Bizə yazın

Baku

-°C

USD

-

Qazamat Rəqsanə və ailə üzvlərinin mənsub olduğu yerdir  

Cəmiyyət 26 Noyabr 2025, 16:30

1352

Rəqsanə İsmayılovaya və ya onun qızına müğənni deyəndə mənə elə gəlir ki,insanlar bu ifadəni söz gəlişi deyirlər.Axı, Azərbaycan cəmiyyətində Rəqsanə İsmayılova adlı müğənni mövcud deyil. Əgər adını çəkdiyiniz qadın müğənni olsaydı, o müğənniliklə məşğul olardı, dələduzluqla (və ya bu kimi digər qanunsuz əməllərlə)yox... Müğənni xanımın  qazamatda nə işi var axı? Düzdü, el arasında belə bir deyim var ki, qazamatdan heç kim sığortalanmayıb. Avtoqəza və ya digər gözlənilməyən hadisələrdən söhbət getsə, əlbəttə başa düşüləndir,dərd yarıdır... Eşitdiyimə görə bu qadının nəinki ali və ya orta ixtisas, heç orta təhsili belə yoxdur. Çıxır televiziya verilişlərinə əxlaqa zidd, qadına yaraşmayan tərzdə ifadələr işlədir. İki sözü bir birinin ardınca düzüb danışa bilməyən, Azərbaycan mentalitetinə yad hərəkətlərlə və öz mənfi imici ilə  yadda qalan qadının (əgər belə demək çox deyilsə) övladının toyuna və ya digər şənliklərə dəvət edən insanlar görəsən onun kimliyini bilmirlər? Nə düşünürlər belə birini öz ailə məclislərinə çağıranlar... Etdiklərini mənliklərinə necə sığışdırırlar, görəsən? Ailə uşaqları ilə belə birinin bir camiədə nəfəs almasına necə qəbul edirlər?

Sosial şəbəkələrdən əldə etdiyimiz məlumata görə atası Rəqsanə İsmayılovanın anası Adilə Həsənovanı atıb gedəndə onun 4 yaşı olub. Adilə Həsənova bundan sonra, rəsmi, qeyri-rəsmi uşaqlar dünyaya gətirib. Atasını axtarmaq üçün Rəqsanə İsmayılova hətta Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişinə qədər gedib çıxmışdır. Atanın sözündən belə bir mətləb hasil olur ki, mən onların əlindən qaçıb canımı güclə qutarmışam, gəlişəm bura... Nə onları tanıyıram, nə də tanımaq istəyirəm. Ailədə dağınıqlıq, başıpozuqluq yaranmasının səbəbkarı kimi təkcə atanı günahlandırmaq məncə düzgün fikir deyil. Ona görə ki, mükəmməl ailədən heç bir kişi uzaqlaşmaz, öz halal ocağına haram qatmaz. 

Rəqsanə İsmayılovanın həbs məsələsinə gəldikdə isə konkret olaraq onu törətdiyi cinayət əməlinə görə tutublar, zərərçəkənin razılığı, himayəndəsində körpə uşaq olduğu, ən əsası istintaq orqanının rəyi nəzərə alınmaqla vətəndaşa vurduğu maddi zərərin xeyli hissəsini qaytardığı üçün O,ev dustaqlığına buraxılıb. Bəzi saytlar yazır ki, Rəqsanə azadlığa buraxılıb. Sadəcə, bu insanlar başa düşmür ki, ev dustaqlığı azadlığı məhdudlaşdırmanın bir növüdür. Rəqsanə necə müğənnidirsə ev dustaqlığı ilə azadlığa buraxılmanı qarışdıranlar da, elə jurnaslitdirlər. 

Həbs edilmək, məhkəmə qarşısında dayanmaq, istintaqa ifadə vermək Rəqsanə və onun ailəsi üçün yenilik deyil, adi həyat tərzidir. Bu ailənin üzvlərinin demək olar ki, hamısının – hətta ağbirçəyinin belə yolu həbsxanadan keçib. Sosial şəbəkələrdə əvvələrdə Rəqsanənin  həbsinə dair 10.04.2023-cü ildə və 04.04.2024-cü il tarixlərdə oxşar xəbərlər gündəmə gəlmişdi, lakin o zaman həmin məlumatlar təsdiqini tapmamışdı.

Qalmaqallı həbs xəbərləri yalnız Rəqsanə İsmayılovanın özü ilə bağlı olmayıb. 2007-ci il avqustun 28-də Rəqsanə İsmayılovanın anası Adilə İsmayılova və bacısı Ellada İsmayılova insan alveri ittihamı ilə həbs edilmişdi. Binəqədi rayon Məhkəməsinin hökmünə əsasən o zaman ailənin ağbirçəyi Adilə Həsənovanın yaş həddi, düçar olduğu xəstəliklər, sağlıq durumu, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirməsi və bu kimi digər amillər nəzərə alınmaqla şərti cəzaya, onun cinayət ortağı və qızı Ellada İsmayılova isə 3 il müddətə azadlıqdan məhruetmə cəzasına məhkum edilmişdirlər. 

Daha sonra 2014-cü il mayın 30-da isə Rəqsanə İsmayılovanın bacısı oğlanları – Tural, Turan və İlqar Səfərovlar polis tərəfindən saxlanılmışdılar. Onların həbsinə səbəb Çermet qəsəbəsində, 93 nömrəli məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü ilə qəsəbə sakinləri arasında baş verən davada iştirakları göstərilmişdir. 

Qeyd edək ki, adıçəkilən qardaşlar Rəqsanə İsmayılovanın həbs həyatı yaşamış bacısı, anası Adilə Həsənova ilə eyni cinayət əməlində (insan alverinə görə) təqsirləndirilən Ellada İsmayılovanın övladlarıdır. 

İş görün hansı həddə çatıb ki,Zaur Kamalın aparıcısı olduğu verilişdə Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova deyir ki,sevgilim var,özü də əsl kişidir...Yaxşı xatirimdədir,Zaur Kamal verilişlərinin birində Rəqsanə İsmayılovaya demişdir ki,anası gəzən ağacı balası budaq-budaq gəzər.Görünən odur ki,belə getsə bu qız anasını ötüb,keçəcək,budaq-budaq yox,yarpaq-yarpaq gəzəcək.

Qısası, Rəqsanə və Rəqsanə kimiləri, adını müğənni qoyub müxtəlif cür neqativ hərəkətlərlə məşğul olanları cəmiyyət bir yolluq boykot etməli və olduğu kimi tanımalıdır.        

Mirzə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbə verilib - SƏRƏNCAM 

Ədliyyə nazirinin iki müavininə ali xüsusi rütbəsi verilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, ədliyyə nazirinin müavinləri Abiddin Qabil oğlu Hüseynov və Toğrul Aydın oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

26 Noyabr 2025, 16:01

Penitensiar xidmətin şöbə rəisi və daha bir nəfər ədliyyə orqanlarından xaric edilib 

Vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiklərinə görə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Daxili təhqiqat şöbəsinin rəisi Fəqan Yaqubovun və ədliyyə orqanlarının sərəncamında olan Altay Abdullayevin ədliyyə orqanlarından xaric edilərək qulluq keçmələrinə xitam verilib.CityPost.az  xəbər verir  ki,APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı Ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.Bundan başqa, xidməti işinə məsuliyyətsiz yanaşaraq qanunla müəyyən olunmuş əsas vəzifələrini yerinə yetirmədiklərinə və fəaliyyətlərində digər ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar xidmətin bir qrup əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb.Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər....

26 Noyabr 2025, 15:41

Azərbaycan, İran və Rusiya arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb 

Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiya dəmir yolu operatorları arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.CityPost.az  xəbər verir ki, memorandumun imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və "Şimal–Cənub" marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur.Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək. Ümumilikdə, bu razılaşma tərəflərin beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərini gücləndirir və regionda tranzit axınlarının davamlı artması üçün əlverişli şərait...

26 Noyabr 2025, 14:03

Şahin Mustafayev Rusiya hökuməti sədrinin müavini ilə görüşüb 

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 26-da Rusiya hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.Bu barədə  CityPost.az-a  Nazirlər Kabinetindən məlumat verilib.Bildirilib ki, görüşdə cari il oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşün iki ölkə arasında bütün istiqamətlərdə münasibətlərə təkan verdiyi vurğulanıb.Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi və yaxşı imkanlar vəd etdiyi qeyd olunub.Görüş zamanı ticarət-iqtisadi, energetika və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub....

26 Noyabr 2025, 13:30

Mətbuat Şurasında Dil Komissiyasının tərkibi formalaşdırılacaq 

Mətbuat Şurasının İdarə Heyətinin yaxın günlərdəki iclasında Şuranın Dil Komissiyasının tərkibi formalaşdırılacaq.CityPost.az Şuraya istinadən xəbər verir ki, bu barədə məlumatı qurumun sədri Rəşad Məcid açıqlayıb.O bildirib ki, Dil Komissiyasının işinə dilçi alimlərin və mütəxəssislərin cəlb edilməsi vacibdir:"Şuranın İdarə Heyəti üzvlərinin qarşıdakı iclasda mövcud istiqamətdə, ümumən Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsinə dair başqa səmərəli təkliflər səsləndirəcəklərinə əminəm".

26 Noyabr 2025, 13:21

Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 67-70 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi şərq rayonlarda çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə...

26 Noyabr 2025, 12:46