Bizə yazın

Baku

-°C

USD

-

Mütəxəssis rəyi: Miyokard infarktından qorunmanın yolları  

Tibb 03 Mart 2026, 15:41

3100

Son illərdə ürək-damar xəstəlikləri arasında miyokard infarktı (ürək tutması) ən çox rast gəlinən və ölüm riski yüksək olan hallardan biridir. Sağlam həyat tərzi və düzgün qidalanma, eləcə də erkən xəbərdarlıq əlamətlərinə diqqət göstərmək, bu təhlükəli vəziyyətin qarşısını almaqda həyati əhəmiyyət kəsb edir.

Citypost.az xəbər verir ki, kardiyoloqlar bildirirlər ki, infarkt riskini azaltmaq üçün qidalanmada yağlı, qızardılmış, fast-food və xəmir məhsullarından uzaq durmaq, həmçinin siqaret və spirtli içkilərin qəbulunu məhdudlaşdırmaq əsas şərtdir. Gündəlik duz qəbulu 5 qramı keçməməlidir. Meyvə və tərəvəzlər, xüsusən qoz, badam, ərik kimi quru meyvələr ürək sağlamlığı üçün faydalıdır. Enerji içkiləri və şirin içkilərdən uzaq durmaq, bədən çəkisini nəzarətdə saxlamaq və qarın piylərinin artmamasına diqqət yetirmək də önəmlidir.

Aktiv həyat tərzi, məsələn, həftədə 2-3 saat orta sürətli gəzinti, ürək funksiyasının stabilliyi üçün əvəzsizdir. Tenzik, şəkər və xolesterinin normada saxlanması, stresin idarə olunması və yuxu rejiminin nizamlanması infarkt riskini azaldır. Hər il kardiyoloq müayinəsindən keçmək və qan analizlərini yoxlatmaq tövsiyə olunur.

Miyokard infarktının xəbərdaredici əlamətləri arasında sinədə sıxıcı və yandırıcı ağrı, ağrının sol kürəyə, sol çiyinə və qola yayılması, nəfəs darlığı, ani halsızlıq və soyuqda ürək bulanması daxildir. Bu simptomlar baş verdikdə təcili tibbi yardım çağırmaq həyati vacibdir.

Ümumilikdə, sağlam qidalanma, aktiv həyat və erkən müayinə ürək-damar sağlamlığının qorunmasında və infarkt riskinin azalmasında həlledici rol oynayır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qəfil ölümün əsas səbəbləri nədir? – Kardioloqdan XƏBƏRDARLIQ

Qəfil ölüm müasir dövrdə cəmiyyəti narahat edən ciddi sağlamlıq problemlərindən biridir. Bəzi hallarda insan özünü sağlam hiss edir, gündəlik həyatını normal şəkildə davam etdirir, lakin gözlənilmədən həyatını itirir. Belə hadisələr insanların diqqətini qəfil ölümün səbəblərinə, risk faktorlarına və bu təhlükənin qarşısını almağın mümkün yollarına yönəldir. Əksər hallarda qəfil ölümün arxasında ürək-damar sistemi xəstəlikləri dayansa da, beyində baş verən kəskin damar hadisələri, ağciyər emboliyası, aortanın ağır patologiyaları və digər ciddi tibbi problemlər də bu nəticəyə səbəb ola bilər.Kardioloq-terapevt İslam Əziz Citypost.az-a açıqlamasında qəfil ölümün əsas səbəbləri, bu hallara gətirib çıxaran risk faktorları və insanların sağlamlıqlarını qorumaq üçün diqqət yetirməli olduqları məqamlar...

13 Oktyabr 2026, 10:00

Böyrəkdən daş çıxarıldıqdan sonra təhlükə bitirmi? – MÜTƏXƏSSİS AÇIQLADI

Böyrək daşları sidik-cinsiyyət sistemində ən çox rast gəlinən problemlərdən biridir. Bu xəstəliklə üzləşən insanlar bəzən daşın dərman vasitəsilə, yaxud cərrahi müdaxilə ilə çıxarılmasından sonra problemin tamamilə aradan qalxdığını düşünürlər. Lakin böyrək daşının çıxarılması hər zaman xəstəliyin təkrarlanmayacağı anlamına gəlmir. Daşların yenidən əmələ gəlməsinin qarşısını almaq üçün onların yaranma səbəblərini müəyyənləşdirmək, qidalanma vərdişlərinə diqqət yetirmək və həkimin tövsiyələrinə uyğun profilaktik tədbirlər görmək vacibdir.Fitoterapevt Fizuli Hüseynov Citypost.az-a açıqlamasında böyrək daşları ilə bağlı diqqət yetirilməli məqamlardan danışıb. Onun sözlərinə görə, böyrəkdən bir dəfə daş çıxarıldıqdan sonra insan bu problemin yenidən yaranmayacağı qənaətinə gəlməməlidir. Daşların əmələ gəlməsinə səbəb olan amillər aradan qaldırılmadıqda xəstəlik təkrarlana...

13 Oktyabr 2026, 09:00

Zəif sidik axını hansı xəstəlikdən xəbər verir? Uroloqdan XƏBƏRDARLIQ

Sidik ifrazına başlamaqda çətinlik, sidik axınının zəifləməsi, sidiyə gedərkən gücənmək və sidik ifrazından qısa müddət sonra yenidən sidiyə getmək ehtiyacı bir çox insanın qarşılaşdığı, lakin bəzən əhəmiyyət vermədiyi sağlamlıq problemlərindəndir. İnsanlar bu əlamətləri çox vaxt yaşlanma ilə əlaqələndirir və ciddi narahatlıq üçün əsas olmadığını düşünürlər. Halbuki belə şikayətlər sidik-cinsiyyət sistemində müxtəlif problemlərin göstəricisi ola bilər və onların səbəbini dəqiqləşdirmək üçün vaxtında tibbi müayinə vacibdir.Uroloq-androloq Fuad İsmayılov Citypost.az-a açıqlamasında bildirib ki, sidik ifrazı zamanı yaranan çətinlikləri normal hal kimi qəbul etmək düzgün deyil. Onun sözlərinə görə, sidiyə başlamaq üçün gücənmək, sidik axınının əvvəlki ilə müqayisədə zəifləməsi, sidiyin fasilələrlə gəlməsi və sidik...

12 Oktyabr 2026, 11:40

Sinə ağrısı olmadan da infarkt mümkündür: Kardioloqdan XƏBƏRDARLIQ

İnfarkt dedikdə əksər insanların ağlına qəfil başlayan, dözülməz sinə ağrısı, nəfəs darlığı və təcili tibbi müdaxilə tələb edən ağır vəziyyət gəlir. Lakin ürək infarktı hər zaman bu cür aşkar əlamətlərlə müşayiət olunmur. Bəzi hallarda insan infarkt keçirdiyini həmin anda hiss etməyə, yaxud yaşadığı narahatlığın ürəklə əlaqəli olduğunu anlamağa bilər. Tibbdə bu vəziyyət “səssiz infarkt” adlandırılır və vaxtında aşkarlanmadıqda ciddi fəsadlara səbəb ola bilər.Kardioloq-terapevt Pərviz Əsədov Citypost.az-a açıqlamasında bildirib ki, infarktın bütün hallarda güclü sinə ağrısı ilə özünü göstərməsi barədə təsəvvür düzgün deyil. Onun sözlərinə görə, bəzi insanlarda ürək əzələsinin qan təchizatının kəskin pozulması daha zəif, qeyri-müəyyən və ya başqa problemlərlə...

12 Oktyabr 2026, 10:40

Gənclərdə arterial təzyiq niyə yüksəlir? – Terapevtdən AÇIQLAMA

Arterial təzyiqin yüksəlməsi uzun illər əsasən yaşlı insanlarla əlaqələndirilsə də, son dövrlərdə gənclər arasında da bu şikayətlərlə həkimə müraciət edənlərin sayının artdığı müşahidə olunur. Xüsusilə stress, emosional gərginlik, təşviş və panik atak zamanı təzyiqin müvəqqəti yüksəlməsi mümkündür. Lakin gənc yaşda təzyiq artımını yalnız “sinir mənşəli” hesab etmək düzgün yanaşma sayılmır.Mövzu ilə bağlı terapevt Afət Əsgərova Citypost.az-a açıqlamasında bildirib ki, gənclərdə arterial təzyiqin yüksəlməsində psixoemosional gərginliyin mühüm rolu ola bilər. Onun sözlərinə görə, insan qorxu, həyəcan, stress və ya panik vəziyyət keçirdikdə orqanizmin stress reaksiyası aktivləşir və nəticədə ürək döyüntüləri sürətlənə, damarlar darala və arterial təzyiq müvəqqəti olaraq yüksələ bilər.“Gənclərdə arterial...

09 Oktyabr 2026, 11:40

Boğaz ağrısı virusdur, yoxsa bakteriya? – LOR həkimindən AÇIQLAMA

Boğaz ağrısı xüsusilə mövsümi xəstəliklərin artdığı dövrlərdə həm böyüklərdə, həm də uşaqlarda ən çox rast gəlinən şikayətlərdən biridir. Bəzən sadə soyuqdəymə kimi başlayan boğaz ağrısı bir neçə gün ərzində daha ciddi əlamətlərlə müşayiət oluna bilər. Bu zaman xəstələr və xüsusilə valideynlər üçün əsas suallardan biri boğaz infeksiyasının virus, yoxsa bakteriya mənşəli olmasıdır. Çünki hər boğaz ağrısı zamanı antibiotik istifadəsinə ehtiyac olmur.Mövzu ilə bağlı LOR həkimi Gülər Səmədova Citypost.az-a açıqlamasında bildirib ki, boğaz xəstəliklərinin yaranmasında əsas səbəblərdən biri viruslar, digəri isə bakteriyalardır. Həkimin sözlərinə görə, bu iki infeksiya növünün klinik əlamətləri bir-birindən müəyyən qədər fərqlənə bilər və xəstənin şikayətləri düzgün qiymətləndirilməlidir.“Boğaz...

09 Oktyabr 2026, 10:40