Bizə yazın

Baku

-°C

USD

-

"Vağam" mağarasının sirri nədir? - FOTOLAR

Cəmiyyət 11 Noyabr 2025, 10:24

345

Azərbaycanın böyük filosofu Baba Kuhinin min il əvvəl burada yaşadığı güman edilir.

CityPost.az   xəbər  verir  ki,Salyan rayonunun Qaraçala qəsəbəsində, Kürovdağın yamacında, yaşı min ildən çox hesab edilən və “Vağam” adlandırılan bir mağara var. Bura ətraf ərazidə yaşayanların tez-tez üz tutduğu ziyarətgahdır. Üstünü iri daşlar və qaya parçaları örtmüş, hündürlüyü bir metrdən azacıq artıq olan mağaraya daxil olmaq və onun içərisində hərəkət etmək üçün gərək əyilə və dizin-dizin sürünəsən. 

Mağaranın tavanı, divarları daşdandır, çökməməsi üçün içəridə dayaq tumbalar düzəldilib. Ziyarətçilərin rahatlığı üçün son vaxtlar mağaranın önündə daş pilləkan hörülüb, giriş qapısı genişləndirilib, divarlara suvaq, üstündən isə əhəngdən boyaq vurulub. Mağaranın yaxınlığında məscid, ocaqxana tikilib, talvar quraşdırılıb, oturacaq yerlər təşkil olunub. Bu ərazidə müxtəlif dövrdə yaşamış insanların dəfn olunduğu qəbiristanlıq da var. 

Mağaraya müqəddəslik “Həzrət baba”dan gəlir 

“Vağam” Kürovdağda yeganə mağara deyil, yeri itib-batan, dağılıb gedənlər də olub: Elə mağaralar var ki, quruluşuna, tarixi əhəmiyyətinə görə “Vağam”dan daha maraqlı və zəngindir. Amma onların heç biri ziyarətgaha çevrilməyib. “Vağam”ı müqəddəsləşdirən yeganə səbəb Yaxın Şərq ölkələrində səyyah, böyük şair və filosof kimi tanınmış Baba Kuhinin bir müddət burada yaşaması ehtimalıdır.

Həm tarixi məxəzlərdə, həm də xalq arasında dolaşan rəvayətlərdə Kuhinin daşıdığı təxəllüslərə aid o qədər məlumatlar var ki, bunların hamısının bir tarixi şəxsiyyət barədə olmasının özü zaman-zaman mübahisə mövzusuna çevrilib. Onun X və XI əsrlərin qovşağında, yüz ildən artıq yaşadığı güman edilir. Kuhinin bütöv adı çox zaman belə təqdim olunur: Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Übeydullah ibn Bakuyə. 

İmzasındakı “bakılılığa” görə bəzi araşdırıcılar Kuhinin Bakıda anadan olduğunu düşünüblər. Amma onun doğum yeri elmə dəqiq məlum deyil. Arxeoloq F.İbrahimov ötən əsrin 90-cı illərində Qız qalasının yanında qazıntı apararkən orada tikinti qalıqlarına rast gəlmiş, aşkara çıxardığı bina qalığının 11-ci yüzildə tikilmiş Baba Kuhi Bakuvinin məscidi olması ehtimalını irəli sürmüşdür.

Kuhi uzun müddət Şirazda və Nişapurda yaşadığından,"Şirazi" və "Nişapuri" təxəllüsləri ilə də tanınıb. El arasında bu şəxs həm də “Həzrət baba” və “Qarlı baba” adlandırılır. Buradaca qeyd edək ki, təsəvvüf haqqında lüğətlərdə “baba” sözünün mənəvi ata, mürşid, təriqət başcısı, yolgöstərən mənaları gösrərilir. “Kuhi” isə “dağda yaşayan” anlamındadır. 

… Deyəsən mağaradan uzaqlaşdıq. Amma çox da yox. Əgər bu məkanı müqədəsləşdirən daşlar deyil, bir tarixi şəxsiyyətdirsə və o, bundan daha böyük və qiymətli bir irs qoyub gedibsə, barəsində ətraflı məlumat verməyə ehtiyac var. Təbii olaraq hər kəsdə ilk yarana biləcək suallardır: 

Kuhi kim olub, bu yerlərə haradan və niyə gəlib? 

Baba Kuhi Şərqdə “böyük şeyx” kimi tanınan sufi Əbu Abdullah ibn Xəfifin tanınmış müridlərindən, sufi şeirinin ilk görkəmli nümayəndələrindən biri hesab olunur. Bir çox tədqiqatçı onun nəzmlə yazılmış 3 böyük əsərinin adını çəkib, farsca divanının olduğunu qeyd edib. Azərbaycan səyyahlarının ən yaxşı araşdırıclarından olan Nurəddin Kərəmov hesab edir ki, kainatın heliosentrik sistemi haqqında o, Əbdürreyhan əl-Birunidən 30-40 il, Kopernikin kəşfindən isə 500 il əvvəl fikir söyləyib.

İrsinin araşdırıcıları hesab edirlər ki, Kuhi Şirvanşahlar sarayının vəziri olmuş Pir Hüseynin böyük qardaşıdır. Yeri gəlmişkən, Pir Hüseynin məqbərəsi üstündə tikilmiş Pirsaatçay xanəgahı da əsrlər boyudur səcdəgaha çevrilib. Deyilənə görə aralarındakı fikir ayrılığına və daim mübahisədə olduğuna görə, o, qardaşından kənarlaşmalı olub. Bir müddət Pirsaatçay vadisində- Şamaxıdan şərqdə məskunlaşıb, ardınca Babadağa sığınıb. 

Müqəddəs adam ömrünün ahıl çağlarını belə səyahətlərdə keçirib: xeyli müddət Məşhəd yaxınlığındakı Nişapur şəhərində yaşayıb, sonda Şirazda dayanıb.  O dövrdə Şiraz yaxınlığındakı dağlarda, Cəfərabad kəndində şoxsaylı karst mağaraları olub. Kuhi həmin mağaraların birində məskən salır və ömrünün son illərini burada ibadətlə məşğul olaraq daha heç yerə çıxmır. 

Baba Kuhinin əsas əsərləri də burada yaranır. Tədqiqatçılar onun elə öz əsərlərinə istinad edərək bu səyahətlərdə təriqət yolçuluğunu, otuz min hekayət və üç min hədis yığdığını qeyd edirlər. Tərki-dünya alimin şöhrəti bütün Şərqə yayılır. Hər yerdən bu müqəddəs insanın yanına ziyarətə və məsləhətə gəlirlər. 

Rəvayətə görə Şərqin dahi şairi Hafiz Şirazi öz poetik vergisini bircə gecə Kuhinin məzarı yanında dua oxuyandan sonra qazanmışdır. Başqa bir rəvayətə görə Şirvanşahlardan birinin qızı öz mərhum sevgilisinə yaxın olmaq, onun qəbrinə və bütün müsəlman aləmindən ziyarətinə gələnlərə qulluq eləmək məqsədilə buraya gəlmiş, öləndə isə onun yanında dəfn olunmuşdur. 

“Vağam”ın ziyarəti ilə bağlı xalq inancının kökündə Kuhinin  hələ sağlığında “müqəddəs insan” kimi tanınması və mağarada yaşaması faktı , eyni zamanda, barəsində dolaşan rəvayətlər dayanır.

Şirvan Şəhər Mədəniyyət Mərkəzinin məsləhətçisi olmş araşdırmaçı Eldar Qəmərli bu mövzuda yazdığı əsərində elmi ədəbiyyatda Kuhinin “Vağam”da yaşadığına aid heç bir məlumata rast gəlmədiyini qeyd edib: “Lakin xalqın çoxəsrlik inancı və nəsildən nəsilə ötürülməklə, mahiyyətcə dəyişikliyə uğramadan bu günümüzədək gəlib çıxmış rəvayətlər, heç də əsassız hesab edilə bilməz. “Vağam”la Pirsaat çayı vadisi arasında 30-35 km məsafə var. Ola bilsin ki, Baba Kuhi, həqiqətən əvvəlcə orada məskunlaşıb, sonra bu mağaraya köçüb. Müxtəlif səbəblər gətirilməklə Babanın bu yerlərdən incik düşməyi barədə də rəvayətlər dolaşır.”

Kuhi bizə niyə lazımdır? 

Ziyarətə gələnlərin çoxu Kuhini tarixi şəxsiyyət kimi tanımır, onun həyat və yaradıcılığı, fəlsəfi görüşləri barədə məlumatlı deyil. Baba onlar üçün yalnız fövqəltəbii qüvvədir: “O, heç kəsi naümid qoymayıb, qapısından boş yola salmayıb, dərgahında səslənən duaları Allah qəbul edib”.- ziyarətçilər belə deyir. Elə bu inamla Kuhidən kimi xəstəliyinə çarə, kimi övlad, kimisə ailəsinə ruzi istəyir. 

Belə baxanda, sadə insanları qınamaq da olmaz - Kuhi irsi, dünyanın müxtəlif kitabxalarında saxlanılan əsərləri, bir də “ayaq izləri” mötəbər elmi araşdırmaların yolunu gözləməkdədir. Onun günümüzədək gəlib çıxmış əsərləri belə lazımi səviyyədə tərcümə, nəşr və təbliğ edilmir. Nizami, Füzuli, Sədi, Hafiz, Nəsimi, Cami, Ənsari, Bakıxanov kimi klassiklərin diqqətini cəlb etmiş, əlyazmaları dünyanın müxtəlif kitabxalarına səpələnmiş, yüz il əvvəl əsərləri fansızcaya tərcümə edilmiş  bir filosofumuz elmin, təhsilin belə inkişaf səviyyəsində niyə insanlarımız tərəfindən tanınmamalıdır? Şərqdə böyük hadisə yaratmış bu filosof u “Vağam”da “fövqəltəbii qüvvəyə malik mağara adamı” səviyyəsinə endirmişik.

Sadə insanlarımızın tanımamağı bir yana, Kuhinni azərbaycanlı kimi də dünyaya təqdim edə bilməmişik. Adı dövrünün ən görkəmli alimləri olan Şeyx Abdulla Xəfif, Şeyx Əbül-Qasım Quşeyri və başqaları ilə bir sırada çəkilən, məşhur şeyx Əbu Səid Əbül Xeyri ilə elmi mübahisə etmiş, biliyinə Şeyx Əbül Abbas Nəhavəndinin heyran olduğu bu filosofu araşdıranlar onun böyük düha olmağını qəbul etmiş, baxışlarını, ideayalarını izləmiş, lakin barəsində yazdıqları əsərlərdə onun Azətbaycandan olmağını qabartmamışlar. Bu yöndə bəs özümüz nə etmişik? Təəssüf ki, çox az şey. Halbuki Kuhi bizə Nizami, Füzuli, Nəsimi qədər dəyər qazandıra bilər. 

Lap ədəbiyyat, fəlsəfə, inanc məsələsini və Kuhinin özünü də bir kənara qoyaq, “Vağam”a sıradan bir mağara kimi yanaşaq. Bir balaca mağara tarixin ən uzaq qatlarından xəbər vermirmi? Axı, orta məktəb şagirdi də bilir ki, mağaralar ibtidai icma quruluşunda yaşayanların məskəni olub. Orta əsrlərdə isə tərki-dünyalar burada sirli həyat yaşamışlar. Yurdun uzaq keçmişini öyrənmək baxımından bu mağaralar qiymətli bir tapıntı, abidə deyilmi? 

Mağara ətrafındakı qəbiristanlıqda qədim dövrlərə aid olan xeyli sayda qəbir var. Üzərində yazı olmasa da, fərqli forma və üslubda olması ilə məzar daşları, sanki nəsə demək istəyir. Xalqın min illik inancı və bəlkə elə Kuhinin fövqəltəbii qüvvəsi hələ ki, neçə əsrlər əvvələ aid olan tarixin son izlərinin silinməsinə imkan verməyib. Niyə bu ziyarətgaha bir alim gəlməsin? 

Kuhinin oturaq yerlərinin çoxu ziyarətgaha çevrilib Xalq inancına görə, Kuhi “Vağam”dan Babadağa gedib və orada qeybə çəkilib. Hətta bu dağın da "Həzrət Baba"nın məskəni olandan sonra belə adlandığı iddia olunur. Eldar Qəmərli deyirdi ki, hər il yay aylarında İsmayıllı və Quba rayonlarının sərhədində yerləşən ziyarətgaha gedən şirvanlılar, ilk olaraq “Vağam”a gəlirlər. Şirazdakı məqbərəsinə də beləcə müqəddəs yer kimi yanaşılıb. 

Min ildir bitib-tükənməyən bu sevgini böyük filosof, sanki sağlığında duyaraq yazıb: “Kuhi ürəyini bədəninin təbindən siləndən sonra nəhəng bir dəryaya düşdü…”

Azər Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab 

Siyasət yaşamımda qarşı-qarşıya durub savaşdığım iqtidarlar cəbhəsindən təsadüfən hansısa böhtan və təhqirlərlə qarşılaşdım. Həqiqətən nəhəng dövlət adamı olan Heydər Əliyev qədər mənim sərt üslubuma dözümlü yanaşan ikinci bir şəxsiyyətlə rastlaşmadım. Bütün təhqirlər, böhtanlar, qarayaxmalar çiyin-çiyinə mübarizə apardığım hərəkat, partiya yoldaşlarımdan gəldi. Halbuki məni siyasətdən uzaqlaşdırmaq məqsədi ilə döyüş bölgəsinə hərbi xidmətə göndərmək ideyası da bu insanlardan gəlirdi: iqtidar qarşısında şərt qoymuşdular ki, AXCP-nin “Yurd” qanadının iqtidarla gizli əməkdaşlığı üçün əsas maneçilik törədən şəxsi zərərsizləşdirməsəniz, birlikdəliyimiz baş tutmaya bilər!Və bunu da gerçəkləşdirdilər. Lakin geri dönüşümdə gözlədiklərinin əksinə bir proses baş verdi. Dərhal Elçibəyçi Xalq Cəbhəsinə gəlib mübarizə dostlarımla halallaşdım, Xalq Cəbhəsi...

11 Noyabr 2025, 11:28

50 nömrəli avtobusun 50 dərdi...

Bakıda bir çox istiqamətlərdə  xətlərə yeni avtobuslar buraxılsa da,hələ də köhnə nəqliyyat vasitələrinin ümidinə qalanlar da var.Bu isə sakinlərin narahatlığına və narazılığına səbəb olur.Belə problemlərdən biri də  50 nömrəli marşrut avtobusunda yaşanır.Yeni Günəşli “D Massivi”ndən  “Xalqlar Dostluğu” və “Neftçilər”  metrostansiyaları istiqamətinə  hərəkət  edən   avtobusların  istismar  müddətini  başa  vurması  adi gözlə də görünür.Bu barədə  CityPost.az-a  ərazidə yaşayan  və  bu marşrutdan  gündəlik  istifadə  edən  bir  qrup  sakin  məlumat  verib.Sakinlərin sözlərinə görə,50 nömrəli avtobuslar  köhnə  olduğundan  müasir tələblərlə ayaqlaşa bilmir.“Bu,avtobuslar köhnədir.Əraziyə gec gedib,çatır.Həmçinin tez-tez yollarda xarab olur.Bir də görürsən ki,alışıb yandı.İnsanlar üçün də təhlükəlidir. İstəyirik ki,bizim də  istifadə etdiyimiz avtobuslar yenilənsin deyə”,-  sakin...

11 Noyabr 2025, 11:25

Əhmədlidə obyektydə yanğın olub 

Bakı şəhəri, Xətai rayonunda yanğın hadisəsi olub.CityPost.az  xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində obyektdə qeydə alınıb.Əraziyə FHN qüvvələri cəlb olunub. Yanğın söndürülüb.

11 Noyabr 2025, 09:32

Bu qurumda yoxlamalar başladı - YENİLƏNİB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində  cari ilin işlər planlarına uyğun olaraq yoxlama-nəzarət tədbirləri davam etdirilir.CityPost.az-a daxil  olan məlumata görə,Hesablama Palatası sözügedən Agentlikdə audit yoxlamasına başlayıb.Fəaliyyəti təftiş olunan Vüqar Behbudovun rəhbərlik etdiyi Agentliyin fəaliiyətindən şəhid ailələri və qazilər kütləvi  narazılıq ediblər.Yoxlamaların da  bu  fonda  aparıldığı  bildirilir.Xatırladaq ki,Vüqar Behbudov Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəisi,general-mayor Mirsaleh Seyidovun qaynıdır.Yenilənib***Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin icraçı direktoru Vüqar Behbudovun  Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəisi,general-mayor Mirsaleh Seyidovun qaynı olması xəbəri təsdiqini tapmayıb.Bu barədə Oxu24.com-a  Ədliyyə Nazirliyinin Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan...

10 Noyabr 2025, 22:13

Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb 

Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.Hadisə rayonun Mahamalar kəndində baş verib.Sakin, 1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən nəzarətsiz qalan çoban iti ona hücum edib. Ağır xəsarətlər alan 83 yaşı M.Atayev hadisə yerində ölüb.Məlumata görə, it bir neçə ay əvvəl də M.Atayevə hücum edərək onu yaralayıb.Fakt araşdırılır.

10 Noyabr 2025, 21:58

Siyasi dələduz Cəmil Həsənli - Deputat Fazil Mustafanın HADİSƏ KİMİ YAZISI 

Cəmil Həsənlini son kitabımda birbaşa siyasi dələduz kimi xarakterizə etmişəm. Bunu öz siyasi mövcudluğu anından Əli Kərimlinin mirzəsi olmaqdan o tərəfə bir boy da böyüməmiş bu adamın yalnız indiki siyasi mövqeyi ilə əlaqələndirmirəm. Yazdığı "Zamanın sınağında" adlı kitabında şəxsimlə bağlı təsbitlərində nə qədər riyakar olduğunu göstərmişəm. Yəni kiminsə hansısa siyasi mövqedə olması onun tarixi faktları təhrif etməsi üçün əsas ola bilməz.Tarix fəlsəfəsi barədə bilgisi olmayan insanlar üçün "tarixçi" sayılan bu şəxsin yazdığı kitablarda da bu tendensiyanı anlamaq elə də çətin deyil. Milli azadlıq hərəkatı ilə bağlı yaxın tariximizin təhrifi Cəmil Həsənli kimi bir çox qeyri-ciddi tədqiqatçılar tərəfindən yazılan kitablarda müşahidə...

10 Noyabr 2025, 12:19