Onların məhkəməsi BAŞLADI
Hadisə 04 Noyabr 2025, 15:21
3174
Terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
CityPost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib və baxış iclası noyabrın 18-nə təyin edilib.
Həmçinin oxuyun
Qeyd edək ki, DTX tərəfindən saxlanılan Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur. Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Daşkəsəndə “Niva” aşdı - Xəsarət alan var
Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, hadisə rayonun Əmirvar kəndində baş verib.Belə ki, “Niva” markalı avtomobilin aşması nəticəsində 1994-cü il təvəllüdlü Rasim Quliyev xəsarət alıb.Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.Qəzanın təfərrüatları araşdırılır.
27 İyul 2026, 22:04
Çaya tullanan 23 yaşlı gənc xəstəxanada ölüb
Masallıda çayda xəsarət alan Cəlilabad sakini xəstəxanada vəfat edib."Report"un Muğan bürosunun məlumatına görə, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisində yerləşən çayda baş verib.Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Quliyev Coşqun Şakir oğlu çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır xəsarət alıb.O, paytaxt xəstəxanalarından birində 10 gün müalicə olunsa da, bu gün tibb müəssisəsində vəfat edib.Faktla bağlı araşdırma aparılır....
27 İyul 2026, 18:52
Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb
Azərbaycanda ötən gün polis əməkdaşları tərəfindən 45,3 kiloqram narkotik aşkarlanıb.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bundan başqa, iyulun 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 4 ton çəkidə 17782 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
25 İyul 2026, 18:08
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə sakini, 1951-ci il təvəllüdlü İsmayilov Dəmir Əli oğlunun idarə etdiyi Mercedes markalı avtomobil idarəetməni itirib. Yoldan çıxan avtomobil yeraltı keçidin dəmir səddini qıraraq keçidə düşüb.Nəticədə sürücü və avtomobildə olan sərnişin Gəncə sakini, 1970-ci il təvəllüdlü Bayramova Yeganə Şəmil qızı xəsarət alıblar. Onlar Hacıqabul rayon xəstəxanasına və daha sonra Şirvan xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır....
25 İyul 2026, 15:30
Şəmkirdə 12 yaşlı qızın qətlinə görə bacısı tutuldu
Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub.Citypost.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb.Araşdırmalar davam etdirilir.
25 İyul 2026, 13:13
Xəzərdə çətənə yetişdirən şəxs həbs olundu
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Şüvəlan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hatəm Sultanov saxlanılıb.DİN-in Mətbuat Xidmətindən Citypost.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 232 kiloqram olan 46 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə H.Sultanov barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir....
25 İyul 2026, 12:06