin 30, hətta 50 faizədək aşılması problemi ilə qarşılaşır. Təmir prosesinin yarımçıq qalmaması və maliyyə böhranına çevrilməməsi üçün atılacaq ilk və ən vacib addım işə başlamazdan əvvəl dəqiq, ətraflı və real bazar qiymətlərinə əsaslanan smeta sənədinin tərtib edilməsidir.Citypost.az xəbər verir ki, təmir smetası hazırlanarkən edilən ən böyük səhv yalnız usta haqqı və əsas tikinti materiallarının ( kafel, laminat, boya və s.) nəzərə alınmasıdır. Lakin büdcənin kəskin artmasına adətən "görünməyən" xərclər —...
12 Avqust 2026, 12:12
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
12 Avqust 2026, 11:42
Saday Şəkərlinin Avropada yeni kitabları nəşr edilib
Bu ili tanınmış şair Saday Şəkərli üçün yaradıcılıq baxımçından çox uğurlu il hesab etmək olar. Onun son iki ayda Avropada beş kitabı işıq üzü görüb. Sonuncu kitab “Üç poema”, (Trilogiya) adlanır. Bu kitaba “lənətlənmiş cənnət və ya azadlıq şərqisi”, “Sürgün” və “Tənha keçən”... poemaları daxil edilir. Kitabın tərcüməçisi Vika Krutu (Almaniya), redaktoru Tariyel Azərtürk (ABŞ), tərcüməçisi isə Ukraynalı İrina Solıtskayadır.Xatırladaq ki, bu kitaba qədər Saday Şəkərlinin “Mən səndən ayrılmazdım”...(ana dilində), “Vuruş sözüm”, “Ümid işığı” (fransız dilində) və “Ümiddən uzun” (ingilis dilində) şeirlər kitabları nəşr olunub.Müşərrəfxanım...
12 Avqust 2026, 10:45
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb
Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, habelə abadlıq-quruculuq işləri davam etdiriləcək.CİTYpOST.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla Naxçıvan MR-in sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən və Naxçıvanın büdcəsindən ümumilikdə 258 milyon manat vəsait nəzərdə tutulub.Həmin vəsaitdən Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə 66 milyon manat, ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu...
12 Avqust 2026, 10:31
Qərar verməkdə çətinlik çəkənlər: "Analiz iflicı" sindromundan necə qurtulmalı?
Gündəlik həyatda, iş mühitində və ya şəxsi seçimlərdə ən sadə məsələdən tutmuş vacib həyat qərarlarına qədər hər bir xırdalığı həddindən artıq dərəcədə düşünmək, bütün ehtimalları dəfələrlə hesablamaq və nəticədə heç bir addım ata bilməmək müasir dövrün ən yayğın psixoloji problemlərindən biridir. Psixologiyada "analiz iflici" (analys paralysis) adlandırılan bu vəziyyət, insanın mövcud variantları, riskləri və məlumatları həddindən artıq təhlil etməsi nəticəsində qərar vermə qabiliyyətini müvəqqəti olaraq itirməsi ilə xarakterizə olunur. Seçimlərin bolluğu, səhv etmək qorxusu və mükəmməllik həsrəti insanı fəaliyyətsizliyə yönəldərək zehni yorğunluq və gərginlik yaradır.Citypost.az xəbər verir ki, analiz iflicinin yaranmasında ən böyük amil "mükəmməl seçim" axtarışı və tam informasiya...
12 Avqust 2026, 09:53