Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Prezidenti: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik 

Cəmiyyət 24 Dekabr 2025, 20:29

195

Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik.

CityPost.az   xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirib.

“Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq”, - dövlət başçısı vurğulayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezidentin ad günündən ailə - Fotosu 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Prezident İlham Əliyevin doğum günündən ailə fotosu paylaşıb.CityPost.az   həmin paylaşımı təqdim edir:

24 Dekabr 2025, 22:22

Ərdoğan Azərbaycan Prezidentini doğum günü münasibətilə təbrik edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.CityPost.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Türkiyə Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.Telefon söhbəti zamanı Azərbaycan və Türkiyə Prezidentlərinin qarşılıqlı səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərimizin inkişafında roluna toxunulub.Rəcəb Tayyib Ərdoğan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərini qeyd edərək, Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini vurğulayıb.Telefon danışığı əsnasında dövlət başçıları əməkdaşlığın...

24 Dekabr 2025, 16:13

Sakinlərin “JEK pulu” kimin cibinə gedir? - AÇIQLAMA 

Paytaxtın Yasamal rayonunda, Ələsgər Ələkbərov küçəsinin sakinləri Mənzil Kommunal İstismar Sahəsinə, yəni "JEK"ə pul ödədiklərini, amma bu ödənişin səbəbini dəqiq bilmədiklərini bildirirlər.CityPost.az   Milli.az-a istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, öz bloklarını boyayır, təmizləyir və digər işləri öz vəsaitləri hesabına həyata keçirirlər:"Hər şeyi öz cibimizdən edirik", - deyə şikayət ediblər.Vətəndaşlardan zibil, kirayə və ya digər xidmətlər üçün pul toplandığı bildirilib.Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən açıqlama verilib ki, sakinlər hər kvadratmetrə görə 2 qəpik olmaqla mənzil haqqı ödəyirlər və bu həm dövlət, həm də özəl mülkiyyətli mənzillərə aiddir.Lakin mütəxəssislər bildirirlər ki, qanunvericiliyə görə, "JEK"lərin belə bir haqqı yoxdur.Hüquqşünas Vüsal Hacıyev qeyd...

24 Dekabr 2025, 15:15

Sabahın havası açıqlanıb 

Sabah Azərbaycanda hava necə olacaq?Dekabrın 25-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütununu 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman....

24 Dekabr 2025, 14:31

Aleksandar Vuçiç İlham Əliyevi təbrik edib 

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.CityPost.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Aleksandar Vuçiç dövlətimizin başçısını ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandar Vuçiçin görüşləri məmnunluqla xatırlanıb, iki ölkə arasında tərəfdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.Dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar....

24 Dekabr 2025, 13:19

Hikmət Hacıyev Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.CityPost.az  paylaşımı təqdim edir:Qalib Xalqın Qalib Lideri!! Ad gününüz mübarək cənab Prezident!!! pic.twitter.com/j6w1MMnLxO— Hikmet Hajiyev (@HikmetHajiyev) December 24, 2025

24 Dekabr 2025, 13:03