DİN kibercinayətkarlıq halları ilə bağlı çağırış edib
Hadisə 11 Noyabr 2025, 11:44
206
"Son dövrlər sosial şəbəkələrdə, messencerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, “bonus”, “lotereya”, “mükafat qazandınız” kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var".
CityPost.az xəbər verir bu barədə DİN-in müraciətində deyilir.
"Heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS-lə göndərilən birdəfəlik şifrəni tələb etmir.
Həmçinin oxuyun
Növbə general-mayor Mirsaleh Seyidovun qaynına çatdı
Vətəndaşın pensiyasını kəsdilər,sağlamlıq arayışı da verilmir - ŞİKAYƏT
Qızılın qiyməti 30 oktyabrdan bəri ilk dəfə 4 050 dolları keçib
"Mənim üçün o rənglər şəhidlərimizin qanını xatırladır" - "Ey Sevgili Bayrağım!" şeirinin müəllifi ilə MÜSAHİBƏ
Bu cür məlumatların paylaşılması, kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər.
Şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, pul köçürülməsi”, “hesabınız dondurulub” və ya “kartınız bloklanıb” kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa, dərhal 102 Zəng Mərkəzinə və banka məlumat verin", DİN-in çağırışında deyilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, noyabrın 11-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
11 Noyabr 2025, 09:27
Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb
Ayrı-ayrı vətəndaşların dələduzluqla üzləşməsi və onlara ümumilikdə 37 min manatdan çox maddi zərər vurulması ilə bağlı polisə müraciətlər daxil olub.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışov müəyyən olunaraq saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
10 Noyabr 2025, 13:10
Kişini arı vurub öldürdü
Şahbuz rayonunda 66 yaşlı kişi arı sancması nəticəsində ölüb.Hadisə ötən gün Şahbuz rayonunun Kükü kəndində baş verib.Belə ki, kənd sakini 1959-cu il təvəllüdlü Aftandil Hüseynqulu oğlu Həsənov qızının yaşadığı evdə arı sancıb.A.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.
10 Noyabr 2025, 11:23
İmişlidə hamilə qadın xəstəxanada ölüb
İmişlidə hamilə qadın xəstəxanada ölüb. İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb.Faktla bağlı araşdırma aparılır.
10 Noyabr 2025, 10:25
Bakıda avtoxuliqanlıq edərək videosunu "TikTok"da paylaşan sürücü həbs edilib
Bakıda avtoxuliqanlıq edərək videosunu "TikTok"da paylaşan sürücü həbs edilib.Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Belə ki, paytaxtın Nizami rayonu ərazisində sürücülük hüququ olmadan avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan "Tofaş" markalı, 10-ST-665 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural İbrahimov saxlanılıb.T.İbrahimov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb.Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.İbrahimovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 20 sutka inzibati qaydada həbs edilib....
10 Noyabr 2025, 09:50
Saxta rəy üçün 25 min rüşvət istəyibmiş
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanovun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.Cityost.az Baş Prokurorluğa istinadən xəbər verir ki, ibtidai istintaqla Rüfət Sultanovun həmin vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girməsi müəyyənləşib.Onların daxili işlər orqanlarında istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası qərarının vətəndaş Akif Məlikovun lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq Akif Məlikovun...
07 Noyabr 2025, 15:59