Bizə yazın

Baku

-°C

USD

-

Hakan Fidan: Türkiyə bütün mənfi ssenarilərə qarşı hazırlıq görür 

Dünya 03 Mart 2026, 23:05

1117

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran–ABŞ–İsrail qarşıdurması fonunda mümkün mənfi ssenarilərin dövlət qurumları arasında müzakirə edildiyini bildirib.

Nazir təhlükəsizlik məsələləri ilə bağlı Prezidentə demək olar ki, saatlıq məlumat verildiyini qeyd edib.

“Biz Türkiyə ilə bağlı bütün ssenariləri peşəkar şəkildə, qurumlararası koordinasiya iclaslarında müzakirə edirik. Bu toplantılar sahədə baş verən hadisələrə uyğun olaraq təşkil olunur və hazırda intensiv koordinasiya prosesindəyik”, – deyə Fidan bildirib.

Onun sözlərinə görə, xüsusilə humanitar və təhlükəsizlik məsələləri üzrə mütəmadi koordinasiya görüşləri keçirilir. Milli Müdafiə Nazirliyi və MİT-in iştirakı ilə davamlı təhlükəsizlik qiymətləndirmələri aparılır.

“Prezident bu məsələlərlə bağlı demək olar ki, saatlıq məlumatlandırılır. Zəruri hallarda göstərişlər alınır və təsdiqə təqdim olunan məsələlər müzakirə edilir. Bu, əslində böhran idarəetməsidir. Dövlət və hökumət olaraq belə proseslərə sistemli və hazırlıqlı şəkildə yanaşırıq”, – deyə nazir vurğulayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İran ABŞ və İsrailə xəbərdarlıq edib 

İran düşmənini təslim olmağa məcbur etmək üçün Hörmüz boğazında gəmiçilik hərəkətinə nəzarət də daxil olmaqla, istənilən vasitəyə əl atacaq.Bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Qərargahı məlumat yayıb."İran silahlı qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazından hərəkətlərə komandanlıq və nəzarət də daxil olmaqla, ölkənin bütün geosiyasi imkanlarından istifadə etmək və təcavüzkarları təslim olmağa məcbur etmək əzmindədir", - deyə məlumatda qeyd olunub.

15 Mart 2026, 17:08

İran XİN başçısı: Müctəba Xameneinin səhhəti yaxşıdır 

İran Ali Rəhbəri Müctəba Xameneinin səhhəti yaxşıdır.Citypost.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi “Al Araby Al Jadeed”-ə müsahibəsində bildirib.“İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin səhhəti yaxşıdır, o, İslam Respublikasında vəziyyətə tam nəzarət edir”, - deyə Abbas Əraqçi qeyd edib. (APA)

15 Mart 2026, 13:14

Zelenski: Rusiya İrana ABŞ bazalarına hücum üçün “Şahed” PUA-ları verir

Rusiya ABŞ və İsrailə qarşı istifadə olunması üçün İrana “Şahed” pilotsuz uçuş aparatları (PUA) verir.CityPost.az  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.Ukrayna Prezidenti Rusiyanın ABŞ hərbi qüvvələrinin və obyektlərinin yerləşməsi ilə bağlı kəşfiyyat məlumatlarını İrana ötürdüyünü də söyləyib: “Hesab edirlər ki, Avropa və ABŞ bu müharibədə Ukraynaya kəşfiyyat məlumatları ilə kömək edə bilirsə, deməli, Rusiya da İran rejiminə kömək edə bilər”.Volodimir Zelenski deyib ki, İranın ABŞ bazalarına hücumlarda Rusiya istehsalı olan “Şahed” PUA-larından istifadə etməsi 100 faiz həqiqətdir: “Həmin PUA-lar İran lisenziyaları əsasında Rusiyada istehsal edilib, daha sonra Tehrana ötürülüb. Mənim əlimdə faktlar var ki, İran...

15 Mart 2026, 10:36

İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir 

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin hava hücumundan müdafiə (HHM) sistemini tənqid edib.CityPost.az  xəbər verir ki, Əraqçi bu barədə "X"dəki hesabında yazıb."ABŞ-nin reklam olunan "təhlükəsizlik çətiri" dəliklərlə dolu çıxdı və iğtişaşların qarşısını almaqdansa, daha çox qızışdırır" , - İranın XİN başçısı qeyd edib və əlavə edib ki, hazırda ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir:"İran ABŞ-nin yeganə qayğısının İsrail olduğunu nəzərə alaraq qardaş qonşuları xarici təcavüzkarları qovmağa çağırır"....

14 Mart 2026, 21:48

CENTCOM: ABŞ ordusu İranın Xarq adasında 90-dan çox hərbi obyektə uğurla zərbə endirib 

ABŞ Silahlı Qüvvələri İranın Xarq adasında onlarla hədəfə zərbə endirərək məhv edib.CityPost.az  xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı – CENTCOM məlumat yayıb.ABŞ ordusunun İranın 90-dan çox hərbi obyektini uğurla vurduğu qeyd edilib.Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Mərkəzi Komandanlığının İranın Xarq adasına böyük bir bombardman həyata keçirdiyini bildirib.

14 Mart 2026, 20:23

BƏƏ-nin İraqdakı konsulluğuna dron hücumu edilib 

BƏƏ-nin İraqın Ərbil şəhərindəki konsulluğu pilotsuz təyyarə hücumuna məruz qalıb.Bu barədə “Reuters“ agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

14 Mart 2026, 20:12