Səidə Haqverdiyevanın əri tanınmış şəxsin oğlu imiş
Cəmiyyət 14 Noyabr 2025, 15:58
3426
Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva sosial şəbəkə hesabına paylaşım edib.O,Rəşad Əhmədzadə ilə yollarını ayırdığını və boşanmaq üçün müraciət etdiyini bildirib.
“Rəşad Əhmədzadə mənim üçün dünyanın ən yaxşı həyat yoldaşıdır. Evli olduğumuz 10 il müddətində həmişə yaxşı həyat yoldaşı olub. Qayğıkeşliyi, ədaləti və xeyirxahlığı ilə məni özünə heyran edib. Onun kimi bir insandan ayrılmaq mənim üçün çox çətindir. Amma buna məcburam. Beş ilə yaxındır ki, məhz mənə görə, müxtəlif bəhanələrlə həyat yoldaşıma mənəvi təzyiqlər göstərilir və səhhətində ciddi problemlər yaranıb. Boşanıram ki, artıq onu rahat buraxasınız və məsələlərinizi şəxsimlə həll edəsiniz.
R.Əhmədzadə mənim bu addımımı xoş qarşılamasa da seçimimə hörmətlə yanaşdı.
Həmçinin oxuyun
Mənə və ailəmə təzyiqlər edən şəxslər haqqında qısa zamanda ətraflı məlumatlar paylaşacam. Çünki səbr kasam dolub. İstəyirəm ki, siz də o adamları tanıyasınız. Davamı olacaq”, – o bildirib.
Xatırladaq ki,rejissor Səidə Haqverdiyevanın həyat yoldaşı,Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə tanınmış satira ustası mərhum Rüfət Əhmədzadənin oğludur.O,həmçinin məşhur şair mərhum Zülfüqar Əhmədzadənin qardaşıdır.
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Martın 4-ü gündüzdən 5-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Şirvan, Sabirabad, Hacıqabul, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
03 Mart 2026, 17:05
Qar yağacaq - XƏBƏRDARLIQ
Martın 4-ü günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 5-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.
03 Mart 2026, 16:43
Şəhid ailələrinin mənzillə təminatı: Qanunvericilik izahı
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ölkədə yaşayan şəhəd ailələri mənzil ilə təmin olunmaq hüququna malikdir. Bu hüququn həyata keçirilməsi üçün bir sıra qanuni prosedurlar mövcuddur.Citypost.az xəbər verir ki, İlk növbədə, şəhid ailəsi yerli icra hakimiyyətində rəsmi olaraq qeydiyyata alınmalıdır. Qeydiyyat aparıldıqdan sonra ailə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinə mənzil ilə təmin olunmaq üçün müraciət edə bilər.Agentlik qanunvericiliyə uyğun olaraq müraciət edən şəhid ailələrini mənzillə təmin etmək öhdəliyinə malikdir. Bu proses ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin olunması məqsədini daşıyır.Qanun, beləliklə, şəhəd ailələrinin hüquqlarını qoruyur və onların dövlət dəstəyi ilə mənzilə...
03 Mart 2026, 16:33
DSMF pensiyalarla bağlı məlumat yaydı
2026-cı ilin fevral ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 482 nəfər olub.CityPost.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.Onların 114 601 nəfəri yaşa, 14 065 nəfəri əlilliyə, 22 816 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
03 Mart 2026, 16:03
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:ağır cinayətlər məhkəmələri üzrə:Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər MəhkəməsiRəhimova Aybəniz Məhəmməd qızıinzibati məhkəmələr üzrə:Naxçıvan Muxtar Respublikasının İnzibati MəhkəməsiBayramova Cahan Gəray qızıNaxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:Kəngərli Rayon MəhkəməsiRzazadə Türkan Əvəz qızıBakı şəhərinin rayon məhkəmələri üzrə:Bakı şəhəri Xətai Rayon MəhkəməsiNəsibov Elçin Aftandil oğluBakı şəhəri Xəzər Rayon MəhkəməsiSalmanova Gülnaz Elçin qızıBakı şəhəri Qaradağ Rayon MəhkəməsiDünyamalılı İradə Şəms qızıQasımov Rüstəm Sabir oğluBakı şəhəri Nərimanov Rayon MəhkəməsiGöyüşova Günay Vidadi qızıBakı şəhəri Nəsimi Rayon MəhkəməsiTürkmənli Lamiyə Elman qızıBakı...
03 Mart 2026, 15:29
Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 6-da Yevlax rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.CityPost.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.Yevlax Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Yevlax, Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir rayonlarının sakinləri iştirak edə bilərlər.Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 05.03.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı martın 6-da...
03 Mart 2026, 15:21