Bizə yazın

Baku

-°C

USD

-

Birləşmiş Krallığın dövlət naziri Ceyhun Bayramova zəng etdi

Siyasət 09 Mart 2026, 15:21

285

Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə APA-ya XİN-dən məlumat verilib.

Tərəflər arasında Yaxın Şərqdə artmaqda olan hərbi eskalasiya əsas müzakirə mövzusu olub.

Birləşmiş Krallıq tərəfi İranın ölkəmizə qarşı dron hücumu ilə bağlı ciddi narahatlıq ifadə edib, ölkəmizin mülki infrastrukturuna və əhalinin təhlükəsizliyinə yönəlmiş təhdidin qəbuledilməz olduğunu vurğulayıb.

Nazir Ceyhun Bayramov bu cür hərəkətlərin regionda gərginliyin daha da artmasına xidmət etdiyini bildirib. Azərbaycanın təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Telefon danışığı zamanı həmçinin iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzuları

ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Müctəba Xameneyini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyini təbrik edib.Citypost.az xəbər verir ki, təbrik mətnində deyilir:- Möhtərəm Ayətullah Xameneyi həzrətləri.İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.Bu yüksək təyinatla bağlı Sizə bir daha...

09 Mart 2026, 17:13

Ceyhun Bayramov almaniyalı həmkarı ilə regionu müzakirə etdi 

Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.Almaniya naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.Almaniya naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.Telefon danışığı zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb....

09 Mart 2026, 15:17

Sahibə Qafarova pakistanlı həmkarı ilə telefonla danışdı 

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.Bu barədə Citypost az-az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Qeyd edilib ki, telefon danışığı zamanı regionda baş verən proseslərdən narahatlıq ifadə olunub.Bildirilib ki, tərəflər həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli Assambleyası arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.Sülh, sabitlik və əməkdaşlıq baxımından parlamentlər arasında dialoqun əhəmiyyəti qeyd olunub....

09 Mart 2026, 14:15

ABŞ və İsrailin İranda etiraz planı uğursuz oldu – Məhəmməd Əsədullazadə açıqladı 

Milli Cəbhə partiyasının başçısının müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ–İsrail tandeminin İranda xalq etirazlarını alovlandırmaq planı uğursuz olub. Citypost.az xəbər verir ki, onun sözlərinə görə, İsrailin baş naziri Benjamin Netanyahu ötən gün İran xalqına müraciət etsə də, İsrailin mülki obyektlərə hücumları cəmiyyətdə ona qarşı qəzəbi artırıb və buna görə də xalqın kütləvi şəkildə meydanlara çıxacağı gözlənilmir.Əsədullazadə qeyd edib ki, uzun illər ərzində İran rejimi tərəfindən ABŞ və İsrail haqqında formalaşdırılmış düşmən obrazı, hazırda müharibə şəraitində rejimə qarşı geniş etirazların baş verməsinə imkan vermir. O vurğulayıb ki, əgər ABŞ və İsrail bir neçə ay gözləmə mövqeyində qalsaydılar, iqtisadi və...

09 Mart 2026, 12:18

Şəmil Sadiq: İran molla rejimi Azərbaycan üçün heç vaxt dost olmayıb  

Alim və publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq sosial şəbəkə hesabında İran ətrafında cərəyan edən hadisələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, O qeyd edib ki, İranda radikal şiə ideologiyasına söykənən molla rejimi heç vaxt Azərbaycana dost olmayıb və Azərbaycanın dövlətçiliyi, milli maraqları baxımından daim təhlükə mənbəyi olub.Ş.Sadiq vurğulayıb ki, günahsız insanların ölümü hər kəs üçün ağrılıdır və bu, qınanmalıdır. Lakin həmin qınağın içində təriqət sevdasının, İranın molla rejiminə kədərlənmənin olması artıq Azərbaycan dövlətçiliyinə zidd mövqe sayılır. O bildirib ki, bu rejimin liderlərinin ölümü heç kəsi kədərləndirə bilməz, çünki onların fəaliyyəti milli maraqlara ziddir.Alim həmçinin qeyd edib ki, Azərbaycan şiələri...

09 Mart 2026, 12:11

İqbal Ağazadə: İran hadisələri fars zehniyyəti ilə türk dünyası arasında savaşdır

Ümid Partiyası sədri İqbal Ağazadə İran ətrafında baş verən hadisələrə münasibət bildirib. Citypost.az xəbər verir ki, İ.Ağazadə qeyd edib ki, regiondakı proseslər yalnız fars zehniyyətini qoruyan teokratik rejimlə türk dünyası arasında gedən mübarizənin bir hissəsidir və oradakı dini və məzhəb fərqləri əslində bu mübarizənin mahiyyətini dəyişmir.Partiya sədri vurğulayıb ki, İranda yaşayan soydaşlarımız uzun illər fars idarəçiliyi və fars şovinizminin zülmü ilə üzləşib və Azərbaycan dövlətinin maraqları çərçivəsində onların hüquqlarının qorunması vacibdir. O, həmçinin Azərbaycanın regiondakı hadisələrdə rolunun məhdud olduğunu və dünya güclərinin böyük Türk Dünyasının yaranmasını qorxulu hesab etdiyini bildirib.İqbal Ağazadə əlavə edib ki, İran bir imperiya kimi gec-tez dağılacaq...

09 Mart 2026, 12:03