Gədəbəydə vəzifəli şəxslər aliment pullarını mənimsəməkdə ittiham edilir
Cəmiyyət 14 Aprel 2026, 11:05
496
Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Citypost.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ibtidai istintaqla Elxan Abbasov və Səbuhi Hüseynovun qeyd edilən vəzifələrdə işləyərkən öz qulluq mövqelərindən istifadə edərək 2021-2025-ci illər ərazində borc və aliment tələbi, habelə digər xüsusatlarla bağlı şöbəyə daxil olmuş icra işləri üzrə ayrı-ayrı şəxslərdən tələbkarlara ödəmək adı ilə aldıqları müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə və rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elxan Abbasov və Səbuhi Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Səbuhi Hüseynov barəsində polisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Həmçinin oxuyun
İş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Pərvanə Vəliyeva:Zərifə Əliyevanın zəngin elmi irsi dərin ehtiramla yad edilir
15 aprel tarixi Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqı onun zəngin elmi irsini, mənalı həyat yolunu və milli səhiyyənin inkişafına verdiyi misilsiz töhfələri dərin ehtiramla yad edir.Akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyüməsi onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu uğurla bitirən Zərifə Əliyeva sonradan Moskvada təhsilini davam etdirərək peşəkar həkim və alim kimi formalaşmışdır. O, 1949-cu ildən etibarən elmi fəaliyyətə başlayaraq bütün həyatını oftalmologiya sahəsinə həsr etmişdir. Zərifə Əliyeva Azərbaycan...
14 Aprel 2026, 14:16
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalının Daşbulaq kəndlərinə köç karvanları yola salınıb."Report" xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə (18 nəfər), Çıldırana 2 ailə (5 nəfər), Aşağı Oratağa 9 ailə (56 nəfər), Heyvalıya 3 ailə (13 nəfər), Çapara 2 ailə (6 nəfər), Xocalının Daşbulaq kəndinə isə 1...
14 Aprel 2026, 14:01
Vado Korovin vəzifəsindən azad edildi
"Space" Televiziyasının təsisçisi kanalın baş direktoru Vado Korovini tutduğu vəzifəsindən azad edib.Citypost.az Manset.az-a istinadən əldə etdiyi məlumata görə, hazırda "Space" Televiziyasında bütün idarəetmə və səlahiyyətlər icraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.Qeyd edək ki, ötən gün Manset.az xəbər portalı Vado Korovinin vəzifəsindən azad ediləcəyi ilə bağlı xəbəri yayımlamışdı. Kanalın direktor müavini Nəriman Əbdüləliyev xəbəri təkzib edərək bu gün iclas keçiriləcəyini bildirmişdi....
14 Aprel 2026, 13:55
Masallıda 3 mindən çox abonentin qazı kəsiləcək
Masallı şəhərinin Azərbaycan prospektində yerləşən polietilen qaz xəttinin 26 metrlik hissəsinin polad borularla əvəz olunaraq yerüstü xətt kimi çəkilməsi və müvafiq olaraq qoşulması məqsədilə planlaşdırılmış təmir-bərpa işləri aparılacaq.Citypost.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, bununla əlaqədar olaraq, 15.04.2026-cı il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək rayonun Digah və Seybətin kəndləri, həmçinin şəhərin bir hissəsi daxil olmaqla ümumilikdə təxminən 3 200 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq....
14 Aprel 2026, 13:42
Azərbaycana Amerikadan turist axını 20 % artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 3 961 turist gəlib."Report"un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.İki ay ərzində daha çox turist ABŞ-dən gəlib - 2 700 nəfər. Bu göstərici 1 il əvvələ nisbətən 28,6 % çoxdur.Bundan əlavə, Kanadadan – 464 (-6,6 %), Braziliyadan - 344 (+12,1 %), Kolumbiyadan - 124 (+20,4 %), Meksikadan – 111 (+20,7 %), Argentinadan - 44 (+18,9 %) Çilidən - 22 (-29 %), Ekvadordan - 21 (-16 %), Venesueladan – 21 (2,1 dəfə az ), Kubadan – 19 (+ 11,8 %), Trinidad və Tobaqodan 19 (+18,8...
14 Aprel 2026, 13:28
Şahdağda qarın hündürlüyü 101 sm-ə çatıb
Aprelin 14-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə isə qar yağır.Qar örtüyünün hündürlüyü Şahdağda 101, Zaqatalada (Əlibəy) 36, Qaxda (Sarıbaş) 34, Xaltan və Qrızda 18, Xınalıqda 12, Şahbuz və Qusarda (Laza) 6, Kəlbəcərdə 2, Lerik, Laçın və Şuşada 1 sm-dir.Düşən yağıntının miqdarı Qəbələdə 32, Oğuzda 28, Sabirabadda 23, Şəkidə 22, İsmayıllıda (İvanovka) 18, Ağsu və Balakəndə 16, Şamaxı və Biləsuvarda 13, Neftçala və Lerikdə 11, Şirvan, Qobustan, Xızı və Göyçayda 10, İmişlidə 9, Gədəbəy və Culfada 8, Ordubad, Quba və...
14 Aprel 2026, 13:18