Kasım-Jomart Tokayev İlham Əliyevi təbrik edib
Cəmiyyət 23 Dekabr 2025, 11:53
179
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Qazaxıstan liderinin məktubunda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və səriştəli siyasətçi kimi tanıyırlar və hörmət edirlər.
Sizin çoxillik səmərəli ali dövləti fəaliyyətiniz haqlı olaraq Azərbaycanın tarixi nailiyyətləri, suverenliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və dinamik sosial-iqtisadi inkişafı dövrü ilə əlaqələndirilir.
Həmçinin oxuyun
Sizin güclü və müdrik liderliyinizlə qardaş Azərbaycan strateji kursunuzu qətiyyətlə davam etdirərək, bundan sonra da inkişaf və tərəqqi yolunda inamla irəliləyəcəkdir.
Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin gücləndirilməsinə verdiyiniz nəhəng şəxsi töhfənizi yüksək dəyərləndirir, əsrlər boyu davam edən dostluq və qarşılıqlı dəstək ruhunda onların hərtərəfli möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirəm.
Əminəm ki, biz birgə səylərimizlə çoxşaxəli dövlətlərarası əlaqələrin bundan sonra da inkişafına yeni təkan verəcək, Qazaxıstan ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracağıq.
Hörmətli İlham Heydər oğlu, Sizə tükənməz enerji, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə rifah və firavanlıq arzulayıram".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Azərbaycan dövləti rəsmən heç bir dövlətin müharibəsində hərbi müttəfiq kimi iştirak etmir" - Zahid Oruc
“Son illər Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərə qatılan onlarla azərbaycanlının həlak olması və ya itkin düşməsi barədə mediada üzücü məlumatlar yayılır. Müharibəyə könüllü və ya yaşadığı dövlətin tələbi ilə qoşulan həmyerlilərimizlə yanaşı, Azərbaycan vətəndaşlarının muzdlu şərtlərlə əməliyyatlara cəlb edilməsi halları artır”.CityPost.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.Zahid Oruc bildirib ki, sosial şəbəkələrdə kəşfiyyat mərkəzlərinə bağlı olduğu şübhə doğurmayan səhifələr hədəfli reklamlar, “müqavilə ilə xidmət” “iş” və ya “təlim” adı altında yığım kampaniyası aparır: “Rəsmi statistika olmadığından hərbi təşkilatların verdiyi rəqəmlərə görə yüzlərlə soydaşımız və vətəndaşımız qarşı səngərlərdə...
23 Dekabr 2025, 13:28
Liderin qalib statusu dünyada təsdiqlənib - RƏY
İlham Əliyev yeni geosiyasi reallıqların memarı, qalib Prezidentdir.CityPost.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.Zahid Oruc deyib ki, işğal dövründə İlham Əliyevə ünvanlanan təbriklərdə “sabitlik”, “regional əməkdaşlıq”, “enerji tərəfdaşlığı” kimi ehtiyatlı və neytral diplomatik terminlərdən istifadə olunurdu: “İndi eyni dünya liderləri İlham Əliyevi “yeni geosiyasi reallıqların memarı”, “qalib prezident”, “regional nizamın qurucusu və strateq” kimi təqdim edirlər. Təbriklərin dili dəyişib- çünki dövlətimizin siyasi çəkisi artıb və liderin qalib statusu dünyada təsdiqlənib”.Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Vətəni Zəfərə qovuşduran, Zəfəri isə ləyaqət simvoluna çevirən Müzəffər Ali Baş Komandanın...
23 Dekabr 2025, 12:48
Bakıda uşaq bağçasında yanğın olub
Bakı şəhəri, Yasamal rayonunda yanğın hadisəsi baş verib.Yanğın Tağı Şahbazi küçəsində yerləşən 79 saylı uşaq bağçasında qeydə alınıb.Əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb edilib.
23 Dekabr 2025, 12:36
DİN pirotexniki vasitələrlə bağlı müraciət edib - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) pirotexniki vasitələrlə bağlı müraciət edib.DİN-dən verilən xəbərə görə, müraciətdə bildirilib ki, bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur: "Bu məmulatlar əsasən yetkinlik yaşına çatmayan və azyaşlılar tərəfindən istifadə edilir, əksər hallarda isə bədbəxt hadisələrə səbəb olur.Pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib və qanunla satışı qadağandır. Aşkar olunduğu təqdirdə dərhal satışdan çıxarılır və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, təhlükəsizlik standartlarına cavab verməyən bu kimi vasitələr insan sağlamlığına mənfi...
23 Dekabr 2025, 11:21
Milli Məclis Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Milli Məclis doğum günü münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.CityPost.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova təklif edib ki, dövlət başçısı İlham Əliyevə Milli Məclis adından təbrik məktubu göndərilsin.Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.Deputatlar Prezident İlham Əliyevə ailəsi ilə birlikdə can sağlığı, Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.
23 Dekabr 2025, 11:08
“Hacı Mazan”ın polkovnik oğlu işdən çıxarıldı
“Hacı Mazan” kimi tanınan məşhur və qalmaqallı iş adamı Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib.CityPost.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı əmr Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən imzalanıb.Onun işdən çıxarılmasının səbəbini araşdırırıq.Bayram Ramazanov 2021-ci ildən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışırdı.O, bundan əvvəl BDYPİ-nin Yol Hərəkətinin Təşkili şöbəsində inspektor, eləcə də Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifələrində xidmət keçib.Bayram Ramazanovun işdən azad edilməsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib....
23 Dekabr 2025, 10:54