Bizə yazın

Baku

-°C

USD

-

İranda yaşananlar İraq ssenarisidir? Konfliktoloq AÇIQLADI

Siyasət 03 Mart 2026, 09:58

214

Yaxın Şərqdə artan gərginlik və böyük güclər arasında dərinləşən qarşıdurma fonunda ABŞ-ın İrana münasibətdə atdığı addımlar yenidən müzakirə mövzusuna çevrilib.

Konflikt analitiki Elman Vəliyev Citypost.az-a açıqlamasında bildirib ki, Amerikanın bölgədə həyata keçirdiyi siyasət yeni deyil və əvvəlki proseslərlə oxşarlıq təşkil edir: “Amerikanın İrana qurduğu plan ilk deyil. Ərəb Baharı, İraq hadisələri, Əfqanıstan hadisələri buna sübutdur”.

Analitik Ərəb Baharı proseslərini, eləcə də İraq və Əfqanıstanda baş verən hadisələri xatırladaraq qeyd edib ki, rejim dəyişikliyi hər zaman gözlənilən nəticəni verməyib. Onun sözlərinə görə, İraqda Səddam Hüseyn rejimi devrildikdən sonra ölkədə ciddi və fundamental dəyişiklik baş vermədi: “Zaman keçdikcə gördük ki, ölkə Amerika üçün mövcuddur”.

E.Vəliyev hesab edir ki, bu gün İranda yaşanan proseslər də analoji xarakter daşıyır. Onun fikrincə, hazırda ABŞ üçün birbaşa təhlükə yoxdur və coğrafi baxımdan bu təhlükəsizlik daha da qabarıq görünür.

Analitik əlavə edib ki, regionda digər güclərin də fəallığı artır: “İsrail hazırda genişlənmə strategiyası yeridir. AB ölkələrində həyəcan siqnalı var. Onlar da potensial təhlükəni anlayır”.

Elman Vəliyevin qənaətinə görə, qütbləşmə uğrunda mübarizə getdikcə kəskinləşir və Yaxın Şərqdə baş verən hadisələr bu qlobal qarşıdurmanın əsas istiqamətlərindən birinə çevrilib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Elxan Şahinoğlu: İran müharibəsi uzun müddət davam edəcək

Son günlər Yaxın Şərqdə baş verən gərginlik və münaqişələr regionda uzunmüddətli təsirlərə səbəb olur. Bu mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Citypost.az saytına açıqlama verib.Politoloq qeyd edib ki, müharibə müəyyən müddət davam edəcək: “İlk günlərdə ABŞ və tərəfdaşları münaqişənin 4–5 gün ərzində nəticələnəcəyini düşünürdü. Hətta İran mühafizəkarlarının rəhbərliyinin bir hissəsi neytrallaşdırılsa da, təslim olmaqdan söhbət gedə bilməz. Onların yerinə gələnlər də müharibəni dayandırmaq barədə qərar verməyib.Müharibə İranın bütün resurslarına zərbə vurur, həmçinin digər ölkələrdə, xüsusilə İsrailə qarşı da təsir göstərir. Lakin İsrail və ABŞ-ın əlində olan resurslar daha genişdir. Ona görə də, ABŞ və İsrail nəticə əldə etməyənə qədər müharibəni...

03 Mart 2026, 11:09

Ceyhun Bayramovla Kaya Kallas regionu müzakirə etdilər

2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.XİN-dən Citypost.az-a verilən xəbərə görə, telefon danışığı zamanı, bölgədə artmaqda olan hərbi gərginlik və eskalasiya nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.Tərəflər qarşıdurma nəticəsində bölgədə yaranmış vəziyyətdən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.Avropa İttifaqı üzv ölkələrinin vətəndaşları daxil olmaqla, xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın oynadığı əhəmiyyətli rol təqdir olunub.Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar....

02 Mart 2026, 14:34

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı aparılıb.XİN-dən Citypost.az-a verilən xəbərə görə, telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginlik müzakirə olunub.Nazirlər son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib və vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar.Tərəflər iki ölkənin bölgədə yerləşən diplomatik missiyalarındakı konsulluq bölmələri arasında əməkdaşlığın gücləndirilməsinin, vətəndaşlarımıza göstərilən dəstək istiqamətində əlaqələndirilmiş işin təşkilinin faydalı olacağını bildiriblər.Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb....

02 Mart 2026, 12:20

Azər Həsrət: “Xameneinin ölümünə yas tutmaq doğru deyil”

Yaxın regionda baş verən siyasi proseslər hər zaman Azərbaycan cəmiyyətində diqqətlə izlənilir və müzakirə olunur. Xüsusilə qonşu ölkələrdəki hakimiyyət dəyişiklikləri və ya siyasi sarsıntılar ictimai rəydə müxtəlif yanaşmaların formalaşmasına səbəb olur.Siyasi şərhçi Azər Həsrət Citypost.az-a açıqlamasında İranda baş verən son hadisələrə münasibət bildirib.O qeyd edib ki, qonşu ölkədə baş verən proseslər Azərbaycan üçün də həssas məsələdir:“İranda baş verən prosesləri biz də həyəcanla izləyirik. Çünki qonşuda yanğın varsa, bu, bizə də təsirsiz ötüşə bilməz. Azərbaycan cəmiyyətində bu məsələyə münasibətdə ikili yanaşma müşahidə olunur. Ümumi mənzərə ondan ibarətdir ki, Azərbaycan xalqı bütövlükdə İranda rejimin dəyişməsinin və münasibətlərin normallaşmasının tərəfdarıdır. Az sayda bir...

02 Mart 2026, 10:29

Nadir Azəri: Yeganə çıxış yolu siyasi dialoq və mərhələli islahatlardır 

“Ötən həftənin sonlarına doğru, daha dəqiq desək, fevralın 28-də İsrail və ABŞ tərəfindən İran ərazisinə endirilən hava zərbələri regionda onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirdi. Bombardımanların əsas nəticəsi ondan ibarətdir ki, İranın hərbi elitasına ciddi zərbələr endirilib, komanda strukturlarında böyük boşluq yaranıb və ölkənin ali dini rəhbəri də məhv edilib. Belə bir şəraitdə əsas sual budur: bundan sonra İranı nə gözləyir? Hesab edirəm ki, mövcud vəziyyətdə İran üçün yeganə rasional yol vaxt itirmədən islahatlara başlamaq, ilkin mərhələdə xalqın dəstəkləyəcəyi keçid hökumətinin formalaşdırılması, daha sonra isə demokratik seçkilər yolu ilə yeni idarəetmə modelinin qurulmasıdır”. Bunu Citypost.az-a “Orta Asiya və Güney...

02 Mart 2026, 09:48

Pərvanə Vəliyeva: Ədalət və sülhün bərpası vacibdir

Azərbaycan xalqının tarix boyu üzləşdiyi faciələrin ağır nəticələri hələ də minlərlə ailənin taleyində, dağıdılmış torpaqlarda və itirilmiş insan həyatlarında öz izini saxlayır.Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a bildirib ki, BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 75-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli tədbirdə Azərbaycan üç mühüm məsələni diqqətə çatdırıb.Birinci məsələ münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasıdır. Hazırda 4.000-ə qədər Azərbaycan vətəndaşı itkin düşmüş hesab olunur, onlardan 150 nəfəri Xocalı sakini idi. Deputat qeyd edib ki, bu rəqəmlər hər bir ailənin yarımçıq taleyini və çəkilən iztirabı əks etdirir. Ötən il itkin düşmüş şəxslərin ailələri ilk dəfə BMT-də görüşlər və aksiyalar keçirərək...

27 Fevral 2026, 13:34