Fəzail Ağamalının Almaniyada nəvələri üzə çıxdı -ÖZƏL
Cəmiyyət 04 Noyabr 2025, 13:10
                3936
Onlar babalarına salam göndərdi.
CityPost.az Ana vətən Partiyasının sədri Fəzail Ağamalının rus millətindən olan İra adlı qadınla qeyri-rəsmi izdivacdan dünyaya gəlmiş İlqar Ağamalıyev adlı oğlu olduğu barədə xəbər vermişdi.
Ailə 1999-cu ildə Fəzail Ağamalı tərəfindən Rusiyanın Sank-Peterburq vilayətinə mədəni sürgün edilib.Daha sonra isə Almaniyada məskunlaşıblar.
Fəzail Ağamalının Oxu24.com saytına verdiyi informasiyaya görə,oğlu İlqar Ağamalıyev və anası İra xanımla 15-20 ildir ki,əlaqələri yoxdur.
CityPost.az Fəzail Ağamalıdan fərqli olaraq Almaniyadakı mənbə vasitəsi ilə onun qeyri-rəsmi ailəsi ilə əlaqə saxlayıb,bir sıra detallara aydınlıq gətirib.
Saytın apardığı jurnalist təhqiqatı nəticəsində bəlli olub ki,oğul İlqar Ağamalıyev ali təhsil aldıqdan sonra Almaniyanın Hamburq şəhərində yaşayır və orada biznes fəaliyyəti ilə məşğuldur.Anası İra xanım Azərbaycanda yaşayarkən Elmlər Akademiyasında çalışıb və hazırda isə evdar qadındır.
İlqar Ağamalıyev isə atası kimi rus millətindən olan Natalya adlı qadınla evlidir.
Fəzail və Boris adlı iki oğlan övladı var.
Fəzail Ağamalının rus xanımdan evlilikdən olan nəvələri 12 və 14 yaşındadırlar.Onların hazırkı yeganı arzuları babaları Fəzail Ağamalını görmək və onunla tanış olmaqdır. Nəvələr Fəzail babaya salam göndərib,ona uzun ömür,siyasi fəaliyyətində uğurlar arzu ediblər.
Mirzə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
                            Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nin həbs etdiyi Mirədalət Talışxanova hökm oxunub
Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.CityPost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Mirədalət Talışxanov 6 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Mirədalət Talışxanov DTX tərəfindən saxlanılıb.Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur....
04 Noyabr 2025, 17:18
                            Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar
Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətlərindən imtina edib.“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, Ramiz Mehdiyevin vəkillərinin apellyasiya şikayətlərini geri götürməsi onun məlum məktubunun mətbuatda yayılmasından sonra baş verib.Bir sözlə desək, bu məktubun yayılması müdafiə tərəfini fakt qarşısında qoyub. Apellyasiya şikayətlərinin lüzumsuzluğunu görən müdafiə tərəfi həmin şikayətlərdən imtina edib.“Boz kardinal” hələ ev dustağı edilməzdən əvvəl aparılan istintaq hərəkətlərindən apellyasiya şikayətləri vermişdi. Ramiz Mehdiyevin vəkilləri tərəfindən tələsik şikayət təqdim edilən qərarlardakı sənədlər cinayət işi üçün xüsusi əhəmiyyət kəsb edir.Mübahisələndirilən sənədlər arasında Səbail Rayon Məhkəməsinin 2025-ci il 13 avqust tarixli qərarı da yer alıb. Həmin qərarla Ramiz...
04 Noyabr 2025, 16:18
                            Mehdiyevin nazir müavini olan oğlundan xəbər var
Prezident Adminsitrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra ardıcıl olaraq onun həyat yoldaşı, qızı və gəlini tutduqları vəzifələrdən azad olundular. Akademikin fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin də karyerası ilə vidalaşacağına dair yayılan xəbərlər isə öz təsdiqini tapmır.Metbuat.az bu mövzuda yeni məlumat əldə edib. Məlumata görə, atasının həbs edilməsinə, ailə üzvlərinin vəzifədən çıxarılmasına baxmayaraq, oğul Mediyevin iş qrafikində heç bir dəyişiklik baş verməyib. O, hər gün səhər 9-da işdə olur, bəzən axşam 20:00, hətta 21:00-a kimi vəzifəsinin icrasını davam etdirir: “Digər müavinlər kimi Teymur Mehdiyev də nazir evə getməyənədək iş yerini tərk etmir”.Məlumatlı şəxs oğul Mehdiyevin işdən-çıxarılıb-çıxarılmayacağına...
04 Noyabr 2025, 15:10
                            Şərif Ağayar: “Fəzail Ağamalı kimi adamların arasında yaşamaq istəmirəm”
Tanınmış yazıçı Şərif Ağayar BakuPost TV-də yayımlanan aparıcısı olduğu “Yazıçı postu” verilişində maraqlı məqamlara toxunub.CityPost.az xəbər verir ki,verilişin “Fəzail Ağamalının seçkisi...” bölümündə O,Ana Vətən Partiyasının IX qurultayı,eləcə də, sədr Fəzail Ağamalının övladları Elçin və Günay Ağamalılar ilə bağlı məlum məsələni absurd komediya adlandırıb.O,deyib ki,Fəzail Ağamalı Ana Vətən Partiyasını ailə partiyasına çevirib,oğlunun,qızının arasında necəsə bölmək istəyir və istəyir ki,daha çox sevdiyi övladı partiyanı idarə etsin.Yazıçı daha sonra deyib:“Mənə maraqlı olan həmin qurultayın keçirildiyi salonda olan və bütün bu komediyaya əl qaldıran insanlardır.Şübhə etmirəm ki,onların arasında ziyalılar,oxumuş adamlar da var.Görəsən,onlar nə deyib...O səsvermədə iştirak ediblər...O məzhəkəyə özlərini necə layiq biliblər?İnanın ki,Fəzail Ağamalı...
04 Noyabr 2025, 14:35
                            AVP-nin qalmaqallı qurultayı ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub
Ana Vətən Partiyasının (AVP) oktyabrın 25-də keçirilən növbədənkənar qurultayı ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib.Bu barədə qurultayda partiya sədri postuna namizəd olmuş Elçin Ağamalı bildirib.Qeyd edək ki, qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub.Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib.Elçin Ağamalı növbədənkənar qurultayında partiyanın yeni sədri seçildiyini iddia edib. O qeyd edib ki, qurultay nümayəndələrinin ona münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışıb, buna...
03 Noyabr 2025, 17:46
                            Elton Məmmədov gözyaşları içində yalvarıb...
Onun mülklərini satdığı deyilir.Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Milli Elmlər Akadmeiyasındakı qanun pozuntuları ilə bağlı intensiv araşdırmalar davam edir.AMEA-nın İşlər İdarəsinin keçmiş, Sosial Xidmətlər Şöbəsinin indiki müdiri Elton Məmmədov AMEA-da baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə ittiham olunur.Baş Prokurorluğun mətbuat xidmətinin Elton Məmmədov barədə yaydığı məlumatda bildirilir ki,istintaq tədbirləri nəticəsində qanunsuz olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin E.Məmmədov...
03 Noyabr 2025, 15:51