"Wizz Air" İsrailə uçuşları yenidən dayandırır
Dünya 14 Aprel 2026, 10:46
493
Macarıstanın "Wizz Air" aviaşirkəti İsrailə uçuşları dayandırır.
"Report" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.
Portalın məlumatına görə, uçuşların dayandırılması aprelin 25-dən Təl-Əviv reyslərinə bilet satışının mərhələli şəkildə bərpa ediləcəyi barədə məlumat açıqlandıqdan dörd gün sonra elan edilib.
Qeyd olunur ki, uçuşlar mayın 4-dək dayandırılıb.
Həmçinin oxuyun
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şimali Koreya yeni raketləri ilə dünyanı təəccübləndirdi
Şimali Koreya raketlərini sınaqdan keçirib.Citypost.az xəbər verir ki, sınaqdan keçirilən 5 raket 5 000 tonluq "Choe Hyon" sinifli esminesdən buraxılıb.Raketlərdən ikisi strateji xarakterli kruiz, digər 3-ü isə gəmi əleyhinə raketlərdən ibarət olub. (Modern.az)
14 Aprel 2026, 14:41
Ərdoğanı təhqir edən Kılıçdaroğluna 11 həbs cəzası verilib
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Kamal Kılıçdaroğluna 11 ay 20 gün həbs cəzası verilib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.Məlumat üçün bildirək ki, 2010-2023-cü illədə CHP-nin sədri olmuş K.Kılınçdaroğlıu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı dediklərinə görə bu cəzaya məhkum edilib.
14 Aprel 2026, 14:38
"Hizbullah"ın erməni komandiri məhv edildi
“Hizbullah”la əlaqəli informasiya resursları təşkilatın yüksək rütbəli üzvlərindən biri, “Mano Erməni” ləqəbi ilə tanınan Manuel Babikyanın İsrail ordusu ilə döyüşlərdə öldürüldüyünü təsdiqləyib.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Babikyan təşkilatın veteran döyüşçülərindən biri olub və onun hərbi infrastrukturunun formalaşmasında əsas fiqurlardan sayılıb.Bildirilib ki, o, Beyrutun Burj Hammud səmtində əməliyyat sektoruna rəhbərlik edib. Məlumata görə, təşkilat daxilində yüksək mövqeyə malik olması ona Dahiya bölgəsində yerləşən xüsusi panteonda dəfn olunmaq hüququ verirdi. Lakin sonradan bu qərar dəyişdirilib.Qeyd olunur ki, zərərsizləşdirilən komandirin meyiti Ermənistana göndərilmək üçün hazırlanır....
14 Aprel 2026, 13:33
Erməni spiker: Biz Rusiya üçün heç bir təhlükə yaratmırıq
Rusiya ilə mövcud problemlər müzakirə yolu ilə həll ediləcək.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə jurnalistlərə deyib.O qeyd edib ki, bəzi problemlər var və bu problemlər bütün ölkələrdə mövcuddur.“Biz Rusiya ilə mövcud olan bütün problemləri qaldıracağıq və onları həll edərək irəliləməyə çalışacağıq. Biz Rusiya üçün heç bir təhlükə yaratmırıq və belə bir niyyətimiz də yoxdur. Bəzi problemlər var və bu problemlər bütün ölkələrdə mövcuddur. Onlar müəyyən dövrlərdə yaranır, artır və ya azalır. Biz siyasətçilər burada bu məsələləri müzakirə və həll etmək üçün varıq”, — Simonyan əlavə edib. (APA)...
14 Aprel 2026, 13:23
Zaporojye AES xarici enerji təchizatından tamamilə məhrum olub
Beynəlxalq Atom Enerjisi Agentliyinin (Beynəlxalq Atom Enerjisi Agentliyi) məlumatına görə, stansiyanı xarici şəbəkə ilə birləşdirən son elektrik ötürücü xətti də kəsilib və obyekt tam şəkildə xarici enerji mənbəyindən asılılığını itirib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, təhlükəsizlik sistemlərinin fasiləsiz işləməsini təmin etmək üçün ehtiyat dizel generatorları avtomatik olaraq işə salınıb. MAQATE-nin yaydığı açıqlamada bildirilir ki, stansiyada yerləşən monitorinq qrupu vəziyyəti davamlı olaraq nəzarətdə saxlayır.Agentliyin baş direktoru Rafael Qrossinin sözlərinə istinadən qeyd olunub ki, xarici enerji təchizatının itirilməsi münaqişə şəraitində nüvə təhlükəsizliyi risklərini daha da artırır.Məlumata görə, bu, Rusiya–Ukrayna münaqişəsi dövründə stansiyada qeydə alınan 13-cü analoji hadisədir. MAQATE tərəflərlə danışıqları davam...
14 Aprel 2026, 12:44
Abbas Əraqçı Omanlı həmkarı ilə görüşdü
İran və Oman xarici işlər nazirləri Tehran–Vaşinqton danışıqlarını müzakirə ediblərCitypost.az xəbər xarici KİV-lərə istinadən xəbər verir ki, Abbas Əraqçı Omanlı həmkarı Badr bin Hamad Al Busaidi ilə telefon danışığı apararaq İran və ABŞ arasında gedən danışıqlardakı son inkişafları müzakirə edib.İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Abbas Araghchi regional sülh və sabitliyin qorunmasının vacibliyini vurğulayaraq, ABŞ-ın müdaxiləsindən uzaq, region ölkələrinin əməkdaşlığı ilə sabitliyin təmin olunmasının tərəfdarı olduqlarını bildirib.Oman xarici işlər naziri isə İranın atəşkəsə və diplomatik prosesə məsuliyyətli yanaşmasını müsbət qiymətləndirib və bölgədə sülhün bərpasına ümid etdiyini ifadə edib.Məlumata görə, tərəflər regiondakı gərginlik, atəşkəs prosesi və İran–ABŞ danışıqlarının gələcək mərhələləri ətrafında...
14 Aprel 2026, 12:39