Bizə yazın

Baku

-°C

USD

-

Son iki ildə Azərbaycanda himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb 

Cəmiyyət 24 Dekabr 2025, 11:57

287

Azərbaycanda ötən dövrdə (2023-ün noyabrından indiyədək) himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb.

CityPost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələlərə verilən uşaqlardan 36-sı qız, 24-ü oğlandır.

Onlardan 28-i 6 yaşadək, 26-sı 7-13 yaş arası, 6-sə isə 14-18 yaş arası uşaqlardır.

Uşaqlardan 31-i hazırda Bakı şəhərindəki, 29-u rayonlardakı ( Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1, Zərdabda 1, Oğuzda 3, İmişlidə 1 ailə) himayədar ailələrdə yaşayırlar.

Xatırladaq ki, Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlar üçün yeni "Himayədar ailə modeli" 2023-cü ildən tətbiq olunmağa başlanılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Aleksandar Vuçiç İlham Əliyevi təbrik edib 

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.CityPost.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Aleksandar Vuçiç dövlətimizin başçısını ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandar Vuçiçin görüşləri məmnunluqla xatırlanıb, iki ölkə arasında tərəfdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.Dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar....

24 Dekabr 2025, 13:19

Hikmət Hacıyev Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.CityPost.az  paylaşımı təqdim edir:Qalib Xalqın Qalib Lideri!! Ad gününüz mübarək cənab Prezident!!! pic.twitter.com/j6w1MMnLxO— Hikmet Hajiyev (@HikmetHajiyev) December 24, 2025

24 Dekabr 2025, 13:03

İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.CityPost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

24 Dekabr 2025, 12:15

Ucar-Göyçay yolunda qəzada 4 nəfər xəsarət alıb - FOTO 

Ucar-Göyçay yolunda qəza olub, xəsarət alanlar var.APA-nın yerli bürosunun xəbərinə görə, "VAZ 2106 "markalı minik maşını ilə "VAZ 21011" markalı maşın toqquşub. Nəticədə 4 nəfər - Rasim Novruzov, Şamil Cəbrayılov, Əzizaga Abbasov və Aynur Məhərrəmova xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.

24 Dekabr 2025, 11:39

Xaçmazda evdə yanğın olub, ölən var 

Xaçmazda evdə yanğın olub, bir nəfər ölüb.Hadisə Ortaoba kəndində qeydə alınıb.Belə ki, kənd sakini Məhəmməd Abdurəhim oğlu Pirquliyev fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində həyatını itirib.Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

24 Dekabr 2025, 11:22

Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib 

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.CityPost.az-ın məlumatına görə, təbrikdə deyilir:"Hörmətli İlham Heydər oğlu.Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir.Ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Əminəm ki, bu münasibətlər bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək, bu da şübhəsiz ki, Rusiya və Azərbaycan xalqlarının mənafelərinə cavab verir.Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Ən səmimi salamlarımı ailənizə çatdırmağı xahiş edirəm"....

24 Dekabr 2025, 11:06