Əli Kərimli hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur
Cəmiyyət 01 Dekabr 2025, 11:42
132
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə ittiham irəli sürülüb.
CityPost.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, Əli Kərimli barəsində araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.
Noyabrın 29-da Əli Kərimlinin evində axtarış aparılıb.
Xatırladaq ki, oktyabrın 14-də Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib.
Həmçinin oxuyun
Gültəkinin polisdə pərişan GÖRÜNTÜLƏRİ
Rusiya-Ukrayna müharibəsi bitmək üzrədir - Əli Kərimlinin gözlədiyi fürsət
Vətənə, dövlətə xəyanətkar və satqın mövqedə olanlar qanunlar qarşısında cavab verməlidirlər - RƏY
Dayə kimi çalışdığı evdən 60 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş R.Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezidentin köməkçisi Azərbaycan-Rusiya münasibətlərindən danışıb
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərindən danışıb.Citypost.az-ın xəbərinə görə, Hikmət Hacıyev Brüsseldə “EU Today"a müsahibəsində ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallığın və yalnış anlaşılmaların olduğunu, lakin rəsmi Bakının narahatlıqlarının Düşənbədə liderlər səviyyəsində müzakirə edildiyini bildirib.Onun sözlərinə görə, Azərbaycan Rusiyadan 4 məsələni tələb edirdi: rəsmi olaraq üzr istənilməsi, qəzanın hərtərəfli araşdırılması, məsuliyyət daşıyanların ədalət qarşısında cavab vermələri və kompensasiya ödənilməsi.“Bu məsələlər həll olunan zaman, biz yalnış anlaşılmalar səhifəsini çevirəcəyik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”, - Hikmət Hacıyev qeyd edib....
01 Dekabr 2025, 12:14
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu il 9 nəfər işdən çıxarılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu il işindəki nöqsanlara 9 nəfər vəzifəsindən azad edilib.CityPost.az xəbər verir ki, bunu idarənin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev QHT nümayəndələri ilə görüşündə deyib.O bildirib ki, 2023-cü ildə 78, 2024-cü ildə 249, 2025-ci ilin 11 ayında isə 158 əməkdaşın əməlində qeyri-qanuni hərəkətlər müəyyən edilib. Onlar barəsində müxtəlif növ inzibati tənbeh tədbirləri görülüb, 9 əməkdaş isə tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılıb:"Bundan başqa, 2023-cü ildə 22 nəfər barəsində 15, 2024-cü ildə 95 nəfər barəsində 51, 2025-ci ilin 11 ayı ərzində 93 nəfər barəsində 44 fakt baxılması üçün prokurorluq orqanlarına göndərilib"....
01 Dekabr 2025, 11:24
8 saatlıq iş qrafiki öncə bu məktəbləri əhatə edəcək - Ekspert AÇIQLADI
Müəllimlərin tam ştatla yəni gündə 8 saat məktəbdə qalmaqla işləməsi barədə müzakirələr təhsil sistemində yeni mərhələnin başlanğıcını göstərir. Nazirliyin açıqlamasına görə, proses ilk növbədə böyük məktəblərdə tətbiq ediləcək. Bu, ilk növbədə Bakıda və bir sıra rayonlarda fəaliyyət göstərən məktəblərə təsir edəcək. CityPost.az xəbər verir ki,Modern.az-a açıqlamasında təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, 8 saatlıq iş qrafiki daha çox Bakı, ondan sonra isə Sumqayıt və Abşeron kimi böyük məktəbləri və geniş şagird kontingenti olan məktəblərdə tətbiq edilə bilər. Bu yeniliyin reallaşması üçün məktəblərin də həm həcmcə böyüklüyü, həm də texniki-təşkilati cəhətdən üstünlüyü çox vacibdir. “Bu kimi məktəblərdə seçilmiş müəllimlər yeni qrafikə...
30 Noyabr 2025, 19:00
Hakimliyə namizədlərlə yazılı imtahan keçirilib
Bu gün Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.DİM-dən CityPost.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 4 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.Yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 151 namizəd iştirak edib.Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər.Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaqdır....
30 Noyabr 2025, 17:04
Gültəkin Bakıya göndərilir: daha iki şəxs saxlanacaq
Gültəkin Hacıbəyli ilə axırıncı dəfə dünən gecə saat 1-də danışdım. Onda artıq polis idarəsində idi.Bu sözləri AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı deyib.O qeyd edib ki, noyabrın 30-u səhər saatlarında Gültəkin Hacıbəyli Arnavutköy deportasiya məntəqəsinə göndərilib:“Hazırda onunla heç bir əlaqə saxlamaq mümkün deyil. Böyük ehtimalla bu gün Gültəkin xanım Azərbaycana göndəriləcək, elə aeroportda da saxlanılaraq Əli Kərimlinin həbsi üçün açılmış cinayət işi ilə bağlı istintaqa cəlb olunacaq”.F.Qəhrəmanlıq bildirib ki, sözügedən cinayət işində Gültəkin Hacıbəyli ilə yanaşı, Milli Şuranın sədri Cəmil Həsənli və Milli Şura koordinasiya mərkəzinin üzvü Vidadi Mirkamalın da adları keçir.Xatırladaq ki, noyabrın 29-da Milli Şuranın üzvü, sabiq deputat...
30 Noyabr 2025, 14:31
Hava ilə bağlı AÇIQLAMA
Dekabrın 1-i gündüzdən 3-ü axşamadək Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.
30 Noyabr 2025, 12:17