Bizə yazın

Baku

-°C

USD

-

Mehdiyevin Gültəkinə olan sevgisinin anatomiyası  

Cəmiyyət 02 Dekabr 2025, 15:34

10183

Xəbər verdiyimiz kimi,keçmiş deputat Gültəkin Hacıbəyli Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

Onun "Ramiz Mehdiyev işi" çərçivəsində saxlanıldığı bildirilir.

Bundan öncə Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevdən  qəbul etdiyi mülklərlə bağlı faktlar təqdim etmişdik.

Sözügedən mənzillər Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva küçəsi, 251A  ünvanında yerləşir.

Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda,6-cı mərtəbədən  yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib.

Həmin binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi “xidmətlərinə” görə, “boz kardinal” tərəfindən  bağışlanan digər mənzil isə onun bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m  sahəsi olan, 4 otaqlı həmin  mənzildə isə G.Hacıbəyli özü tək yaşayırmış.

Bəs,bu mənzillərin hazırki bazar dəyəri nə qədərdir?

CityPost.az   xəbər  verir  ki, Oxu24.com bununla bağlı araşdırma aparıb.

Mənzillərin yerləşdiyi ərazini və əmlak bazarında hazırki vəziyyəti nəzərə alsaq Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevdən 1 milyondan çox dəyəri olan "mükafat" aldığını deyə bilərik.

Mənzillərin dəyərini dəqiqləşdirmək məqsədi ilə Oxu24.com əmlak  ekspertləri ilə də əlaqə saxlayıb.

"PRİCE EXPERT" MMC-nin qiymətləndiricisi Yaqub İsgəndərov saytımıza açıqlamasında mənzillərin  ümumi dəyərini təhlil edib.

Ekspertin sözlərinə görə,mənzillərin təmirindən asılı olaraq orta qiyməti hər kvadrat metr üçün 3000 manat  söyləmək olar.

"Sizin təqdim etdiyiniz rəqəmlərə əsasən deyə bilərik ki,sözügedən mənzillərin hər biri üçün ayrılıqda  540-545 min manat məbləğində dəyərləndirə bilərik.İki mənzil üçün ümumi qiymət  1 milyondan çox  qiymətləndirilir",-deyə ekspert bildirib.

Göründüyü kimi,Gültəkin Hacıbəyli  Ramiz Mehdiyevdən təkcə bu fakt üzrə 1 milyondan çox dəyəri olan "mükafat" alıb.Bu "mükafatlandırmalar"ın artacağı və yeni faktların üzə çıxacağı istisna edilmir.Gültəkin Hacıbəyli,Əli Kərimli,Ramiz Mehdiyev kimi saxtakar,ikiüzlü,simasızların əsl üzü aşkara çıxdıqda onların əslində nəyə xidmət etdikləri,nə qədər xəyanətkar mövqe tutduqları  məlum olur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan və Türkiyə XİN rəhbərləri İstanbulda görüşüb 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.APA-nın Türkiyə bürosu xəbər verir ki, görüş İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.Hər üç ölkənin xarici işlər nazirlərinin təkbətək görüşlərindən sonra birgə toplantının keçirilməsi gözlənilir.Daha sonra hər üç nazirin mətbuata birgə bəyanatla çıxış etməsi planlaşdırılır.

08 İyun 2026, 14:45

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib 

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.Citypost.az xəbər verir ki,  müvafiq əmrlə bu vəzifəyə Şamil Əzizov gətirilib.Qeyd edək ki, bununla nazirin müşavirlərinin sayı üçə çatıb.

08 İyun 2026, 14:42

MEDİA-da məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş keçirilib 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) "MEDİA Könüllüləri" proqramının məzunları və növbəti könüllülük proqramına seçilən gənclərlə görüş keçirilib.Citypost.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.Agentliyin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin gənclərin peşəkar inkişafına yönəlmiş fəaliyyətindən, könüllülük proqramının əhəmiyyətindən və media sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərdən danışıb.O, proqramı uğurla yekunlaşdıran könüllülərin Agentliyin müxtəlif layihə və tədbirlərində fəal iştirakını yüksək qiymətləndirib, əldə olunan təcrübənin gələcək peşə fəaliyyətlərində gənclər üçün mühüm üstünlük olacağını qeyd edib.Növbəti - onuncu könüllülük proqramının iştirakçıları ilə tanışlıq olub, proqramın fəaliyyət istiqamətləri, nəzərdə tutulan təlimlər və qarşıdakı dövr ərzində həyata keçiriləcək fəaliyyətlər barədə məlumat verilib....

08 İyun 2026, 14:30

Culfada Vəkil Bürosunun açılışı olub 

Naxçıvan Muxtar Respublikasının (MR) Culfa rayonunda Vəkil Bürosu fəaliyyətə başlayıb."Report"un yerli bürosu xəbər verir ki, açılış mərasimində muxtar respublikanın rəsmi şəxsləri, Vəkillər Kollegiyasının rəhbərliyi və yerli vəkillər iştirak ediblər.Tədbir çərçivəsində qonaqlara yeni inzibati bina təqdim olunub, yaradılan iş şəraiti ilə yerində tanışlıq keçirilib.Eyni zamanda, vəkillərlə görüş keçirilib, onların peşə fəaliyyəti zamanı qarşılaşdıqları məsələlər və təklifləri dinlənilib. VK rəhbərliyi tərəfindən görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb....

08 İyun 2026, 14:27

Qaxda 1 ton çətənə kolu məhv edilib 

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib.DİN-in Mətbuat xidmətinin regional qrupundan Citypost.az-a verilən xəbərə görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.Ümumi çəkisi 1 ton 200 kiloqram olan 3300 ədəd çətənə kolu məhv edilib.

08 İyun 2026, 14:15

Azərbaycanda 260-a yaxın yaşayış məntəqəsində heyvanların monitorinqi aparılacaq 

Peyvəndləmədən sonra immun fonun müəyyənləşdirilməsi və xüsusi təhlükəli xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında monitorinq həyata keçiriləcək.Bu barədə Citypost.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.Bildirilib ki, iyunun 10–30-da keçiriləcək monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar üzərində klinik müşahidələr aparılaraq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, təsərrüfatlara ümumi baxış və maarifləndirmə tədbirləri aparılacaq. Eyni zamanda, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.Monitorinq respublikanın 64 rayonunu (şəhərini) əhatə edən 258 yaşayış məntəqəsində fərdi və fermer təsərrüfatlarında təşkil olunacaq. Ümumilikdə hər heyvan növü üzrə 1548 baş olmaqla, 6–12 və 12–24 aylıq yaş qruplarına aid, xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd...

08 İyun 2026, 13:57