Əli Kərimli və müşaviri Ramiz Mehdiyevin cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb olunub
Hadisə 30 Noyabr 2025, 20:17
1763
Ötən gün AXCP sədri Əli Kərimli və AXCP sədrinin müşaviri Məmməd İbrahimin evlərində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən axtarış aparılıb, daha sonra onlar DTX-yə aparılaraq orada dindiriliblər.
Bu gün isə "Report"a məlum olub ki, hər iki şəxs PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı DTX-də davam edən cinayət işi üzrə artıq şübhəli şəxs qismində istintaqa cəlb ediliblər.
Hələlik onlara ittiham elan olunmayıb.
Qeyd edək ki, axtarış zamanı Əli Kərimlinin evindən "Milyarderlər İttifaqı" ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapılıb.
Həmçinin oxuyun
Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Səbail Rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barəsində cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda maşın velosipedçini vurub öldürdü
Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.Modern.az xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsində 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu "BYD" markalı avtomobil ilə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub.Nəticədə N.Vahabov hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
03 Mart 2026, 09:47
Ukraynada yaşayan tanınmış azərbaycanlı vəfat edib
Ukraynada yaşayan tanınmış azərbaycanlı vəfat edib.Citypost.az xəbər verir ki, Ukraynanın Əməkdar bədən tərbiyəsi və idman işçisi, boks üzrə Odessa vilayət yığmasının baş məşqçisi Azər Mustafayev dünyasını dəyişib.Odessada yaşayan azərbaycanlı fəal Anar Natiqoğlu bildirib ki, mərhum Qərb qəbiristanlığının müsəlmanlar bölümündə dəfn olunacaq.Allah rəhmət eləsin! (Modern.az)
02 Mart 2026, 13:13
İran İraqdakı NATO-nun "Viktoriya" bazasına hücum edib
İran İraqın Bağdad beynəlxalq hava limanı yaxınlığındakı NATO-nun "Viktoriya" bazasına hücum edib.CityPost.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Şirkəti (IRIB) məlumat yayıb.Məlumata görə, hücum nəticəsində ABŞ-nin "Palm Jet" təyyarəsi vurulub və uçuş-enmə zolağına zərər dəyib.İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidmətinin məlumatına görə, bazaya üç kamikadze dron hücum edib.Xatırladaq ki, İran 28 fevralda İsrail və ABŞ-ın hücumlarına cavab olaraq "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb....
02 Mart 2026, 09:47
ADPU-nun universitetin tələbəsi vəfat etdi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi dünyasını dəyişib.Citypost.az xəbər verir ki, universitetin Ağcabədi filialının tələbəsi, 2005-ci il təvəllüdlü Aysun Zöhrab qızı Teymurova vəfat edib.Allah rəhmət eləsin! (Modern.az)
02 Mart 2026, 09:45
Öldürülən generalların siyahısı
ABŞ və İsrailin hücumu nəticəsində öldürülən bir sıra yüksək rütbəli hərbçilərin adları açıqlanıb.CityPost.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.Öldürülənlərin siyahısı:- general-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Ofisinin rəhbəri- general-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat üzrə müavini- general-mayor, pilot Möhsün Dərəbaği – Silahlı Qüvvələrin təminat və logistika üzrə müavini- general-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Ofisinin rəhbərinin müavini- general-mayor Qulamrza Rzaiyan – FARAJA (İranın hüquq-mühafizə orqanları) Kəşfiyyat Təşkilatının rəhbəri- general-mayor Bəhram Hüseyni Motləq – Baş Qərargahın əməliyyat idarəsinin planlaşdırma və əməliyyat şöbəsinin rəisi- general-mayor Həsənəli Tacik – Baş Qərargahın təminat idarəsinin rəhbəri...
02 Mart 2026, 08:58
Rusiya İrandakı vətəndaşlarını Azərbaycan vasitəsilə ölkəni tərk etməyə çağırıb
Rusiyanın İrandakı səfirliyi vətəndaşlarını Azərbaycan və Ermənistan ərazisi vasitəsilə ölkəni tərk etməyə çağırır.CityPost.az xəbər verir ki, bu barədə Rusiyanın Tehrandakı diplomatik missiyasının bəyanatında deyilir."Səfirlik məlumat verir ki, İrandan çıxmaq üçün optimal marşrutlar Astara vasitəsilə Azərbaycana və "Nurduz"/"Aqarak" buraxılış məntəqəsi vasitəsilə Ermənistana keçiddir. Hərəkət zamanı ehtiyatlı və sayıq olmağınızı xahiş edirik", - məlumatda deyilir.
28 Fevral 2026, 15:55