Bizə yazın

Baku

-°C

USD

-

Baş prokuror Kamran Əliyev Çinə səfər edib

Cəmiyyət 13 Aprel 2026, 16:15

351

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun dəvətilə Şanxay şəhərinə işgüzar səfərə gedib.

Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Səfər çərçivəsində Baş prokurorla Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında ikitərəfli görüş keçirilib.

Nümayəndə heyətini salamlayan Yinq Azərbaycan və Çinin strateji tərəfdaş dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb, qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Yinq Yonq ölkəmizin nümayəndə heyətinin daha öncəki səfərlərini xatırladıb. Ev sahibi, həmçinin, ölkələrimiz arasında imzalanmış Cinayət işləri üzrə qarşılıqlı hüquq yardım haqqında müqavilənin ölkələrimizin hüquq sistemləri arasında əməkdaşlığı daha dərinləşdirəcəyini qeyd edib.

Kamran Əliyev qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qeyd edib ki, Çin uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda ölkəmizin siyasi təşəbbüslərini qətiyyətlə dəstəkləyib. Son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq həddinə çatıb. Prezident İlham Əliyevin ötən il Çinə iki dəfə səfər etməsi, tərəflər arasında baş tutan mütəmadi görüşlər və ötən ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması bunun bariz nümunəsidir.

Bunun məntiqi davamı olaraq hər iki ölkənin prokurorluq orqanları arasında da möhkəm əməkdaşlıq əlaqələri qurulub və faydalı qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib. Belə ki, Çin Ali Xalq Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti 2024-cü ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının Ümumi konfransı və İllik İclasında iştirak etmişdir. Eyni zamanda ötən il Azərbaycan Respublikası Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti Çində uzunmüddətli təlimdə olub.

Daha sonra cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, praktiki əməkdaşlıq məsələləri, həmçinin, hüquqi və institusional əməkdaşlığın genişləndirilməsi perspektivləri, prokurorluq əməkdaşlarının Çin Xalq Respublikasının ali təhsil müəssisələrində təhsilə cəlb edilməsi ətrafında fikir mübadiləsi aparılaraq razılıq əldə olunub.

Kamran Əliyev, həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədilə həmkarını ölkəmizə səfərə dəvət edib.

Nümayəndə heyətinin səfəri davam edir, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağır 

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti davam edir.Citypost.az  xəbər verir ki, bölgədə yağıntılı hava şəraiti hökm sürür. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata əsasən, Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərində qar yağışı qeydə alınır.

13 Aprel 2026, 17:38

“Xocalı” gəmisi Yaponiyadan Avstraliyaya səfərini uğurla tamamlayıb 

“AZCON Holding” şirkətlərindən olan ASCO-nun “Handysize" tipli "Xocalı" quru yük gəmisi Yaponiyadan Avstraliyaya səfərini tamamlayıb.ASCO-dan Citypost.az-a bildirilib ki, gəmi cari ilin martın 22-də Yaponiyanın Tsukumi limanından götürdüyü sement yükünü uğurla təyinat nöqtəsinə — Avstraliyanın Kvinana (Kwinana) limanına çatdırıb.Gəmi bu gün limana yan alıb və artıq yükboşaltma əməliyyatına başlanılıb.Məhdudiyyətsiz üzmə imkanlarına malik "Xocalı" gəmisinin dedveyti 38 min 593 tondur. Gəminin uzunluğu 180, eni 30, suya oturumu 10,47 metrdir. Maksimum sürəti 15,7 düyün olan nəhəng quru yük gəmisi suya oturumunun əlverişli olması sayəsində bir çox dayaz limanlara maneəsiz daxil olmaq imkanına malikdir....

13 Aprel 2026, 17:30

Erməni nümayəndələr Azərbaycan səfərindən danışdı 

"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycanda səfərdə olmuş Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda açıqlama verib. Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyəti dialoqun genişləndirilməsinin və müvafiq ekspertlər arasında klaster görüşlərinə keçidin mümkünlüyünün müzakirə olunduğunu bildirib.Nümayəndə heyətinin üzvləri səfərdən sonra bildiriblər ki, dialoq davam edəcək, lakin Ermənistandakı daxili siyasi proseslərə görə fasilə mümkündür. Erməni nümayəndələr rəsmi Bakının Ermənistandakı seçkilərlə maraqlandığını və bunun sülh prosesinə təsir göstərə biləcəyini qeyd edib."Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycanla humanitar məsələlərin də müzakirə olunduğu vurğulanıb. ...

13 Aprel 2026, 17:12

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq 

Aprelin 14-də ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Xidmətin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Rayonlarda isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək....

13 Aprel 2026, 16:58

Xəzər dənizində monitorinq və nəzarət tədbirləri keçirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının birgə iştirakı ilə Xəzər dənizinin sahildən təxminən 3 km məsafədə yerləşən akvatoriyasında monitorinq tədbirləri həyata keçirilib.Bu barədə Citypost.az-a ADSEA-dan bildirilib.Tədbir çərçivəsində müasir cihaz və avadanlıqlar vasitəsilə müxtəlif dərinliklərdən su nümunələri götürülüb, suyun ilkin keyfiyyət göstəricliləri yerində yoxlanılıb.Bundan əlavə, Xəzər dənizinə sahil zolağında yerləşən müəssisə və təşkilatlar tərəfindən zərərli təsirlərin qiymətləndirilməsi məqsədilə həmin ərazilərə vizual baxış keçirilib. Həmçinin, dənizdən su nümunələri götürülərək tərkibində çirkləndirici maddələrin miqdarının müəyyən edilməsi üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.Analizlərin nəticələrinə və təhlillərə...

13 Aprel 2026, 16:38

Ülvi Mehdiyev vətəndaş qəbulu keçirib 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşları qəbul edib.Bu barədə Citypost.az-a agentlikdən məlumat verilib.Bildirilib ki, vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Müraciətlər aidiyyəti şöbələrin icraatına göndərilib.

13 Aprel 2026, 16:09