Əməkdar jurnalist Zemfira Məhərrəmlinin 70 illik yubileyi qeyd edilib
Cəmiyyət 28 Noyabr 2025, 18:46
237
Mətbuat Şurasında Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
CityPost.az xəbər verir ki, tədbir eyni zamanda yubilyarın yeni çapdan çıxmış "Arabadakı adam" roman və pyeslər toplusunun, eləcə də onun 70 illiyi ilə bağlı "Qələm sirdaşım oldu" kitabının təqdimatı kimi yadda qalıb.
Əvvəlcə Z.Məhərrəmlinin həyat yolunun ayrı-ayrı məqamlarının əksini tapdığı qısa video-çarx nümayiş etdirilib.
Toplantını giriş sözü ilə Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid açaraq bildirib ki, mənalı ömür yolunu jurnalistikaya, ümumilikdə söz sənətinə bağlamış dəyərli həmkarın əlamətdar gününün işığına toplaşmaq sevindiricidir. Şura sədri Z.Məhərrəmlinin BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra 1978-ci ildə ustad Nəsir İmanquliyevin dəvəti ilə "Bakı" və "Baku" qəzetlərində müxbir kimi əmək fəaliyyətinə başladığını, 1990-2003-cü illərdə həmin nəşrin Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifəsini tutduğunu deyib.
R.Məcid yubilyarın, həmçinin, 2003-2015-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorunun müdiri, Mətbuat Xidmətinin rəhbəri kimi yüksək peşəkarlıqla çalışdığını xatırladıb.
Həmçinin oxuyun
R.Məcid qeyd edib ki, qələm sahibi "Döyüşə qızlar gedir" (1997), "Karabağda savaş var" (İstanbul, 1999), "Ötür durna qatarı" (2000), "Qırx qız dastanı" (2003) kitablarının müəlifidir.
Qeyd edək ki, Z.Məhərrəmlinin əsərləri rus, ingilis, belarus, türk və fars dillərində də işıq üzü görüb. Bu baxımdan "Garabagh war witnessed by women" ("Qarabağ müharibəsi qadınların şahidliyi ilə", 2005) və Sankt- Peterburqda çapdan çıxmış "Карабахская война: сражались и женщины" (2005) kitablarını vurğulamaq olar. Bütün bunlara görə müəllifin əməyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun "Qarabağ" Ali Mükafatı ilə qiymətləndirilib.
Tədbirdə Z.Məhərrəmlinin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib, Şura üzvlərinin onunla bağlı çıxışları dinlənilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev Çin Sədrinə başsağlığı verib
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu göndərib.CityPost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Sədr,Honkonqda yerləşən yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm"....
28 Noyabr 2025, 15:39
Ağdaş sakinləri Şirvan kanalının yenidən qurulması ilə bağlı kompensasiya alacaq
Ağdaş rayonunda 514 ədəd torpaq sahəsi Şirvan suvarma kanalının yenidən qurulması çərçivəsində qiymətləndiriləcək.CityPost.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.Söhbət xüsusi mülkiyyətdə olan 400 və bələdiyyə mülkiyyətində olan 114 torpaq sahəsindən gedir. Tikinti altına düşən torpaq sahələrinin mülkiyyətçilərinin zərəri kompensasiya ediləcək.Bundan başqa, Ağdaşda 32 tikili və 71 496 ədəd ağac qiymətləndiriləcək....
28 Noyabr 2025, 15:09
700 yaşlı şəhərin yeri çətinliklə müəyyən edilib
Avtomobil bizi rayon mərkəzindən xeyli kənara gətirir. Çöl-biyabanda yol qurtarır və vəhşi təbiətin qoynunda piyada gəzintiyə çıxırıq. Təqribən min il əvvəl qazılmış, artıq içərisi qaya uçuntuları ilə dolmuş su arxını keçib təpəyə dırmanırıq. Yüksəklikdə qarşımıza üstünü yabanı bitkilər örtmüş geniş sahə açılır. Bələdçimiz, tarixçi-pedaqoq Asif Cəfərli deyir: “Ayağımız altında, öz dövründə Londondan da möhtəşəm olan bir şəhər yatır...” 700 yaşlı şəhərin yeri çətinliklə müəyyən edilibBura qədim Beyləqandır. Yüz illər boyunca daim öz muxtariyyəti uğrunda çarpışan, fatehlərin ələ keçirməyə can atdığı, Şərqə böyük mütəfəkkir və sərkərdələr bəxş edən, dünyanın müxtəlif ölkələrindən tacirlərin üz tutduğu, özünəməxsus sənətkarlıq məktəbi olan, axar suları və meyvəli...
28 Noyabr 2025, 13:16
Uyğunluğun qiymətləndirilməsi sxemləri və prosedurları təsdiqlənib
Azərbaycanda texniki tənzimləmə sahəsində uyğunluğun qiymətləndirilməsi üzrə vahid yanaşmanı təmin etmək məqsədilə uyğunluğun qiymətləndirilməsi sxemlərinin (modullarının) ümumi siyahısı və həmin sxemlərə dair ətraflı prosedurlar təsdiqlənib.CityPost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərar "Texniki tənzimləmə haqqında" qanunun tələblərinin icrası üçün qəbul olunub və ölkədə məhsul, onunla əlaqəli proses və istehsal metodlarının təhlükəsizlik və texniki normativlərə uyğunluğunun daha şəffaf, aydın və beynəlxalq normalara əsaslanmış şəkildə qiymətləndirilməsini təmin edir.Qərar uyğunluğun qiymətləndirilməsi prosesində iştirak edən qurumlar üçün həm hüquqi baza yaradır, həm də prosedur qaydalarını müəyyənləşdirərək sistemləşdirir. Bu da öz növbəsində texniki tənzimləmə sisteminin səmərəliliyini artırır və istehlakçıların təhlükəsizliyinin təmin...
28 Noyabr 2025, 13:00
Sabiq nazirin şirkəti 8.500.000 manatlıq tenderin qalibi olub
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi “İmprotex Motors” MMC və ona bağlı şirkətlərin cari il ərzində bağladığı dövlət müqavilələrinin nəticəsi sözün həqiqi mənasında göz qamaşdırır. CityPost.az xəbər verir ki,məlum olub ki, Füzuli Ələkbərovun şirkətləri bir neçə nazirlik və dövlət qurumları ilə yüksək məbləğli müqavilələr imzalayıblar. Araşdırmalara görə “İmprotex Motors” və “İmprotex Truck and Buses” MMC aldığı ümumi dövlət sifarişlərinin məbləği təxminən 8.500.000 manatdan çoxdur. Xatırladaq ki, sözügedən şirkət Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə 6 milyon, Dövlət Radio Tezlikləri İdarəsi ilə 1 milyon, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə 220.000 manat, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi...
28 Noyabr 2025, 12:42
Azərbaycan lideri Timor-Leste prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortanı təbrik edib.CityPost.az-ın məlumatına görə, təbrikdə deyilir:"Timor-Leste Demokratik Respublikasının müstəqilliyinin elan edilməsinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.Azərbaycan ilə Timor-Leste arasında münasibətlərin yeni vüsət alması bizi sevindirir. Biz sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası əlaqələrimizin inkişafına və əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə böyük əhəmiyyət veririk.İnanıram ki, Azərbaycan ilə Timor-Leste arasında dostluq münasibətlərinin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq...
28 Noyabr 2025, 12:07