Bizə yazın

Baku

-°C

USD

-

Ruslan Eyyubovun sahildəki 15 hektarlıq bağ evi - Burada gizli liman var? 

Hadisə 24 Dekabr 2025, 12:07

1567

Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib. Söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindən gedir.

CityPost.az   Musavat.com-a istinadən xəbər verir ki, dənizin birbaşa sahilində yerləşən bu ərazinin yalnız 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur. Qalan 10 hektarlıq sahənin nə məqsədlə ayrıldığı, hansı infrastrukturun mövcud olduğu isə açıq sual olaraq qalır. İstintaqın qaçaqmalçılıqla bağlı versiyalarını nəzərə alsaq, bu sual daha da kəskinləşir. Həmin əraziyə dəniz yolu ilə gəmilərin yanaşması texniki baxımdan mümkün idimi? Bu sahə alternativ liman funksiyası daşıya bilərdimi?

Rəsmi qurumlar hələlik bu suallara cavab verməsə də, mövcud faktlar ciddi şübhələr doğurur.

Həmin bağın “Google Maps​” vasitəsilə əldə edilən görüntüsü

Bildirilir ki, Ruslan Eyyubovun bağındakı hovuzun həcmi 10 sot-dan yuxarı olub.

“Google Maps”da bağın ölçüləri: eni 136 metr, uzunluğu 374 metrdir. Bu da bağ evinin 5.8 hektar ərazini əhatə etdiyini ortaya qoyur.

Məlum olan budur ki, 5 hektarlıq bağ evinin daxilində yerləşən kompleksin miqyası isə sadəcə bağ evi anlayışını aşır. Tikilinin adı “Tarkhan” - Qubernatorun Dəniz Sarayı kimi təqdim olunur. Malikanənin ərazisində məscid, “Sübhə” Sarayı, Minarə evlər, Badukubə Sarayı, İmaməddin Sarayı, İnqilab Evi, Arxaik Muzey, Çay Evi, Çəməngül Bağı, Fəvvarə, MİNAR Qəbul Evi, qarajlar, İç Meydan mövcuddur.

Ən diqqətçəkən detallardan biri isə məsciddir. Məscidin hasarında 99 ədəd gümbəz yerləşir və hər birinin üzərində Allahın 99 adı yazılıb. Kompleksin mərkəzindəki fəvvarə isə ayrıca simvolik məna daşıyır. Yuxarıdan dronla baxıldıqda fəvvarənin ortasında Azərbaycanın xəritəsi aydın görünür. Məlumata görə, bu nəhəng kompleksin tikintisinə Türkiyədən mühəndislər və ixtisaslı işçilər cəlb olunub. Tikinti və dizayn işlərinə milyonlarla manat vəsait xərcləndiyi bildirilir.

Bu qədər böyük maliyyə resursunun mənbəyi isə istintaq fonunda daha aktual sual doğurur. Ruslan Eyyubov “NB” Şirkətlər Qrupunun rəhbəri, ölkənin kimya sənayesi sektorunda ciddi paya malik iş adamıdır. Onun şirkətləri mərmər, bahalı daşlar, qranit, boyalar və digər sənaye materiallarının istehsalı və nəzarəti ilə məşğuldur. Cəmi 2 gün öncə Gəncədə iri zavod açılışı da edib.

Diqqətçəkən məqam isə Ruslan Eyyubovun general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu olmasıdır. İstintaq materialları göstərir ki, “Liman işi” artıq sadəcə aksizsiz tütün qaçaqmalçılığı ilə məhdudlaşmır. Burada liman, gömrük, sərhəd, biznes xətlərinin kəsişdiyi geniş və sistemli mexanizm ehtimalı yaranır. Ruslan Eyyubovun dəniz sahilindəki 15 hektarlıq ərazi isə bu mexanizmin hələ tam açılmamış hissəsi kimi görünür. Baş Prokurorluq bildirib ki, istintaq-əməliyyat tədbirləri davam etdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı və Sabirabad sakinləri dəm qazından ölüb 

Baklıda 27 yaşlı kişi dəm qazından ölüb.Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.Məlumata görə, 1999-cu il təvəllüdlü Aleksandr Bayramov yaşadığı Bakıxanov qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.Sabirabad rayonunda da dəm qazından ölüm hadisəsi qeydə alınıb. Fevralın 10-da 1966-cı il təvəllüdlü Nəzakət Əhmədova yaşadığı Qaratəpə kəndindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.Hər iki faktla bağlı araşdırma aparılır.

12 Fevral 2026, 11:22

Bakıda kişi yanaraq ölüb

Bakıda 37 yaşlı kişi yanaraq ölüb.CityPost.az  xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.1989-cu il təvəllüdlü Əfsun Xanlarov yaşadığı evdə öz ehtiyatsızlığı nəticəsində yanıq xəsarətləri alıb və hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.

12 Fevral 2026, 09:41

İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb 

İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən Elvin Mustafayev və tanışı N.İsaxanova saxlanılıblar.Onlardan 15 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Mustafayev və N.İsxanova sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib....

11 Fevral 2026, 10:47

İlhamə Quliyevanın bacısı qızı həbs edildi 

Azərbaycanın mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib.Citypost.az xəbər verir ki, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilir.Qeyd edək ki, daha əvvəl Nigar Həsənovanın sahibkardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayılmışdı. O, İ.Quliyevanın bacısı İradə Həsənovanın qızıdır. (Manset.az)...

11 Fevral 2026, 10:21

Gəncədə güclü yağış fəsadlar törədib 

Gəncəyə yağan güclü yağış fəsadlara səbəb olub.APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarından yağan güclü yağış nəticəsində şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədən sel keçib. Qəsəbədə əsas küçələrindən birini sel basıb.Bunda başqa, sel sulları qəsəbədə piyadaların və avtomobillərin hərəkətinə çətinliklər yaradıb.Qəsəbə sakinləri APA-nın yerli bürosuna bildiriblər ki, küçəyə dolan sel sulların evlərə ziyan vurub. Sakinlər bununla bağlı adiyyəti qurumlara məlumat veriblər. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir....

10 Fevral 2026, 17:00

Yaşlıların təqaüd kartlarını talayan şəxs saxlanıldı 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynovu saxlayıblar.Citypost.az xəbər verir ki, araşdırmalarla məlum olub ki, C. Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb.Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.C. Hüseynov bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manatını ələ keçirib.Faktlarla bağlı araşdırma aparılır....

10 Fevral 2026, 11:22