Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinə hökm oxundu
Hadisə 04 Noyabr 2025, 12:39
3852
Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
CityPost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçən prosesdə hökm oxunub.
Hökmə əsasən, Saleh Novruzi, Tahir Vəliyev, Yadulla Balışov 9 il azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslərin yaşı və səhhəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Onların cəzası 5 il sınaq müddəti seçilməklə şərti hesab olunub.
Qeyd edək ki, ötən ilin mayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.
Həmçinin oxuyun
Fakt üzrə Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.
İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ucarda BMW kanala aşdı, sərnişin yaralandı
Ucarda yol qəzası olub, xəsarət alan var.Citypost.az xəbər verir ki, hadisə Bakı–Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.Belə ki, Bərdə şəhər sakini, 1988- cü il təvəllüdlü Mehman Məmmədovun idarə etdiyi “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq şirə kanalına aşıb. Nəticədə sürüçünün sərnişin qismində olan həmyerlisi, 1985-ci il təvəllüdlü Roman Əsgərov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır....
23 Sentyabr 2026, 10:04
Goranboyda piyadanı avtomobil vuraraq öldürüb
Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. İlkin məlumata görə, ölən piyada TIR sürücüsüdür.Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır...
22 Sentyabr 2026, 21:40
Daşkəsəndə çətin relyefdə əməliyyat – 6 kq yaxın narkotik götürüldü
Polis əməkdaşları tərəfindən narkotim vasitələrin qanunsuz dövriyyəsinə qarşı fasiləsiz olaraq davam etdirilir.DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Citypost.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də satışı ilə məşğul olamaqda übhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı Ruslan Əmirov saxlanılıb.Onun üzərindən 6 kiloqram yaxın narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, R.Əmirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Əməliyyat-istintaq tədbirləri davam etdirilir....
22 Sentyabr 2026, 13:33
Ucarda maşın piyadanı vurandan sonra aşıb
Ucar rayonunda yol qəzası olub, xəsarət alan var.APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistralının rayonun Küçəkənd kəndi ərazisindən keçən hissəsində baş verib.Belə ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Elkin Sadıqovun idarə etdiyi “Toyota Prado ” markalı minik avtomobili Ucar sakini, 1958-ci il təvəllüdlü Zahirə Hüseynovanı vurub.Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.Qəza nəticəsində xəsarət alan piyada Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır....
22 Sentyabr 2026, 10:23
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
Paytaxtın Nəsimi rayonunda yerləşən marketlərdən birində qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. xəbər verir ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb.O, inzibati qaydada həbs olunub.
21 Sentyabr 2026, 17:33
Astara gömrüyündə 79 kq marixuana ələ keçirildi
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.Dövlət Gömrük Komitəsindən Citypost.az-a verilən məlumata görə, Astara gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” və “kərəviz” yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 230 ədəd "kərəviz" formalı qablaşdırmada xalis təmiz çəkisi 79 kq 740 qram narkotik vasitə - marixuana aşkar edilib.Faktla bağlı araşdırma aparılır....
21 Sentyabr 2026, 16:10