MÜRGÜLƏYƏNLƏRİN GÜNAHI - Fazil Mustafa yazır
Cəmiyyət 27 Fevral 2026, 14:05
3327
AMEA-da I Türkoloji Qurultayın 100 illiyinə həsr olunan beynəlxalq konfransa dəvət olunduğum ərəfədə ixtiyarsız olaraq son günlər sosial şəbəkədə tirajlanan alimlərin mürgüləmə səhnəsi ilə bağlı fotoları və bunlar üzərindən ağıllı-cahil kimsələrin fərqli yorumlarını xatırlamış oldum.
Əlbəttə, Ramazan orucunun tam olmayan yuxusuzluq ortamında, istərsə də oruc tutmayan insanın günlük yorğunluğu durumunda kiminsə toplantıda əsnəməsi və ya mürgüləməsi sırf insani görüntülər olduğundan bu cür mövzuların üzərində durmağa çalışmasam da, toplumda kütləviləşən yanlış dəyərləndirmənin heç də xoş mənzərə yaratmadığını söyləməyə özümü sorumlu bildim.
Dəfələrlə bu mövzu deputatlar üzərindən də manipulyasiya edilərək milli faciə səviyyəsində bir kampaniya aparılmışdı.
Əlbəttə, inkişaf etmiş mədəni cəmiyyətlərdə bunun yumor üzərindən xoş bir təbəssüm yaratmasını bizim məkanda da görmək bəlkə də pis ovqat yaratmazdı. İclas ortamını, çıxışların maraqsızlığını və ya yoruculuğunu, zalın temperaturunu səbəb olaraq göstərmək kimi bir istiqamətə də yönəlməyi düşünmürəm. Müasir çağımızda bəlkə də bu şərtlərdə ən xilasedici vasitə mobil telefonlar sayılmalıdır.
Başını onunla qatmaq fürsətini qaçırmadan olduğun sıxıcı məkandan yayınmaq kimi bir imkanı dəyərləndirənlər əksər hallarda hədəfə gəlmirlər. Düşünürəm ki, AMEA-nın Rəyasət Heyətinin iclasında bir neçə foto üzərindən qeydə alınan bu görüntünün paylaşımlarda elə bir qəbahət yoxdur.
Həmçinin oxuyun
Əgər bunu səmimi bir yumor mövzusuna çevirib, epizodik bir gülümsəmə ilə yola vermək və xoş ovqat yaratmaq üçün istifadə etsəydilər, daha faydalı olardı. Bunu bir linçetmə kampaniyası kimi məqsədli və ya məqsədsiz şəkildə siyasiləşdirənlərin axsayan elm mühitimizin gerçək tablosundan yayınaraq ayrı-ayrı sahədə faydalı tədqiqatlar aparmış alimlərin epizodik insanlıq halını məsxərəyə qoyması artıq gülüş deyil, prosesin bir bambılılıq əlaməti daşıdığını göstərirdi.
Gizlətmirik ki, yaşadığımız din bizə nəyə ağladığımızı bilməyən cahil bir topluluq tablosunu yüzillərdir göstərir. Nəyə ağladığımızı bilmədiyimiz qədər nəyə güldüyümüzü də bilməyən bir topluluq olduğumuzu da yaşadığımız həyat addımbaşı bizə göstərməkdədir.
Bu, bizlərin orta məktəbdən xatırladığımız bir tendensiyanın yetkinlik yaşlarımızdan sonra təkrarlanması kimi də anlaşıla bilər. Geriyə dönüb baxsanız görərsiniz ki, sinifdə və ya çevrədə olan hansısa nitqi, fiziki görkəmi anadangəlmə qüsurlu olan insanlara edilən məsxərələr, verilən xoşagəlməz adlar bizləri əsasən bu cür tərbiyə etmiş. Əslində insanı dəyər olaraq görməyən bütün toplumlarında xroniki bir hal kimi bu düşüncə tərzi müşahidə oluna bilər.
Ancaq bu xroniki əbləhliyi yaradıcılığı ilə, yaşamı ilə tanış olmadığın elm adamlarına qarşı sadə bir epizoda görə tətbiq etmək xoş qarşılana bilməz. Əlbəttə, məsxərəyə qoyulası, acımasızca bir tablo var, o da bir şəxsin kiminsə himayəsi ilə elmi ad almasıdır, layiq olmadığı elmi titulları daşımasıdır, öz laborantının yazdığı əsərə həmmüəllif olmasıdır, dissertasiyasını, elmi məqaləsini, kitabını kiməsə yazdırmasıdır, kiməsə hətta ehtiyac üzündən olsa belə pul qarşılığında diplom işi, dissertasiya yazmasıdır. Vicdanlı alimə isə gülmək üçün bir əsası böyük Məhəmməd Əmin bəy öz yazılarının birində müdhiş bir deyimlə vermiş: "Alimlər öz tənbəlliyindən məsuliyyət daşıyırlar!" Yəni hansısa iclasda mürgüləyən vicdanlı, bilgili şəxsiyyət kimi tanınan bir alimin istedadının mürgüləməsini linç etmək lazımdır. Bu cür istedadlı insanların tənbəlliyini linç etmək lazımdır. Mistik yöndən izahı budur ki, Allahın verdiyi ağlı, istedadı lazımı şəkildə istifadə etməyən insan faydalı, xeyirli sayıla bilməz. Sosioloji baxımdam izahı da belədir ki, yaşadığın məkanın, mənsub olduğun millətin tərəqqisi üçün çalışma imkanların boşa xərcləməkdəsən. Durumu gücüm yetən qədər sadələşdirdim ki, mövzunun içində şəxsim də qarşışıq hamımızı yerləşdirə bilim. Fikrimcə, günün sualı belə olsa daha məntiqli alınardı: Mürgüləyənlərin günahı daha böyük, yoxsa mürgülədənlərin!
Bir azdan iclas başlayır. Allah bizi faydalı işlər üçün mürgüləyənlərdən etməsin! Üstəlik də xeyirli müsəlmanlara xeyirli Ramazan nəsib etsin! Xeyirsiz müsəlmana onsuz da heç nəyin xeyri yoxdur!
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ədliyyə naziri Qobustan rayonunda vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fərid Əhmədov 6 mart tarixində Qobustan rayonunda Sumqayıt şəhər, Qobustan, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayon sakinlərini qəbul edəcək.Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 5 mart tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Sumqayıt regional ədliyyə idarəsinə (ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z. Hacıyev küçəsi 64, əlaqə telefonu: +994 12 510 10 01, daxili nömrə: 17610, 17631) müraciət edərək qəbula yazıla bilərlər.Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların...
27 Fevral 2026, 15:09
Səhnədə soyqırımı qurbanları anıldı
Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə növbəti tədbir keçirilib.Citypost.az xəbər verir ki, Müslüm Maqomayevn adına Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilən mərasimdə əvvəlcə 34 il öncə Ermənistanın Xocalı şəhərində həyata keçirdiyi soyqırımı zamanı həyatlarını itirən insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra SENSERİTY teatr təşəbbüsünün iştirakı ilə “ANNENFELD oder AUF WIEDERSEHEN MAMA?” adlı tamaşa oynanılıb. Xocalı soyqırımının qurbanlarına həsr olunan tamaşa Əjdər Ulduzun müəllifliyi və rejissorluğu ilə ərsəyə gəlib. Tamaşada sıravi azərbaycanlıların ölkəmizdə məskunlaşan alman icmalarına qarşı xoş və mehriban münasibətindən bəhs edilir. Xalqımızın tarixən mənəvi dəyərlərə, humanizm prinsiplərinə sadiqliyi ön plana çəkilir. Tamaşadan sonra Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev...
27 Fevral 2026, 15:08
Efiopiya Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
Fevralın 27-da Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub.Citypost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşılayıblar.Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verib.Efiopiyanın Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçib.Sonda rəsmi foto çəkdirilib....
27 Fevral 2026, 14:24
Azərbaycanda yeni Şura yaradıldı - İlham Əliyevdən FƏRMAN
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.Fərman Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə imzalanıb.Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:Şuranın sədriAzərbaycan Respublikasının Birinci vitse-prezidentiŞuranın üzvləri:Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiriAzərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiriAzərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisiAzərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziriAzərbaycan Respublikasının...
27 Fevral 2026, 13:46
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
Milli Məclisin növbəti iclasının tarixi məlum olub.Citypost.az xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib.Milli Məclisin növbəti iclası martın 3-də olacaq.
27 Fevral 2026, 13:27
Parlamentin komitə sədri: Narkomaniya xəstələrinin artması ailə institutunu zəiflədir
Narkomaniya və toksikomaniya xəstələrinin sayının artması ailə institutunu zəiflədir.CityPost.az-ın xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı komitənin sədri Zahid Oruc bildirib.“Məruzədə qeyd edilir ki, son illərdə ölkədə narkomaniya və toksikomaniya xəstələrinin sayının artması narahatlıq doğurur. Bu xəstəliklər gənc nəslin fiziki və psixi inkişafına təhlükə yaradır, ailə institutunu zəiflədir, bütövlükdə əhalinin genofonduna mənfi təsir göstərir və gələcək nəsillərin sağlamlıq potensialı üçün ciddi problem yaradır”, - deyə Zahid Oruc qeyd edib....
27 Fevral 2026, 13:00