Bizə yazın

Baku

-°C

USD

-

Bu il 100 mindən çox "Asan İmza" sertifikatı verilib 

Cəmiyyət 14 Aprel 2026, 11:16

483

Bu ilin I rübündə Azərbaycanda vergi ödəyicilərinə ümumilikdə 72.735 müraciət üzrə 113.041 "Asan İmza" sertifikatı verilib.

Bu barədə Citypost.az -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, cari ilin yanvar-mart aylarında vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 139.465 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 228.718 sayda xidmət göstərilib.

Dövr ərzində, vergi ödəyicilərinin 8,2 min yazılı müraciəti cavablandırılıb, onlara 8,2 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Həmin dövr ərzində 1.602 vergi ödəyicisinin iştirakı ilə 103 görüş keçirilib, 1.604 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 355,6 min sayda SMS göndərilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pərvanə Vəliyeva:Zərifə Əliyevanın zəngin elmi irsi dərin ehtiramla yad edilir

15 aprel tarixi Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqı onun zəngin elmi irsini, mənalı həyat yolunu və milli səhiyyənin inkişafına verdiyi misilsiz töhfələri dərin ehtiramla yad edir.Akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyüməsi onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu uğurla bitirən Zərifə Əliyeva sonradan Moskvada təhsilini davam etdirərək peşəkar həkim və alim kimi formalaşmışdır. O, 1949-cu ildən etibarən elmi fəaliyyətə başlayaraq bütün həyatını oftalmologiya sahəsinə həsr etmişdir. Zərifə Əliyeva Azərbaycan...

14 Aprel 2026, 14:16

Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb 

Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalının Daşbulaq kəndlərinə köç karvanları yola salınıb."Report" xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Bu mərhələdə Ağdərənin Vəngli kəndinə 4 ailə (18 nəfər), Çıldırana 2 ailə (5 nəfər), Aşağı Oratağa 9 ailə (56 nəfər), Heyvalıya 3 ailə (13 nəfər), Çapara 2 ailə (6 nəfər), Xocalının Daşbulaq kəndinə isə 1...

14 Aprel 2026, 14:01

Vado Korovin vəzifəsindən azad edildi

"Space" Televiziyasının təsisçisi kanalın baş direktoru Vado Korovini tutduğu vəzifəsindən azad edib.Citypost.az Manset.az-a istinadən əldə etdiyi məlumata görə, hazırda "Space" Televiziyasında bütün idarəetmə və səlahiyyətlər icraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.Qeyd edək ki, ötən gün Manset.az xəbər portalı Vado Korovinin vəzifəsindən azad ediləcəyi ilə bağlı xəbəri yayımlamışdı. Kanalın direktor müavini Nəriman Əbdüləliyev xəbəri təkzib edərək bu gün iclas keçiriləcəyini bildirmişdi....

14 Aprel 2026, 13:55

Masallıda 3 mindən çox abonentin qazı kəsiləcək

Masallı şəhərinin Azərbaycan prospektində yerləşən polietilen qaz xəttinin 26 metrlik hissəsinin polad borularla əvəz olunaraq yerüstü xətt kimi çəkilməsi və müvafiq olaraq qoşulması məqsədilə planlaşdırılmış təmir-bərpa işləri aparılacaq.Citypost.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, bununla əlaqədar olaraq, 15.04.2026-cı il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək rayonun Digah və Seybətin kəndləri, həmçinin şəhərin bir hissəsi daxil olmaqla ümumilikdə təxminən 3 200 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq....

14 Aprel 2026, 13:42

Azərbaycana Amerikadan turist axını 20 % artıb 

Bu ilin yanvar-fevral aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 3 961 turist gəlib."Report"un əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.İki ay ərzində daha çox turist ABŞ-dən gəlib - 2 700 nəfər. Bu göstərici 1 il əvvələ nisbətən 28,6 % çoxdur.Bundan əlavə, Kanadadan – 464 (-6,6 %), Braziliyadan - 344 (+12,1 %), Kolumbiyadan - 124 (+20,4 %), Meksikadan – 111 (+20,7 %), Argentinadan - 44 (+18,9 %) Çilidən - 22 (-29 %), Ekvadordan - 21 (-16 %), Venesueladan – 21 (2,1 dəfə az ), Kubadan – 19 (+ 11,8 %), Trinidad və Tobaqodan 19 (+18,8...

14 Aprel 2026, 13:28

Şahdağda qarın hündürlüyü 101 sm-ə çatıb

Aprelin 14-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə isə qar yağır.Qar örtüyünün hündürlüyü Şahdağda 101, Zaqatalada (Əlibəy) 36, Qaxda (Sarıbaş) 34, Xaltan və Qrızda 18, Xınalıqda 12, Şahbuz və Qusarda (Laza) 6, Kəlbəcərdə 2, Lerik, Laçın və Şuşada 1 sm-dir.Düşən yağıntının miqdarı Qəbələdə 32, Oğuzda 28, Sabirabadda 23, Şəkidə 22, İsmayıllıda (İvanovka) 18, Ağsu və Balakəndə 16, Şamaxı və Biləsuvarda 13, Neftçala və Lerikdə 11, Şirvan, Qobustan, Xızı və Göyçayda 10, İmişlidə 9, Gədəbəy və Culfada 8, Ordubad, Quba və...

14 Aprel 2026, 13:18