Bizə yazın

Baku

-°C

USD

-

“Dəstəkləmək lazımdır” - Ekspert AzTV sədrinin helikopter almasından yazdı 

Cəmiyyət 05 Noyabr 2025, 17:29

217

“AzTV sədrini helikopter almaq istədiyinə görə tənqid etmək, yoxsa təqdir etmək lazımdır? Son günlər AzTV sədri Rövşən Məmmədovun “helikopter almaq istəyi” və yaradıcı işçilərə verdiyi qonorarlara görə tənqidlər gündəmdədir. Amma məsələ bir qədər fərqli görünür”.

CityPost.az    xəbər verir ki, bunu İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında yazıb.

O bildirib ki, dünyada əksər TV kanallar çəkiliş üçün helikopterlərdən istifadə edir: pizza mizza

“Düşünürəm ki, əslində AzTV-ni, eləcə də İTV və digər televiziya kanallarını belə bir təşəbbüsə görə təqdir etmək daha doğru olardı. Əgər məqsəd televiziyanın çəkiliş və texnoloji imkanlarını genişləndirmək, ucqar və çətin ərazilərdən - xüsusilə regionlardan və Qarabağdan - operativ görüntülər əldə etməkdirsə, bu, normal və hətta zəruri texniki qərardır. Dünyanın əksər güclü TV kanalları hava çəkilişləri üçün, operativlik üçün  helikopterlərdən istifadə edir”.

Osman Gündüz vurğulayıb ki, tənqid olunmalı əsas məqam helikopterin alınması deyil:

“Regionda, dünyada informasiya savaşının getdiyi bir zamanda TV-lərin rəqabətə davamlılğı üçün innovasiyalar və texnologiyalar, dron və helikopter kimi vasitələr mühüm əhəmiyyət kəsb edir. Dronun da, helikopterin də və çəkiliş üçün nəzərdə tutulmuş “AzTV avtobusu”nun da öz funksionallığı var. Söhbət dronla toy çəkməkdən deyil, operativ xəbər istehsalından gedir. Bəlkə də tənqid olunmalı olan helikopterin alınması deyil, bu cür təşəbbüslərin ictimaiyyətə düzgün izah edilməməsidir. Fikrimcə, AzTV rəhbərliyi məsələni şəffaf və əsaslandırılmış şəkildə təqdim etsəydi, “helikopter” mübahisəsi bu qədər böyüməzdi”.

Qeyd edək ki, Hesablama Palatası AzTV-də aparılan auditin nəticələrini açıqlayıb. Televiziyada əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26,0 mln. manat, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manat) yol verildiyi üzə çıxıb. Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.

Mətbuat yazır ki, palatanın dövlət televiziyasında audit keçirməsi müxtəlif səbəblərlə bağlıdır. Bunlardan biri də Rövşən Məmmədovun AzTV üçün vertolyot almaq istəməsidir. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Elton Məmmədov həbsxananın kəndarında  -   Nəsib Məhəməliyev də “boz kardinal”ın adamı imiş  

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin sabiq müdiri,hazırda isə Rəyasət Heyəti Aparatının Sosial Xidmətlər Şöbəsinin müdiri vəzifəsini tutan,sabiq deputat Elton Məmmədov barəsində  (Ramiz Mehdiyevin AMEA-nın prezidenti olduğu dövrü əhatə edən dönəmdə)  3 milyon manatdan artıq yeyintiyə və israfçılığa yol verdiyinə görə,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  müvafiq maddələri ilə cinayət işi başlanıb.Cinayət işinin təqibi Azərbaycan Respublikasının Baş Prokuru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə olunub.Elton Məmmədov və qardaşı sabiq nəqliyyat naziri Ziya Məmmədovun bu və ya digər neqativ əməlləri barədə mətbuatda hər gün rəngarən xəbərlər yer alır.Elton Məmmədov isə haqqında medianın tirajladığı xəbərlərə dözümsüzlük nümayiş etdirərək,hətta,mətbuat nümayəndələrinə  yalan məlumat ötürməklə çaşqınlıq...

05 Noyabr 2025, 15:34

Mehdiyevin Hacıbəyliyə hədiyyələri üzə çıxdı - Fotofakt 

Dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamları ilə ev dustaqlığına məhkum edilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin dövlət çevrilişindən sonra 50 nəfərlik “Dövlət Şurası” yaratmaq istədiyi haqda məktubu tirajlanmışdı. Bunun ardınca isə R.Mehdiyevin “Dövlət Şurası”nda görmək istədiyi 50 nəfərin kimliyi gündəmə gəldi.Teleqraf agentliyi 50 nəfərdən ikisinin kimliyi haqda özəl mənbələrə istinadla məlumat yaymışdı ki, onlardan da biri sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylidir.Gültəkin Hacıbəyli isə Ramiz Mehdiyevin kadrı olması barədə səsləndirilən ittihamları təkzib etməyə çalışdı.CityPost.az   xəbər verir  ki, mövzu ilə bağlı Oxu24.com  geniş araşdırma aparıb. Saytın səhih mənbələrinə istinadla yazdığına görə, Gültəkin Hacıbəyli...

05 Noyabr 2025, 13:41

Azərbaycanda vəkil hoteldə öldü 

Yevlax rayonunda hotellərin birində ölüm hadisəsi baş verib.CityPost.az  xəbər verir ki, noyabrın 4-ü saat 21 radələrində Yevlax şəhəri ərazisində yerləşən “Həmdəm” hotelindəki otaqda orada qalan Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimlinin meyiti tapılıb.Onun dərman həbləri içərək öldüyü məlum olub.Qeyd edək ki, 37 yaşlı Elkin Kərimli vəkildir. O, Xətai rayonunda yerləşən “Fortiori” vəkil bürosunun üzvü olub.Faktla bağlı araşdırma aparılır....

05 Noyabr 2025, 12:26

“Yaşa görə orta aylıq pensiya 629 manat olacaq” 

“Əmək pensiyalarının orta aylıq məbləğinin gələn il üçün 590 manat olacağı proqnozlaşdırılır”.CityPost.az  xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev bildirib.“Gələn il yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artırılaraq 629 manata yüksəldilməsi proqnozlaşdırılır”, - komitə sədri bildirib.Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əlavə edib ki, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat...

05 Noyabr 2025, 12:06

Yol polisi sürücülərə çağırış edib 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edib.CityPost.az xəbər verir ki, çağırışda deyilir:"Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən yağışlı və çiskinli hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir. Belə hava şəraitində yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və tormoz məsafəsinin uzanması sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradır. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək hava və yol şəraitinə uyğun olaraq ehtiyatlı hərəkət etməyi, sürət həddini azaltmağı, ara məsafəsini artırmağı və avtomobilin texniki sazlığını – xüsusilə işıq cihazları və şüşəsilənləri – yoxlamağı xatırladır".BDYPİ sürücülərlə yanaşı piyadalara da diqqətli olmağı tövsiyyə edib.Piyadalar...

05 Noyabr 2025, 10:28

Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nin həbs etdiyi Mirədalət Talışxanova hökm oxunub 

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.CityPost.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Mirədalət Talışxanov 6 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Mirədalət Talışxanov DTX tərəfindən saxlanılıb.Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Onun əvvəllər hüquq-mühafizə orqanlarında çalışması məlumdur....

04 Noyabr 2025, 17:18