Bizə yazın

Baku

-°C

USD

-

Həkim səhvi və hüquqi məsuliyyət: Ekspert açıqladı  

Hüquq 09 Mart 2026, 16:32

1810

Həkimlərin fəaliyyəti Azərbaycanda əsasən Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş kliniki protokollara əsaslanır. Əgər müvafiq protokol mövcuddursa, həkim həmin protokolda göstərilmiş bütün addımları icra etməlidir. Əks halda, hüquqi məsuliyyət yaranır.

Cityost.az xəbər verir ki, məsələn, bir şəxs hündürlükdən yıxılır və zədə alırsa, həkim onu dərhal müayinə etməli, ehtiyac varsa əlavə testlər və müalicə tədbirləri görməlidir. Həkim protokolda nəzərdə tutulmuş addımları atlamış və xəstəni təhlükəli vəziyyətdə evə göndərmişsə, baş verəcək ağırlaşmalara görə məsuliyyət daşıyır.

Bu barədə praktiki nümunələr mövcuddur. Yol nəqliyyat hadisəsi zamanı xəstə dövlət xəstəxanasına müraciət etmiş, həkim onu sadəcə baxışdan keçirərək evə göndərmişdi. Qısa müddət sonra xəstənin vəziyyəti pisləşmiş və sonrakı müayinələrdə artıq həyatını itirmişdi. Həmin iş üzrə məhkəmə araşdırmasında həkimin protokol üzrə zəruri müayinələri etməməsi faktı aşkarlandı və həkim həkim səhvi səbəbindən hüquqi məsuliyyətə cəlb edildi.

Ekspertlər bildirirlər ki, belə hallarda həkim yalnız xəstənin ölümünə görə deyil, kliniki protokolu pozduğu üçün məsuliyyət daşıyır. Həkim səhvləri ilə bağlı hüquqi mexanizm bu cür nümunələrlə tənzimlənir və xəstələrin təhlükəsizliyinin təmin olunması əsas prinsiplərdən biridir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Borc mübahisələrinə görə polis çağırışı qanunidirmi? – Hüquqi izah  

Borc mübahisələrinə görə polis çağırışı qanunidirmi? – Hüquqi izahAzərbaycan Respublikasının qanunvericiliyinə əsasən, şəxslər arasında yaranan borc münasibətləri mülki mübahisə hesab olunur. Bu cür mübahisələrin həlli isə əsasən məhkəmə qaydasında həyata keçirilir.Citypost.az-ın məlumatına görə , mütəxəssislərin bildirdiyinə görə, borc məsələləri birbaşa cinayət tərkibi yaratmadığı halda, polis orqanlarının bu işi araşdırmaq səlahiyyəti yoxdur. Yəni sadəcə borcun qaytarılmaması faktına görə şəxsin polisə çağırılması və ya cinayət işi başlanması qanunvericiliyə uyğun deyil.Belə hallarda tərəflər iddia ərizəsi ilə məhkəmə-yə müraciət etməli və mübahisə mülki qaydada həll olunmalıdır. Yalnız dələduzluq kimi cinayət tərkibi yaradan hallar olduqda hüquq-mühafizə orqanlarının müdaxiləsi mümkündür.Nəticə etibarilə, adi borc mübahisələri polis tərəfindən...

01 May 2026, 14:42

Ad-soyadı dəyişmək borcu silirmi? – Hüquqi açıqlama  

Azərbaycan qanunvericiliyinə görə, şəxs öz adını və soyadını dəyişmək hüququna malikdir. Lakin bu dəyişiklik əvvəlki hüquq və öhdəliklərə xitam vermir. Yəni adınızı dəyişdirməyiniz sizin mövcud borclarınızı aradan qaldırmır.Citypost.az-ın məlumatına görə, hüquqşünasların bildirdiyinə əsasən, bank qarşısında yaranmış kredit öhdəliyi müqavilə öhdəliyi sayılır və bu öhdəlik şəxsin kimliyi ilə bağlıdır, adı ilə yox. Buna görə də ad və ya soyad dəyişdirilsə belə, borc qüvvədə qalır.Bundan əlavə, şəxs adını dəyişdirdikdə bu barədə kreditorlara, o cümlədən bank-a məlumat verməlidir. Əks halda, əlavə hüquqi problemlər yarana bilər.Nəticə olaraq, ad-soyad dəyişikliyi borcdan yayınmaq üçün hüquqi əsas sayılmır və öhdəliklər olduğu kimi qüvvədə qalır.Əli...

01 May 2026, 11:39

Məişət zorakılığından necə qorunmaq olar?   

Son dövrlər məişət zorakılığı halları, xüsusilə də ailədaxili zorakılıq faktları cəmiyyətdə ciddi narahatlıq doğurur. Qanunvericilik isə bu kimi hallardan qorunmaq üçün vətəndaşlara konkret hüquqlar təqdim edir.Citypost.az-ın məlumatıma görə, mütəxəssislərin bildirdiyinə görə, məişət zorakılığına məruz qalan şəxslər müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edərək mühafizə orderi ala bilərlər. Bu orderlər iki növ olur: qısamüddətli və uzunmüddətli.Qısamüddətli mühafizə orderi təcili hallarda verilir və zərərçəkmiş şəxsin dərhal qorunmasını təmin edir. Uzunmüddətli mühafizə orderi isə məhkəmə qərarı ilə tətbiq olunur və daha geniş müddət ərzində zorakılıq törədən şəxsin zərərçəkmişə yaxınlaşmasını, əlaqə saxlamasını və digər təmaslarını məhdudlaşdırır.Bu hüquqi mexanizmlər zərərçəkmiş şəxsin təhlükəsizliyini təmin...

01 May 2026, 09:40

Artıq ödənilmiş əmək pensiyası necə geri alınır?  

Bəzi hallarda əmək pensiyasını təyin edən orqanın texniki və ya hesablamadakı səhvi nəticəsində vətəndaşa normadan artıq məbləğdə pensiya ödənilə bilər. Belə vəziyyətlərdə artıq ödənilmiş vəsaitin geri qaytarılması məsələsi qanunvericiliklə tənzimlənir.Citypost.az-ın məlumatına görə , qaydalara əsasən, əgər vətəndaş artıq ödənişin tutulmasına razılıq verərsə, bu zaman pensiyanı təyin edən orqanın qərarı ilə həmin məbləğ mərhələli şəkildə geri alına bilər.Yəni vətəndaşın razılığı olduqda proses daha sadə qaydada həll edilir.Əgər vətəndaş bu məbləğin tutulmasına razı olmazsa, bu halda məsələ məhkəmə qaydasında həll olunur və artıq ödənilmiş vəsaitin geri qaytarılması məhkəmə qərarı ilə həyata keçirilir.Lakin burada mühüm bir məqam var: qanunvericiliyə əsasən, vətəndaşdan yalnız son...

30 Aprel 2026, 13:52

Zamin borcalan vəfat etdikdə məsuliyyət daşıyırmı?  

Vətəndaşlar arasında tez-tez verilən suallardan biri də kredit götürən şəxsin vəfat etməsi halında borcun taleyi ilə bağlıdır. Xüsusilə maraq doğuran məsələ budur ki, belə vəziyyətdə zaminin öhdəliyi davam edirmi?Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, borcalanın vəfat etməsi kredit öhdəliyini avtomatik olaraq ləğv etmir. Əgər kredit müqaviləsində zamin nəzərdə tutulubsa, bu halda zaminin üzərinə götürdüyü məsuliyyət qüvvədə qalır. Yəni zamin, müqavilə ilə qəbul etdiyi öhdəliyə uyğun olaraq borcun ödənilməsini təmin etməlidir.Bununla yanaşı, qanunvericilikdə başqa bir mühüm məqam da var. Borcalanın vəfatından sonra onun əmlakı və öhdəlikləri vərəsələrə keçir. Əgər vərəsələr mirası qəbul edərlərsə, onlar da borcun ödənilməsinə görə məsuliyyət daşıyırlar....

30 Aprel 2026, 10:50

Münasibətlərin pozulmasından sonra hədiyyə və xərclərin qaytarılması   

Son dövrlərdə vətəndaşların tez-tez müraciət etdiyi məsələlərdən biri də münasibətlərin və ya nişan dövrünün pozulmasından sonra tərəflər arasında verilmiş hədiyyələrin və çəkilmiş xərclərin geri tələb olunmasıdır.Citypost.az-ın məlumatına görə, hüquqşünasların izahına görə, sevgili və ya nişanlılıq dövründə tərəflər bir-birinə telefon, bahalı hədiyyələr, hətta bəzi hallarda avtomobil və ya digər maddi dəyərə malik əşyalar verə bilirlər. Münasibət bitdikdən sonra isə həmin şəxslər bu əşyaların və ya xərclərin geri qaytarılması üçün iddia qaldırmağa cəhd edirlər.Lakin bu məsələdə əsas məqam ondan ibarətdir ki, hər hədiyyə və ya xərclənmiş məbləğ avtomatik olaraq geri tələb oluna bilməz. Bunun üçün həmin əşyaların hədiyyə kimi verilmədiyini, borc və...

29 Aprel 2026, 11:27