Vüqar Qurbanovla iş birliyində olmuş baş həkim kimdir ?
Cəmiyyət 02 Mart 2026, 11:05
4292
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq icraçı derektoru Vüqar Qurbanovla bağlı senssasion iddialar bitmək bilmir.
Demokrat.az-ın yaydığı xəbərə görə V.Qurbanov TƏBİB-ə rəhbərlik etdiyi dövrlərdə ABŞ-da yaşayan Azərbaycanlı jurnalistlə əməkdaşlıq edib. Belə ki, o, Azərbaycanın Səhiyyə Nazirliyinin fəaliyyətini tənqid edən yazıların hazırlanması ilə bağlı sifariş vermiş. Bundan sonra isə sözügedən jurnalist tərəfindən Nazirliyin fəaliyyəti ilə bağlı ardıcıl olaraq tənqidi paylaşımlar edilib.
Demokrat.az-ın yazdığına görə sözügedən jurnalistin kimliyi bəlli olsa da, dəqiqləşdirilmə aparıldıqdan sonra onun adı oxuculara çatdırılacaq.
Citypost.az-a daxil olan xəbər də isə bildirilir ki, V.Qurbanov həmin jurnalistlə rayonlardan birinin Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi vəzifəsini hazırda daşıyan dostlarından birinin vasitəsi ilə gizli yollarla əlaqə saxlayırmış.
V.Qurbanovun heç bir tutarlı faktlara əsaslanmayan sifarişlərini həmin şəxs ABŞ-də yaşayan jurnalistə ötürürmüş.
Həmçinin oxuyun
Məqsəd isə Səhiyyə Nazirliyini cəmiyyətin gözündən salmaq, insanlarda bu struktura qarşı ikrah və inamsızlıq hissi yaratmaq olub.
Citypost.az xəbər verir ki, V.Qurbanovun dövlətin köklü səhiyyə strukturuna qarşı apardığı kompaniyanın iştirakçısı olan baş həkimin kimliyi barədə tam aydınlaşdırma aparıldıqdan sonra, faktlara əsaslanan dəqiq və müfəssəl məlumat veriləcək.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xameneinin olduğu yer necə tapılıb?
İranın Ali Lideri Ayətullah Əli Xameneinin fevralın 28-i səhər saatlarında öldürüldüyü açıqlanmışdı.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ABŞ və İsrailin hadisədən cəmi bir neçə saat əvvəl əldə olunmuş mühüm kəşfiyyat məlumatından istifadə etməklə mümkün olub.Kəşfiyyatlar bir neçə ay ərzində yüksək vəzifəli iranlı şəxslərin görüş üçün toplaşa biləcəyi anı gözləyiblər. Müəyyən edilib ki, Xamenei şənbə günü səhər saatlarında Tehranın mərkəzində yerləşən bina kompleksində olacaq.Bir neçə ay boyunca ABŞ və İsrail İranın Ali liderinin hərəkətlərini izləyib.Bunun üçün istifadə edilən dəqiq üsullar məxfi saxlanılır. Lakin ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdəki paylaşımlarının birində buna dolayı yolla işarə edib.“Onun bizim kəşfiyyat və...
02 Mart 2026, 12:31
Elnur İbrahimov rəhbər təyin olundu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib.APA-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Elnur Abbas oğlu İbrahimov filiala rəhbər təyin olunub.Qeyd edək ki, ötən həftə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncamı ilə E.İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdi.
02 Mart 2026, 12:18
Azad edilmiş ərazilərdə ötən ay 1621 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə fevral ayı üzrə məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 410 piyada əleyhinə mina, 71 tank əleyhinə mina, 1621 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 4264, 8 hektar ərazi mina və PHS-lərdən təmizlənib....
02 Mart 2026, 12:08
DİN motosiklet sürücülərinə müraciət ETDİ
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi moped və motosiklet sürücülərinə müraciət edib.Citypost.az-a NİİM-ə istinadən xəbər verir ki, müraciətdə ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların çox hissəsinin ölüm və ya xəsarətlə nəticələndiyi deyilir: "Bunu hər bir motosiklet və moped sürücüsü bilməli və bu məsələni ciddiyə almalıdır.Müşahidə kameralarının qeydə aldığı qəzalar yüksək sürət, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə, svetoforun qırmızı işığında keçmə, təhlükəli manevrlər etmə və yol nişanlarının tələblərini pozma səbəblərindən baş verib. Daha da təhlükəlisi odur ki, bu sürücülər öz əməlləri ilə fəxr edirmiş kimi törətdikləri qayda pozuntularını lentə alaraq sosial şəbəkələrdə paylaşır və digər yol hərəkəti...
02 Mart 2026, 11:52
İran səfiri Azərbaycana təşəkkür etdi
Azərbaycan xalqına və dövlətinə təşəkkür edirik.Modern.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə keçirilən mətbuat konfransında deyib.Səfir bildirib ki, çətin günlərdə Azərbaycandan ünvanlanan həmrəylik mesajları İran xalqı tərəfindən yüksək qiymətləndirilir.Onun sözlərinə görə, qarşılıqlı dəstək və həmrəylik iki ölkə arasındakı tarixi və mədəni bağların bir hissəsidir.Səfir çıxışında, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran Prezidentinə Ali Rəhbərin ölümü ilə bağlı başsağlığı verdiyini və İrana göstərilən dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb: "Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Danışıq zamanı regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Telefon...
02 Mart 2026, 11:51
Şəhər sakinləri evdə tərəvəz yetişdirməyə maraq göstərir
Son illərdə şəhər sakinləri evdə və balkonlarda tərəvəz və göyərti yetişdirməyə böyük maraq göstərirlər. Bağçılıq sadəcə hobbiyə çevrilməyib, həm də sağlam qida mədəniyyətini təşviq edən yeni trendə çevrilib.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirir ki, ev şəraitində pomidor, xiyar, bibər, ispanaq və müxtəlif göyərtilər rahatlıqla yetişdirilə bilər. Balconlarda və günəşli pəncərə yanlarında əkilən tərəvəzlər həm qida təhlükəsizliyi baxımından üstünlük təşkil edir, həm də evin ekoloji mühitini yaxşılaşdırır.Bağçılıq həmçinin stressin azalmasına, ruh halının yaxşılaşmasına və ailəvi fəaliyyətlər üçün yeni imkanlar yaratmasına kömək edir. Evdə yetişdirilən tərəvəzlərdən istifadə həm sağlam qidalanmanı təşviq edir, həm də pestisid və kimyəvi maddələrdən uzaq məhsul istehlakına şərait...
02 Mart 2026, 11:48