Boksçularımız İslamiadanı 6 medalla başa vurdular
İdman 11 Noyabr 2025, 10:17
202
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsinə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub.
CityPost.az xəbər verir ki, komandamızın heyətində Səidcəmşid Cəfərov (80 kq) çempion tituluna yiyələnib.
O, bu gün keçirilən finalda Sultan Osmanlı (Türkiyə) ilə üz-üzə gəlib və rəqibini 4:1 (28:29, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edərək, Ər-Riyadda Azərbaycan Himnini səsləndirib.
Həmçinin oxuyun
Növbə general-mayor Mirsaleh Seyidovun qaynına çatdı
Vətəndaşın pensiyasını kəsdilər,sağlamlıq arayışı da verilmir - ŞİKAYƏT
Qızılın qiyməti 30 oktyabrdan bəri ilk dəfə 4 050 dolları keçib
"Mənim üçün o rənglər şəhidlərimizin qanını xatırladır" - "Ey Sevgili Bayrağım!" şeirinin müəllifi ilə MÜSAHİBƏ
Nərgiz Zeynalova (54 kq) və Aynur Mikayılova (57 kq) İslamiadada ikinci yeri tutublar. Məhəmmədəli Qasımzadə (60 kq) finalda Madiyar Daniyarovla (Özbəkistan) döyüşməli olsa da, zədə səbəbindən rinqə çıxmayıb və gümüş medala yiyələnib.
Boksçularımız VI İslam Həmrəyliyi Oyunlarını 6 medalla başa vurublar. Komandamızın heyətində bir gün öncə Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) bürünc mükafat qazanıblar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Çempionlar Liqası: "Qarabağ" "Çelsi" ilə oyunda növbəti xalını qazanıb
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə qarşılaşıb.CityPost.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.Hesabı londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca "köhlən atlar" iki qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib. İkinci hissədə isə "zadəganlar" məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-ə çatdırıblar.Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də...
05 Noyabr 2025, 23:48
"Benfika"nın baş məşqçisi “Qarabağ”a məğlubiyyətə görə istefaya göndərilib
"Benfika" klubu "Qarabağ"a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laj ilə yollarını ayırıb.CityPost.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.O, bunun üçün təəssüfləndiyini bildirib.Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib.Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.
17 Sentyabr 2025, 10:30
Mourinyo “Fənərbaxça”dan qovuldu
“Fənərbaxça” baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Qeyd edək ki, portuqaliyalı məşqçi “Fənərbaxça”ya ötən ilin may ayında gəlmişdi. O, daha öncə “Porto”, “Çelsi”, “İnter”, Real”, “Mançester Yunayted” kimi Avropa nəhənglərini çalışdırıb. “Fənərbaxça” dan əvvəl isə İtaliyanın “Roma” klubuna baş məşqçilik edib.
29 Avqust 2025, 11:52
İtaliyalı futbol məşqçiləri İsrailin yarışlardan uzaqlaşdırılmasını tələb edir
İtaliyalı futbol məşqçiləri İsrailin beynəlxalq yarışlardan uzaqlaşdırılmasını tələb ediblər.CityPost.az xəbər verir ki,İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, İtaliya Məşqçilər Assosiasiyası (AIAC) İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravinaya məktub yazaraq Qəzza adından tədbir görülməsi və İsrailin beynəlxalq yarışlara müvəqqəti qadağa qoyulması üçün FİFA və UEFA-ya müraciət etməsini istəyib.Fələstin xalqı adından hərəkətə keçmə təşəbbüsünü elan edən AIAC bu tələbi “yalnız simvolik bir hərəkət deyil, həm də Renzo Ulivierinin rəhbərlik etdiyi birliyin paylaşdığı mənəvi imperativə cavab verən zəruri seçim” kimi qiymətləndirib.Assosiasiyanın vitse-prezidenti Roberto Perondi, "Dünya alov içindədir. Fələstinlilər kimi bir çox insan əziyyət çəkir. Laqeydlik qəbuledilməzdir", deyə qeyd edib.Futbol üzrə İtaliya milli komandası...
20 Avqust 2025, 20:34
Fənərbaxça 29 milyon avroluq matça çıxır
"Fənərbaxça" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Benfika" ilə qarşılaşacaq. CityPost.az xəbər verir ki, bu matç həm maddi, həm də emosional baxımdan böyük əhəmiyyət kəsb edir. “Fənərbaxça” pley-off mərhələsində qalib gəlsə, 17 ildən sonra Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Bu uğur kluba təxminən 29 milyon avro gəlir gətirəcək və rəhbərlik üçün daha çox çeviklik təmin edəcək.Joze Mourinyonun və futbolçuların nöqteyi-nəzərindən, azarkeşlərin gözündə “17 illik həsrətə son qoyanlar” adını qazanmaq mövsüm boyu aralarındakı bağı daha da gücləndirəcək. Məhz buna görə də məşqçilər korpusu və oyunçular çərşənbə günü “Benfika” ilə qarşılaşmada sərfəli hesab əldə etməyə can atırlar.Müşərrəf...
19 Avqust 2025, 11:50
Rusiya milli komandası Peru və Çili ilə oynayacaq
Futbol üzrə Rusiya yığması noyabrda Peru və Çili milliləri ilə yoldaşlıq oyunları keçirəcək. CityPost.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının saytında məlumat verilib.Rusiyalı idmançılar noyabrın 12-də Sankt-Peterburqdakı "Qazprom Arena"da Peru futbolçuları ilə qarşılaşacaqlar. Onlar noyabrın 15-də Soçidə, "Fişt" stadionunda Çili yığması ilə qarşılaşacaqlar.Bundan əlavə, Peru və Çili milliləri noyabrın 18-də Soçidə oyun keçirəcək.Sport-Express-in aydınlaşdırdığı kimi, matçlar Beynəlxalq Futbol Federasiyasının (FİFA) reytinqinə daxil olacaq.Oktyabrın 10-da Rusiya və İranın futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşünün keçiriləcəyi barədə daha əvvəl məlumat verilmişdi.Müşərrəf ...
11 Avqust 2025, 22:20