Hacıbaba Bağırovun ailə həyatı barədə açılmamış sirlər
Cəmiyyət 02 Mart 2026, 13:14
2373
Azərbaycan Respublikasının Xalq Artisti, Musiqili Komediya Teatrının sabiq direktoru, mərhum Hacıbaba Bağırovun şəxsi həyatı barədə Citypost.az-a maraqlı məlumatlar daxil olub.
Mənbənin xəbərinə görə bir vaxt tamaşaçıların sevimlisi olmuş H.Bağırovun qeyri-rəsmi vətəndaş nikahlarını saymasaq, 5 dəfə rəsmi nikahda olub.
Onun bu nikahlarının üçündən övladları dünyaya gəlib. H.Bağırovun ilk evliliyi hərbi xidmətdə olarkən baş tutub və Aleksandr adlı oğlu doğulub.
Deyilənlərə inansaq xarici görkəminə görə tanınmış aktyordan seçilməyən Aleksandr atasının son günlərinə qədər mütəmadi olaraq onunla əlaqə saxlamış və ona xidmət göstərmişdir.
Sənətkarın ikinci ailə həyatı Leyla adlı qadınla olub və Lalə adlı qızları dünyaya gəlib. Deyilənə görə hazırda Lalənin yaşı 60-ı haqlayıb.
Üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla evlənən aktyorun bu ailəliyi 15 ilə yaxın davam etsə də, həmin nikahdan onun övladı olmayıb.
Həmçinin oxuyun
Aktyorun 80-ci illərin sonlarında rəsmi izdivaca girdiyi əslən Gürcüstanlı olan Tamara xanım isə Bakıdakı 4 nömrəli Çörək Kombinatının direktoru olub. Sənətkar Tamara xanımı birinci ərindən olan qız övladlarını öz övladı kimi qəbul edib və hətta onlara öz soyadını da verib.
H.Bağırovun sonuncu ailəliyi isə özündən 37 yaş kiçik olan Arzu adlı xanımla baş tutub. Onların bu birgə nikahdan Şölə adlı qızları da dünyaya gəlib. Aktyorun son beşiyi Şölə ilk övladı Aleksandrdan düz 50 yaş kiçikdir.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Belə ki, 7 və 9 mart tarixlərində hər iki istiqamətə səfələr təşkil ediləcək.Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur....
02 Mart 2026, 14:26
Gəncə Cümə məscidinin təmir-bərpasına 1,6 milyon manat ayrıldı
Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ilkin olaraq 1,6 milyon (bir milyon altı yüz min) manat vəsait ayrılıb.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir....
02 Mart 2026, 13:22
Sabahın hava proqnozu açıqlanıb
Martın 3-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gündüz yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə...
02 Mart 2026, 12:56
Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb
Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.Citypost.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.“Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatçılığa görə üzr istəyirik”, - səfirlik qeyd edib.
02 Mart 2026, 12:51
Uzun iş saatları əmək məhsuldarlığına mənfi təsir göstərir
Tədqiqatçılar bildirirlər ki, uzun müddət yüksək zehni aktivlik göstərmək əmək məhsuldarlığını azalda bilər. Universitet tədqiqatçıları 12 həftə ərzində tələbələrin qısa gündəlik tapşırıqları yerinə yetirməsini müşahidə edərək onların düşüncə aydınlığı, məqsədləri, əhvali-ruhiyyəsi, yuxu keyfiyyəti və iş yükünü qiymətləndiriblər.Citypost.az xəbər verir ki, nəticələr göstərib ki, zehni aydınlıq yüksək olan günlərdə iştirakçılar həm planlaşdırılmış tapşırıqları daha effektiv yerinə yetirir, həm də özlərinə daha yüksək məqsədlər qoyurdular. Zehni yorğunluq və “beyin dumanı” dövrlərində isə fəaliyyət yalnız sadə gündəlik işlərlə məhdudlaşıb və daha böyük layihələr təxirə salınmalı olub.Tədqiqatçılar qeyd edirlər ki, yaxşı yuxudan sonra və günün ilk yarısında kognitiv performans yüksək olur, günortadan sonra isə...
02 Mart 2026, 12:38
Xameneinin olduğu yer necə tapılıb?
İranın Ali Lideri Ayətullah Əli Xameneinin fevralın 28-i səhər saatlarında öldürüldüyü açıqlanmışdı.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ABŞ və İsrailin hadisədən cəmi bir neçə saat əvvəl əldə olunmuş mühüm kəşfiyyat məlumatından istifadə etməklə mümkün olub.Kəşfiyyatlar bir neçə ay ərzində yüksək vəzifəli iranlı şəxslərin görüş üçün toplaşa biləcəyi anı gözləyiblər. Müəyyən edilib ki, Xamenei şənbə günü səhər saatlarında Tehranın mərkəzində yerləşən bina kompleksində olacaq.Bir neçə ay boyunca ABŞ və İsrail İranın Ali liderinin hərəkətlərini izləyib.Bunun üçün istifadə edilən dəqiq üsullar məxfi saxlanılır. Lakin ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdəki paylaşımlarının birində buna dolayı yolla işarə edib.“Onun bizim kəşfiyyat və...
02 Mart 2026, 12:31