"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olunub
Cəmiyyət 03 Mart 2026, 09:38
2459
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə "TikTok" sosial şəbəkəsində saxta hesablardan istifadə edərək vətəndaşların ünvanına nalayiq ifadələr yazan şəxs saxlanılıb.
Bu barədə CityPost.az-Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, araşdırmalarla onun 27 yaşlı rayon sakini İlham Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Həmçinin oxuyun
Məhkəmənin qərarı ilə İ.Abdullayev 25 gün müddətinə inzibati qaydada həbs olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qeyri-sabit hava ilə bağlı daha bir - Xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edibMüraciətdə deyilir:"Sentyabrın 21-də ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında isə dağlıq ərazilərdə duman müşahidə ediləcəyi proqnozlaşdırılır.Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə xüsusilə diqqətli olmağı tövsiyə edir. Yağıntı zamanı yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və dağlıq ərazilərdə duman hərəkət təhlükəsizliyinə ciddi təsir göstərə bilər.Sürücülərdən sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və ani tormozlamadan çəkinmək, xarici işıq cihazlarından düzgün istifadə etmək,...
20 Sentyabr 2026, 16:07
2023-cü ildən 20 Sentyabr Şəhid Qanı günü oldu...Mirşahin Ağayev
Xəbər verdiyimiz kimi,“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir.Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.Bu əlamətdar gün münasibəti...
20 Sentyabr 2026, 12:52
Sabah Bakıətrafı ərazilərə qısamüddətli yağış yağacaq, dağlıq rayonlarda leysan olacaq
Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasında gündüz 26-30° isti olacaqŞimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə gecə 70-75 %, gündüz 50-60 % olacaq.Dağlıq və dağətəyi rayonlarda leysan olacaqSabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı...
20 Sentyabr 2026, 12:32
DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO
2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın Zəfər salnaməsində xüsusi yerə malikdir.Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları bu tarixi missiyanın yerinə yetirilməsində fədakarlıq və qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası yolunda qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.Qeyd edilib ki, onların döyüş yolu - şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların nümayiş etdirdiyi əzmkarlıq vətənə sədaqət və xalqa xidmət nümunəsidir....
20 Sentyabr 2026, 11:35
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, leysan olub - FAKTİKİ HAVA
Sentyabrın 20-si saat 10:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub.Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.Düşən yağıntının miqdarı Göygöldə 24, Daşkəsəndə 18, Gəncədə 10, Gədəbəydə 4, Sarıbaş, Goranboyda 2, Balakən, Bərdə, Tovuz, Oğuz, Altıağac, İsmayıllı, Ağdam, Ceyrançöl, Qubada 1 mm-dək qeydə alınıb.Daşkəsən, Şahdağ, Şahbuz, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 50 m-dək məhdudlaşır.Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 33, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti müşahidə olunub....
20 Sentyabr 2026, 11:13
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günüdür.CityPost.az-ın məlumatına görə, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb.Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.Nazirlər Kabinetindən verilən məlumata görə, Dövlət...
20 Sentyabr 2026, 09:20