Bizə yazın

Baku

-°C

USD

-

Rusiya-Ukrayna müharibəsi bitmək üzrədir - Əli Kərimlinin gözlədiyi fürsət 

Hadisə 29 Noyabr 2025, 22:32

2644

Bu gün səhər saatlarından Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparır. Rəsmi təsdiqlənib ki, axtarış tədbirləri Prezident Admistrasiyasnın sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin cinayət işi üzrə davam edən istintaqla bağlıdır.

“Qafqazinfo” AXCP sədrinin evindəki qəfil axtarışın bəzi detallarını öyrənib.

Əldə etdiyimiz məlumata görə, hazırda istintaq Ramiz Mehdiyevlə Əli Kərimli arasında cinayət məsuliyyəti yaradan əlaqələri araşdırır. Bu epizod üzrə də müstəntiqlər çoxsaylı dəlil və sübutlar toplayıblar.

Ən mühüm istiqamətlərdən biri isə Ramiz Mehdiyevin bir müddət əvvəl Rusiyaya göndərdiyi məktubun məzmunudur. Həmin məktubun təhlil edildiyi və Əli Kərimli ilə Ramiz Mehdiyev arasındakı münasibətlərdən bəhs edildiyi təsdiqlənib.

“Boz kardinal” və Kərimli işbirliyini təsdiqləyən başqa məlumatlar da var. Məsələn, onların vaxtaşırı gizli görüşlər keçirdiyi, məxfi məlumat mübadiləsi apardıqları bilinir. Ramiz Mehdiyevin cinayət işinin içində rabitə kanalları vasitəsilə ötürülən məlumatlar da var.

Daha əvvəl Mehdiyevin vəkilləri tərəfindən həmin məlumatların toplanması üçün qəbul edilmiş qərardan apellyasiya şikayəti də verilmişdi. Bu və bənzər başqa həyata keçməyən planlar var ki, Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra onları reallaşdırmaq arzusu yenidən gündəmə gələ bilir. Ona görə ki, müharibədən sonra Rusiyanın Qafqaz üzərində təsir dairəsini yenidən bərpa etməyə çalışacağı heç kimdə şübhə doğurmur.

Belə olan halda qoca “boz kardinal”ın təlimatlandırdığı daim radikal davranışları ilə dövlət maraqlarına qarşı çıxan AXCP-dən də istifadə ediləcək.

Onsuz da Əli Kərimli və təxribatçı klana daxil olan digərləri çoxdandır uyğun fürsət yetişməsini iplə çəkirlər.

Elə qeyd olunanlar da nəzərə alınmaqla belələrinin ipi vaxtında çəkilməli, xüsusilə dövlət təhlükəsizliyi üçün risk hesab edilən fəaliyyətlərin qarşısının alınması üçün birinci AXCP zərərsizləşdirilməlidir.

Qeyd edək ki, Ramiz Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq davam edir. Dövlətə xəyanət, dövlət həkimiyyətini ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olur. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb

Azərbaycanda ötən gün polis əməkdaşları tərəfindən 45,3 kiloqram narkotik aşkarlanıb.Bu barədə Citypost.az  Daxili İşlər Nazirliyindən məlumat verilib.Bundan başqa, iyulun 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 4 ton çəkidə 17782 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

25 İyul 2026, 18:08

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə sakini, 1951-ci il təvəllüdlü İsmayilov Dəmir Əli oğlunun idarə etdiyi Mercedes markalı avtomobil idarəetməni itirib. Yoldan çıxan avtomobil yeraltı keçidin dəmir səddini qıraraq keçidə düşüb.Nəticədə sürücü və avtomobildə olan sərnişin Gəncə sakini, 1970-ci il təvəllüdlü Bayramova Yeganə Şəmil qızı xəsarət alıblar. Onlar Hacıqabul rayon xəstəxanasına və daha sonra Şirvan xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır....

25 İyul 2026, 15:30

Şəmkirdə 12 yaşlı qızın qətlinə görə bacısı tutuldu

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub.Citypost.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb.Araşdırmalar davam etdirilir.

25 İyul 2026, 13:13

Xəzərdə çətənə yetişdirən şəxs həbs olundu

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Şüvəlan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hatəm Sultanov saxlanılıb.DİN-in Mətbuat Xidmətindən Citypost.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 232 kiloqram olan 46 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə H.Sultanov barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir....

25 İyul 2026, 12:06

Şəmkirdə yaralı tapılan qız vəfat edib

Şəmkirdə bıçaq xəsarəti alan yeniyetmə qız xəstəxanada ölüb.Citypost.az xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır....

24 İyul 2026, 22:39

Bakıda güclü yanğın - Yol bağlandı 

Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib.Citypost.az  xəbər verir ki, bu barədə DİN məlumat yayıb.Bildirilib ki, sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi tərəfindən “Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

24 İyul 2026, 21:14