Bizə yazın

Baku

-°C

USD

-

AQTA "Barilla" makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib 

Cəmiyyət 09 İyun 2025, 10:55

2706

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Barilla" makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

AQTA-dan  daxil olan məlumata əsasən, bəzi xəbər saytlarında “Barilla” əmtəə nişanlı “İntegrale Vollkorn Penne Rigate” tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı məlumatlar yer alıb.

Agentlik bildirir ki, xəbərdə qeyd olunan məhsul partiyası Azərbaycana idxal olunmayıb:

"Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, Azərbaycana gətirilən "Barilla" əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır".

Qeyd edək ki, yayılan xəbərdə italyan makaron markasında sağlamlıq üçün təhlükəli səviyyədə qurğuşun aşkar edildiyi, bu səbəbdən məhsulun geri çağırılması prosesinə start verildiyi bildirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu il 100 mindən çox "Asan İmza" sertifikatı verilib 

Bu ilin I rübündə Azərbaycanda vergi ödəyicilərinə ümumilikdə 72.735 müraciət üzrə 113.041 "Asan İmza" sertifikatı verilib.Bu barədə Citypost.az -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.Qeyd edilib ki, cari ilin yanvar-mart aylarında vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 139.465 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 228.718 sayda xidmət göstərilib.Dövr ərzində, vergi ödəyicilərinin 8,2 min yazılı müraciəti cavablandırılıb, onlara 8,2 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Həmin dövr ərzində 1.602 vergi ödəyicisinin iştirakı ilə 103 görüş keçirilib, 1.604 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 355,6 min sayda SMS göndərilib....

14 Aprel 2026, 11:16

Gədəbəydə vəzifəli şəxslər aliment pullarını mənimsəməkdə ittiham edilir 

Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.Bu barədə Citypost.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, ibtidai istintaqla Elxan Abbasov və Səbuhi Hüseynovun qeyd edilən vəzifələrdə işləyərkən öz qulluq mövqelərindən istifadə edərək 2021-2025-ci illər ərazində borc və aliment tələbi, habelə digər xüsusatlarla bağlı şöbəyə daxil olmuş icra işləri üzrə ayrı-ayrı şəxslərdən tələbkarlara ödəmək adı ilə aldıqları müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə...

14 Aprel 2026, 11:05

DSMF ötən ay 30 mindən çox vətəndaşı qəbul edib 

Bu ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 30 805 vətəndaşı qəbul edib və onların müraciətlərini cavablandırıb.Bu barədə Citypost.az-a DSMF-dən məlumat verilibMəlumata görə, vətəndaşların 65 nəfərini Fondun Aparatının rəhbər şəxsləri şəxsən qəbul edib, 1 202 nəfər Fondun Aparatının Qəbul Mərkəzində, 1 489 nəfəri mərkəzi, 28 049 nəfəri isə regional filiallarda qəbul edilib.

14 Aprel 2026, 10:35

İrandan Azərbaycana indiyədək 3505 nəfər təxliyə edilib 

Fevralın 28-i saat 08:00-dan aprelin 13-ü saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 3505 nəfər təxliyə edilib.Citypost.az xəbər verir ki, təxliyə olunanların 613 nəfəri Azərbaycan vətəndaşıdır.Təxliyə olunanlar arasında 736 Çin, 374 Rusiya, 294 Hindistan, 198 Banqladeş, 194 Tacikistan, 152 Pakistan, 136 İran, 116 İndoneziya, 84 Oman, 57 Əlcəzair, 46 İtaliya, 30 Almaniya, 27 Kanada, 26 İspaniya, 25 Fransa, 21 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 17 Özbəkistan, 17 ABŞ, 16 Bəhreyn, 14 İsveçrə, 14 Polşa, 13 Qazaxıstan, 13 Nigeriya, 13 Belerus, 12 Macarıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Braziliya, 8 Sudan, 8 Venesuela...

14 Aprel 2026, 10:23

Mərhum jurnalistin oğlu atası haqqında paylaşım etdi

Mərhum jurnalist Rəşad Süleymanov-un doğum günü ilə bağlı oğlu Məhəmməd Süleymanov sosial şəbəkədə paylaşım edib.Məhəmməd Süleymanov paylaşımında qeyd edib:“Bu gün mənim üçün çox xüsusi bir gündür - atam Rəşad Süleymanovun doğum günüdür.Atam təkcə mənim üçün yox, bu ölkə üçün də dəyərli bir insan idi. Onun zəhməti, bilikləri və gördüyü işlər hər zaman hörmətlə xatirlanacaq.Zaman keçdikcə yoxluğun dahada hiss olunur. Sənin səsin, sözlərin, məsləhətlərin hər zaman mənimlədi. Bizim üçün qoyduğun o şərəfli yol heç vaxt silinməyəcək.Ruhun şad olsun, ata! Doğum günün mübarək ”Qeyd edək ki, hərbi jurnalist, “AZERI DEFENCE” jurnalının və azeridefence.com saytının təsisçisi və baş redaktoru Rəşad Süleymanov 15 dekabr...

14 Aprel 2026, 10:18

İpoteka mübahisələri ilə bağlı vacib şərtlər açıqlanıb

İpoteka mübahisələri üzrə məhkəmə işlərində diqqət yetirilməli əsas məqamlar açıqlanıb.APA xəbər verir ki, bu barədə Naxçıvan Ali Məhkəməsinin Kommersiya kollegiyasının sədri Səxavət Bəylərli məlumat verib.Onun sözlərinə görə, ipoteka ilə bağlı mübahisələrdə ən vacib şərtlərdən biri ipoteka saxlayanın (iddiaçının) ipoteka qoyana əmlaka tutmanın yönəldilməsi barədə bildiriş təqdim etdiyini sübut etməsidir. Bu sübut məhkəməyə təqdim olunmalıdır.Səxavət Bəylərli bildirib ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarında bir sıra mühüm məlumatlar öz əksini tapmalıdır.Bunlara ilk növbədə, ipoteka predmetinin mühafizəsi və satışı ilə bağlı xərclər istisna olmaqla, həmin əmlakın dəyərindən ipoteka saxlayana ödəniləcək məbləğ daxildir. Bundan əlavə, qərarda ipoteka predmetinin ətraflı təsviri verilməlidir. Yəni,...

14 Aprel 2026, 10:05