Eldəniz Əmirov yeni kitabını təqdim edib
Cəmiyyət 14 Aprel 2026, 09:55
457
İqtisadçı-ekspert Eldəniz Əmirov yeni kitabının nəşr olunduğunu açıqlayıb.
Citypost.az xəbər verir ki, o bildirib ki, bir neçə il üzərində işlədiyi “Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” adlı kitabı nəhayət işıq üzü görüb.
Ekspert qeyd edib ki, kitabın əsas məqsədi Azərbaycanın hansı sahələrdə və hansı həcmdə investisiyanı real şəkildə qəbul edə bildiyini göstərməkdir. Sektorlar üzrə aparılan praktik təhlillər əsasında investisiya potensialı, real tutum və mənimsəmə qabiliyyəti sistemli şəkildə təqdim olunub.
E.Əmirov vurğulayıb ki, kitabda investorlar üçün üç əsas suala cavab verilir: haraya investisiya qoymaq olar, hansı dəstək mexanizmləri mövcuddur və geri dönüş perspektivi nədir.
O əlavə edib ki, kitab həm investorlar, həm iqtisadi qərarvericilər, həm də akademik fəaliyyətlə məşğul olanlar üçün faydalı istinad mənbəyi ola bilər.
Həmçinin oxuyun
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
14 Aprel 2026, 12:20
Bu il 100 mindən çox "Asan İmza" sertifikatı verilib
Bu ilin I rübündə Azərbaycanda vergi ödəyicilərinə ümumilikdə 72.735 müraciət üzrə 113.041 "Asan İmza" sertifikatı verilib.Bu barədə Citypost.az -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.Qeyd edilib ki, cari ilin yanvar-mart aylarında vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 139.465 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 228.718 sayda xidmət göstərilib.Dövr ərzində, vergi ödəyicilərinin 8,2 min yazılı müraciəti cavablandırılıb, onlara 8,2 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Həmin dövr ərzində 1.602 vergi ödəyicisinin iştirakı ilə 103 görüş keçirilib, 1.604 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 355,6 min sayda SMS göndərilib....
14 Aprel 2026, 11:16
Gədəbəydə vəzifəli şəxslər aliment pullarını mənimsəməkdə ittiham edilir
Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.Bu barədə Citypost.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, ibtidai istintaqla Elxan Abbasov və Səbuhi Hüseynovun qeyd edilən vəzifələrdə işləyərkən öz qulluq mövqelərindən istifadə edərək 2021-2025-ci illər ərazində borc və aliment tələbi, habelə digər xüsusatlarla bağlı şöbəyə daxil olmuş icra işləri üzrə ayrı-ayrı şəxslərdən tələbkarlara ödəmək adı ilə aldıqları müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə...
14 Aprel 2026, 11:05
DSMF ötən ay 30 mindən çox vətəndaşı qəbul edib
Bu ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 30 805 vətəndaşı qəbul edib və onların müraciətlərini cavablandırıb.Bu barədə Citypost.az-a DSMF-dən məlumat verilibMəlumata görə, vətəndaşların 65 nəfərini Fondun Aparatının rəhbər şəxsləri şəxsən qəbul edib, 1 202 nəfər Fondun Aparatının Qəbul Mərkəzində, 1 489 nəfəri mərkəzi, 28 049 nəfəri isə regional filiallarda qəbul edilib.
14 Aprel 2026, 10:35
İrandan Azərbaycana indiyədək 3505 nəfər təxliyə edilib
Fevralın 28-i saat 08:00-dan aprelin 13-ü saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 3505 nəfər təxliyə edilib.Citypost.az xəbər verir ki, təxliyə olunanların 613 nəfəri Azərbaycan vətəndaşıdır.Təxliyə olunanlar arasında 736 Çin, 374 Rusiya, 294 Hindistan, 198 Banqladeş, 194 Tacikistan, 152 Pakistan, 136 İran, 116 İndoneziya, 84 Oman, 57 Əlcəzair, 46 İtaliya, 30 Almaniya, 27 Kanada, 26 İspaniya, 25 Fransa, 21 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 17 Özbəkistan, 17 ABŞ, 16 Bəhreyn, 14 İsveçrə, 14 Polşa, 13 Qazaxıstan, 13 Nigeriya, 13 Belerus, 12 Macarıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 9 Braziliya, 8 Sudan, 8 Venesuela...
14 Aprel 2026, 10:23
Mərhum jurnalistin oğlu atası haqqında paylaşım etdi
Mərhum jurnalist Rəşad Süleymanov-un doğum günü ilə bağlı oğlu Məhəmməd Süleymanov sosial şəbəkədə paylaşım edib.Məhəmməd Süleymanov paylaşımında qeyd edib:“Bu gün mənim üçün çox xüsusi bir gündür - atam Rəşad Süleymanovun doğum günüdür.Atam təkcə mənim üçün yox, bu ölkə üçün də dəyərli bir insan idi. Onun zəhməti, bilikləri və gördüyü işlər hər zaman hörmətlə xatirlanacaq.Zaman keçdikcə yoxluğun dahada hiss olunur. Sənin səsin, sözlərin, məsləhətlərin hər zaman mənimlədi. Bizim üçün qoyduğun o şərəfli yol heç vaxt silinməyəcək.Ruhun şad olsun, ata! Doğum günün mübarək ”Qeyd edək ki, hərbi jurnalist, “AZERI DEFENCE” jurnalının və azeridefence.com saytının təsisçisi və baş redaktoru Rəşad Süleymanov 15 dekabr...
14 Aprel 2026, 10:18