Bizə yazın

Baku

-°C

USD

-

DİN pirotexniki vasitələrlə bağlı müraciət edib - VİDEO 

Cəmiyyət 23 Dekabr 2025, 11:21

163

Daxili İşlər Nazirliyi (DİN) pirotexniki vasitələrlə bağlı müraciət edib.

DİN-dən  verilən xəbərə görə, müraciətdə bildirilib ki, bayram günləri ərəfəsində yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə vətəndaşların haqlı narazılığına səbəb olur: "Bu məmulatlar əsasən yetkinlik yaşına çatmayan və azyaşlılar tərəfindən istifadə edilir, əksər hallarda isə bədbəxt hadisələrə səbəb olur.

Pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib və qanunla satışı qadağandır. Aşkar olunduğu təqdirdə dərhal satışdan çıxarılır və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, təhlükəsizlik standartlarına cavab verməyən bu kimi vasitələr insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tez alışan maddə olduqları üçün ətraf mühitə də ciddi ziyan vura bilər. Ona görə də hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq.

Bayramımızın təhlükəsiz şəraitdə keçməsi üçün hamılıqla qaydalara əməl edək!"

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda uşaq bağçasında yanğın olub 

Bakı şəhəri, Yasamal rayonunda yanğın hadisəsi baş verib.Yanğın Tağı Şahbazi küçəsində yerləşən 79 saylı uşaq bağçasında qeydə alınıb.Əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb edilib.

23 Dekabr 2025, 12:36

Kasım-Jomart Tokayev İlham Əliyevi təbrik edib 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.Qazaxıstan liderinin məktubunda deyilir:"Hörmətli İlham Heydər oğlu.Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və səriştəli siyasətçi kimi tanıyırlar və hörmət edirlər.Sizin çoxillik səmərəli ali dövləti fəaliyyətiniz haqlı olaraq Azərbaycanın tarixi nailiyyətləri, suverenliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və dinamik sosial-iqtisadi inkişafı dövrü ilə əlaqələndirilir.Sizin güclü və müdrik liderliyinizlə qardaş Azərbaycan strateji kursunuzu qətiyyətlə davam etdirərək, bundan sonra da inkişaf və tərəqqi yolunda inamla irəliləyəcəkdir.Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin gücləndirilməsinə verdiyiniz nəhəng şəxsi töhfənizi yüksək dəyərləndirir, əsrlər boyu davam...

23 Dekabr 2025, 11:53

Milli Məclis Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib 

Milli Məclis doğum günü münasibəti ilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.CityPost.az   xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova təklif edib ki, dövlət başçısı İlham Əliyevə Milli Məclis adından təbrik məktubu göndərilsin.Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.Deputatlar Prezident İlham Əliyevə ailəsi ilə birlikdə can sağlığı, Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.

23 Dekabr 2025, 11:08

“Hacı Mazan”ın polkovnik oğlu işdən çıxarıldı 

“Hacı Mazan” kimi tanınan məşhur və qalmaqallı iş adamı Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib.CityPost.az  Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı əmr Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən imzalanıb.Onun işdən çıxarılmasının səbəbini araşdırırıq.Bayram Ramazanov 2021-ci ildən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışırdı.O, bundan əvvəl BDYPİ-nin Yol Hərəkətinin Təşkili şöbəsində inspektor, eləcə də Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifələrində xidmət keçib.Bayram Ramazanovun işdən azad edilməsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib....

23 Dekabr 2025, 10:54

Yerli icra hakimiyyəti başçısının tabeliyindəki MKTM-nin Nümunəvi Nizamnaməsi təsdiqlənib 

“Yerli icra hakimiyyəti başçısının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib.CityPost.az-ın  xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Şəhər İcra Hakimiyyəti (Bakı şəhəri və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri istisna olmaqla) başçılarının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin, Rayon İcra Hakimiyyəti (Laçın, Cəbrayıl, Xocavənd, Xocalı, Kəlbəcər, Qubadlı rayonları və Naxçıvan Muxtar Respublikasının Şərur, Şahbuz, Culfa, Babək, Ordubad, Kəngərli və Sədərək rayonları istisna olmaqla) başçılarının tabeliyində olan Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin, Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətibaşçısının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin, Naxçıvan Muxtar Respublikasının Rayon İcra Hakimiyyəti başçılarının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri təsdiqlənib.Yerli icra hakimiyyəti (Bakı...

23 Dekabr 2025, 10:33

Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş - Foto 

Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəzada həlak olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva vəzifəli şəxsin xanımı imiş.CityPost.az   xəbər verir   ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum hakimin həyat yoldaşı Ceyhun Hümbətov Bakı Şəhər Prokurorluğunda idarə rəisidir.Belə ki, baş ədliyyə müşaviri olan C.Hümbətov Bakı Şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisidir. O, daha əvvəl baş prokuror Kamran Əliyevin böyük köməkçisi vəzifəsini də tutub....

23 Dekabr 2025, 10:22